Məhkəmə qərarları › İş №2(004)-4721/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4721/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4721/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 09 fevral 2009-cu il təvəllüdlü X3, 27 iyul 2010-cu il təvəllüdlü X4 və 17 yanvar 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 09 fevral 2009-cu il təvəllüdlü X3, 27 iyul 2010-cu il təvəllüdlü X4 və 17 yanvar 2014-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdeh ailəyə maddi köməklik göstərmir, biganə yanaşır. O, məcburiyyət qarşısında qalıb uşaqları təkbaşına saxlamaq məcburiyyətindədir. Bu usə onun üçün çox çətindir. Öz valideynlərindən kömək istəməkdən çox utanır. Cavabdehin ailəsinə və uşaqlarına bu formada biganəliyi yolverilməzdir. Hazırda cavabdehlə birgə nikahdan olan övladlarının saxlanılmasında çəinlik çəkir və hesab edir ki, övladlarının saxlanılması üçün o da maddi cəhətən köməklik göstərməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, faktiki olaraq işləmir, taxsi fəaliyyəti ilə məşğul olur. Qazandığı pul ilə dolanmaq çox çətindir. Hər uşaq üçün 50 manat məbləğində pul ödəyə bilər. İş materiallarında olan AZ-İİİ seriyalı, 234896 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 495076 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 269338 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X6 xx.xx.2008-ci il tarixdə Bakı nikah evində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 565 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 191.3, 217, 218, 220 və 234.2.1-ci maddələrini maddələrini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ilə X6 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 09 fevral 2009-cu il təvəllüdlü X3, 27 iyul 2010-cu il təvəllüdlü X4 və 17 yanvar 2014-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemindən cavabdeh barəsində sorğu edilmiş məlumatlardan da görünür ki, Cavabdeh əmək müqaviləsi ilə işləmir, adına hər hansı bir daşınar və ya daşınmaz əmlak mövcud deyildir. Məhkəmə prosesində cavabdeh izahatında qeyd etmişdir ki, faktiki olaraq işləmir, taksi fəaliyyəti ilə məşğul olmaqla pul qazana bilir. Ona görə də, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 09 fevral 2009-cu il təvəllüdlü X3, 27 iyul 2010cu il təvəllüdlü X4 və 17 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi qismən təmin edilsin. 09 fevral 2009-cu il təvəllüdlü X3, 27 iyul 2010-cu il təvəllüdlü X4 və 17 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar