Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4719/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası və Ucar Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı “uşağın icra məmuru və ananın iştirakı ilə müayinə və müalicəyə aparılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası və Ucar Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı “uşağın icra məmuru və ananın iştirakı ilə müayinə və müalicəyə aparılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, icraçıların nəzarəti altında ananın iştirakı ilə oğlu 17 dekabr 2018-ci il təvəllüdlü X1 Bakı şəhəri 6 nömrəli şəhər poliklinikasında mütəmadi olaraq müayinə və müalicə olunmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş arvadıdır. O, cavabdehlə 15 oktyabr 20016-cı ildə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 17 dekabr 2018-ci il təvəllüdlü oğlu X3 anadan olmuşdur. Cavabdeh boşandıqdan sonra oğlu Elçinlə birlikdə Ucar rayonunda yerləşən ata-baba evinə gedərək orada yaşayır. Qeyd edir ki, oğlu X2 nitq və əqli geriləmə vardır. Bütün bunlara səbəb isə onun yaşadığı ağır şəraitli mühitdir. Belə ki, oğlunun dayısı 08 iyul 1988-ci il təvəllüdlü 1-ci dərəcəli psixi xəstə olan X4 oğlu ilə birlikdə yaşayır. Tək bir faktı qeyd etmək istəyir ki, gündəlik evlərində olan ailəməişət problemləri və dava-dalaşları ilə uşağı Elçinin psixoloji vəziyyəti və böyümə şəraiti bir ata kimi onu narahat edir. Evlərindən dava-dalaş əksik olmur. Əqli geriləmə yaşayan uşağın psixoloji vəziyyəti daha da kəskinləşir. Lakin bütün bunlar ananı narahat etmir. Bir ata kimi təəssüf hissi olaraq bildirir ki, oğlu ilə hər görüşləri zamanı əynindəki paltarların çirkli, yararsız olduğunun şahidi olur. Anasına desə də, o bu halları aradan qaldırmır. Oğlunun qayğı və müalicəyə ehtiyacı vardır. Ana onun himayəsinə verilmiş uşağın müalicəsinəcəlb edilməlidir. Bu səbəbdən məhkəmə icraçılarının nəzarəti altında övladının Bakı şəhəri 6 saylı şəhər poliklinikasının nəznində reabilitasiya mərkəzində müalicə edilməsini istəyir. Bütün müalicə və yoxlanışlar burada dövlət hesabına həyata keçirilir. Lakin bu ana öz övladınən qeydinə qalmayaraq, dövlətin yaratdığı imkanlardan istifadə etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının qeyd etdikləri tamamilə yalnışdır. İddiaçının hər dəfə belə iddialar qaldırmasının əsas səbəbi onu incitməkdir. Uşaq məhkəmə qərarı ilə onun yanında saxlanılmışdır. Bəli, uşaqda müəyyən geriləmə var. Ancaq iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun uşağı ilə maraqlanmaması yalandır. O bir anadır. Uşağı üçün ən yaxşısını istəyir. Uşağı Bakıda ən yaxşı həkim kimi tanınan nervopatoloqun müayinə və müalicəsinə aparır. Onun resepti əsasında müalicə alır. Eyni zamanda Göyçay rayonunda loqoped yanına da aparır. İddiaçı ilə birlikdə hər hansı digər xəstəxanaya aparmaq istəmir. Çünki o, hər apardıqları həkimdə onunla söz-söhbət salır və həmin tibb müəssisəsinə bir də gedə bilmirlər. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, son olaraq 2 və 5 aylıq kurs müalicə yazılmışdır. Yanvar ayında yenidən həkim-mayinəsinə aparacaqdır. Həkimin məsləhətinə də əsasən uşaqla gün ərzində çoxlu ünsiyyətdə olur, danışdırır. Eləcə də Göyçay rayonunda yerləşən loqapedin seanslarına aparır. Oğlu fiziki tam hazır olmadığı üçün gələn il məktəbə qoyacaqdır. Maraqlı şəxs Ucar Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Aidə Qəhrəmanova teleqramla məhkəməyə müraciət edərək, 31 oktyabr 2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında Ucar Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti nümayəndəsi xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyi üçün işə səlahiyyətli ünmayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər maraqlı şəxs Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə maraqlı şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb, onları qiymətləndirərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 200203 saylı 22 dekabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 dekabr 2018-ci il tarixdə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 503096 saylı 30 avqust 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikaha 02 aprel 2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-108/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 15 oktyabr 2016-cı il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 4261 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 17 dekabr 2018-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması, 17 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üşün 09 mart 2023-cü il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2563/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü, davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 12:00-dan saat 17:00-dək, 5 (beş) saat, eyni zamanda iddiaçının və uşağın ad günlərində 29 mart və 17 dekabr tarixlərində saat 12:00-dan 15:00-dək, 03 (üç) saat sərbəst ünsiyyətdə olmaq hüququ verilməsi, İddiaçı valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, bu hissədə ünsiyyətdə olmaq qaydasının Cavabdeh tərəfindən təşkil edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 5 nömrəli Uşaq Poliklinikasının 1091 saylı 16 avqust 2024-cü il tarixli arayışından görünür ki, X3 5 dəfə psixiatrın qəbulunda olmuşdur. Müalicə yazılıb. Nitq inkişafının spesifik pozuntusu, yüngül koqnitiv pozuntu diaqnozu qoyulmuşdur. İş materiallarında olan “X7”-in həkim-nevropatoloqu Füzuli Məmmədovun 24 iyul 2024-cü il tarixli müayinə vərəqəsindən görünür ki, 5 yaş 7 aylıq Elçin İsmayılovun diaqnozu – Sinir psixi inkişaf geriliyi, autistik əlamətlər” qeyd edilmişdir. Dinamika tövsiyə edilir. Çox ünsiyyətdə olmaq, danışdırmaq, eyni zamanda kurslara davam etmək məsləhətdir. Telefon və televizordan istifadə etməsin. Neyroped 2 ay, fasilə ilə 2 ay təkrar davam etmək, selamin, pemodan forte 4 ay. İş materiallarında olan “X7”-in həkim-nevropatoloqu Füzuli Məmmədovun 08 oktyabr 2024-cü il tarixli müayinə vərəqəsindən görünür ki, 5 yaş 5 aylıq Elçin İsmayılovun diaqnozu – S/p geriliyi, autistik əlamətlər” qeyd edilmişdir. Psixopedaqoji təlimlər və paralel uşaq kollektivində olması məsləhətdir. Trausan 2 ml səhər 25-10 gün fasilə üç kurs. Selamin 3 ml, Refamin 3 ml – növbəli say. İş materiallarında olan “X7”-in həkim-nevropatoloqu Füzuli Məmmədovun 28 oktyabr 2024-cü il tarixli müayinə vərəqəsindən görünür ki, 5 yaş 10 aylıq Elçin İsmayılovun diaqnozu – Sinir psixi inkişaf geriliyi, autistik əlamətlər” qeyd edilmişdir. Xəstənin psixopedoqoji kurslara-reabilitasiyaya ehtiyacı vardır. Loqoped, psixoloq, defektoloq, əmək terapiyası, paralel valideynin çox çalışması vacibdir. Bu vasitələrin kompleks şəkildə olunması daha əhəmiyyətlidir. İşin mübahisəsiz halıdır ki, tərəflərin nikahından 17 dekabr 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan 17 dekabr 2018-ci il təvəllüdlü X3 anasının yanında saxlanılmışdır. Eyni zamanda, iddiaçının övladı ilə müvafiq günlərdə ünsiyyətdə olma qaydası da məhkəmə qərarı ilə müəyyən edilmişdir. Uşaq anası ilə Ucar rayonunda yaşayır. Eyni zamanda işin mübasəsiz halıdır ki, 17 dekabr 2018-ci il təvəllüdlü X2 Sinir psixi inkişaf geriliyi, autistik əlamətlər” diaqnozu müəyyən edilmişdir. İddiaçı icra məmurlarının nəzarəti altında ananın iştirakı ilə oğlu - 17 dekabr 2018-ci il təvəllüdlü X1 Bakı şəhəri 6 nömrəli şəhər poliklinikasında mütəmadi olaraq müayinə və müalicə olunmasının təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin hallarından da göründüyü kimi uşağın yaşayış yeri olaraq cavabdehin yanında saxlanılması müəyyən edilmişdir. Cavabdeh uşağı il birlikdə Ucar rayonunda yaşayır. Eyni zamanda tibbi müayinə arayışlarından da görünür ki, cavabdeh tərəfindən himayəsində saxlanılmış uşağın müayinə və müalicəsi üçün addımlar atılır, mütəmadi həkim mayinəsində olur. İddiaçının uşağın təlim və tərbiyəsində iştirak etmək hüququ qanunvericiliklə müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu ən əsası uşağın mənafeyi və eyni zamanda yanında saxlanılan tərəfin (hazırki halda ananın) yaşayış şəraiti və yeri, eləcə də uşağını aparmaq istədiyi tibb müəssisəsini seçmək imkanları da nəzərə alınmaqla həyata keçirilə bilər. Tərəflərin izahatlarında da göründüyü kimi, hər iki tərəfin iştirakı ilə uşağın müayinə və müalicəyə aparıldığı tibb müəssisələrində konfliktlər yaranır. Cavabdeh izahatında həkim müalicə və müayinəsindən əlavə Göyçay rayonunda uşağı mütəmadi olaraq loqoped-psixoloqun seanslarına apardığını bildirmiş, iddiaçının həkimlə və onunla mübahisəyə girəcəyini nəzərə alıb, bu barədə ətraflı məlumat vermək istəmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiada xahiş edildiyi kimi məhz Bakı 6 nömrəli Şəhər Poliklinikasında uşağın mayinə və müalicəyə aparılmasına hal-hazırda zəruri əsaslar müəyyən edilməmişdir. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümum bəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbtlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarşmasınayalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, icraçıların nəzarəti altında ananın iştirakı ilə 17 dekabr 2018-ci il təvəllüdlü X1 Bakı şəhəri 6 nömrəli şəhər poliklinikasında mütəmadi olaraq müayinə və müalicə olunmasının təmin edilməsi barədə iddia əsassızdır və rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası və Ucar Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı “icra məmurunun nəzarəti ilə ananın iştirakı ilə oğlunun Bakı 6 nömrəli Şəhər Poliklinikasında mütəmadi olaraq müayinə və müalicə olunması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4719/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4719/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver