Məhkəmə qərarları › İş №2(004)-4720/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4720/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4720/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh “İcbari Sığorta Bürosu” X5 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildən etibarən sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Avtomobillərini "xxxx" ASC-də sığortalamışdır. 9 il ərzində məsuliyyətli, qaydalara riayət edən sürücü kimi heç bir qəza törətməmiş, sığorta vəsaitindən istifadə etməmişdir. Əvvəllər iddiaçıya məxsus olmuş 77NJ059 dövlət qeydiyyat nişanlı KİA markalı avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək PPA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC-də sığortalamışdır. Həmin avtomobil xx.xx.2024cü il tarixdə X1 və sonuncunun adına rəsmiləşdirilmişdir. Avtomobil satıldıqdan təxminən 2 ay sonra xx.xx.2025-ci il tarixdə həmin şəxs qəza törətmişdir. Həmin qəza iddiaçı tərəfindən törədilməsə də, cavabdeh İcbari Sığorta Bürosu tərəfindən avtomobilin icbari sığortasının iddiaçı tərəfindən həyata keçirilməsi əsası ilə qəzanı törədən sürücünün yerinə iddiaçıya cəzamalus 3 sistemini tətbiq etmişdir. Həmin əmsal tətbiq edildiyindən iddiaçıdan sığorta haqqları 3 dəfə çox miqdarda tələb edilir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh “İcbari Sığorta Bürosu” X5 nümayəndəsi X7 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Mülki iş üzrə icraata müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" ASC məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 5.1. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir. 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. 11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir. 51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qayda”larına əsasən: 1.2.1. Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, İddiaçı 2016-cı ildən etibarən sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Sürücülük dövrü ərzində qəza törətməmiş, sığorta vəsaitindən istifadə etməmişdir. Əvvəllər iddiaçıya məxsus olmuş 77NJ059 dövlət qeydiyyat nişanlı KİA markalı avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək PPA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC-də sığortalamışdır. Həmin avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən X1 və sonuncunun adına rəsmiləşdirilmişdir. Avtomobil satıldıqdan təxminən 2 ay sonra xx.xx.2025-ci il tarixdə X9 yol nəzliyyat hadisəsi törətmişdir. Həmin hadisə iddiaçı tərəfindən törədilməsə də, cavabdeh İcbari Sığorta Bürosu tərəfindən avtomobilin icbari sığortasının iddiaçı tərəfindən həyata keçirilməsi əsası ilə qəzanı törədən sürücünün yerinə iddiaçıya malus 3 sistemini tətbiq etmişdir. Həmin əmsal tətbiq edildiyindən iddiaçıdan avtomobilinə görə sığorta haqqları daha çox miqdarda tələb edilir. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. Bonus-Malus sistemi, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Göründüyü kimi, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığorta haqqı artması və ya azalmasından ibarətdir. Bonus-malus sistemi sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qeyd edilənlər baxımından şəxsin təqsirli hesab olunmadığı sığorta hadisəsinə görə şəxsin sığorta haqqının 3 dəfə artıq hesablanmasına gətirib çıxaran bonus-malus 3 əmsalının tətbiqi qanunauyğun hesab edilə bilməz. Göründüyü kimi, sığorta predmeti olan 77NJ059 dövlət qeydiyyat nişanlı KİA markalı avtomobil sığorta hadisəsi baş verən zaman iddiaçının mülkiyyətində olmamış, yol nəqliyyat hadisəsi iddiaçı tərəfindən və ya onun təqsiri nəticəsində törədilməmişdir. Belə olduğu təqdirdə iddiaçının təqsiri olmayan sığorta hadisəsinə görə sığorta haqqı hesablanan zaman iddiaçıya malus 3 əmsalının tətbiq edilməsini məhkəmə ağlabatan hesab etmir, bu xüsusat sığorta qanunvericiliyinin, məsuliyyətin müəyyən edilməsinin əsasları ilə bağlı normativ sistemin qarşısına qoyduğu məqsədlərə uyğun deyildir. Öhdəliyin əsası olmalı, əsas isə pozuntu, yəni qanuna zidd davranışla realizə olunmalıdır. Subyektiv və ya qanunla müəyyən edilmiş hallarda obyektiv təqsir olmadan şəxsin öhdəliklə mükəlləf edilməsi qanunvericiliyin qarşısına qoyduğu məqsədlərə ziddir. Bu, öz-özlüyündə ədalətsiz nəticələrə gətirib çıxara bilər. Məhkəmə cavabdehin arqumentlərinə münasibətdə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 51.3-cü maddəsində nəzərdə tutulan sığortalıya tanınmış bir hüquqdur. Həmin norma, imperativ deyil, səlahiyyətverici normadır. Həmin hüquqdan istifadə edilib-edilməməsi isə sığortalının seçimidir və həmin hüquqdan istifadə edilməməsi sığortalının əleyhinə şərh edilə bilməz. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsində qeyd edilmişdir ki, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda, bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Qeyd edilən norma baxımından baş vermiş qəzanın mənfi hüquqi nəticəsi icbari sığorta müqaviləsinin tərəfi olan iddiaçının deyil, sığorta hadisələri baş verən zaman nəqliyyat vasitələrinin sahibinə aid olmalıdır. Cavabdehin nümayəndəsi olaraq bildirir ki, hazırki iddia tələbi qiymətləndirilməyən iddiadır, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən analoji işlərdə qiymətləndirilən iddia kimi nəzərə alındığından cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi mümkün olmur. Məhkəmə həmin arqumentə münasibətdə bildirir ki, tələb bilavasitə sığorta haqqının artırılması ilə bağlıdır (məsələn, 40 manat təşkil etməli olan sığorta haqqına malus-3 tətbiq edildikdə sığorta haqqı 120 manat təşkil edir). Yəni, tələbin faktiki əsasını təşkil edən məsələ, mübahisənin kökü məhz sığorta haqqı məbləğinin artırılması ilə bağlıdır. Odur ki, tələb məbləğin artan hissəsində qiymətləndirilən iddia hesab edilməlidir (analoji olaraq alimentin tutulması və ya artırılması (azaldılması) mübahisələrində olduğu kimi). Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi xüsusatı nəzərə alınmaqla mülki iş üzrə iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Hüquqi xidmətlərin göstərilməsi üçün 300 manat pul ödənişi barədə əsaslı sübutlar (ödəniş qəbzi və s.) məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi vəzifəsi cavabdeh “İcbari Sığorta Bürosu” X5 üzərinə qoyulmalıdır. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi xidmətlərin gösətrilməsi üçün ödənilmiş 300 manat pul cavabdeh “İcbari Sığorta Bürosu” X4 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi vəzifəsi cavabdeh “İcbari Sığorta Bürosu” X5 üzərinə qoyulsun. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh “İcbari Sığorta Bürosu” X4 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar