Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4737/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Dəmirli Nəcimə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 16445,00 (on altı min dörd yüz qırx beş manat) maddi ziyanın Cavabdeh2 və 176 (yüz yetmiş altı) manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 800 (səkkiz yüz manat) manat xidmət haqqının və 30 manat dövlət rüsumunun müştərək qaydada, ümumilikdə 5830 (beş min səkkiz yüz otuz) manat pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 21.04.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 99HY856 dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə ediyi 99UX308 dövlət qeydiyyat nişanlı Ford Escape markalı avtomobillə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Səbail Rayon Polis İdarəsinin 15.05.2021-ci i tarixli Qərarına əsasən cinayət işinin başlanmasının rədd edilmiş və Cavabdeh2 və X12 İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qərar Səbail RPŞ-nin DYPŞ-nə göndərilmişdir. Nəqliyyat vasitəsinin icbari sığorta şitkəti olan AZSİĞORTA ASC tərəfindən İddiaçı idarə ediyi 99UX308 dövlət qeydiyyat nişanlı Ford Escape markalı avtomobilə "xxxx" MMC tərəfindən (X13 Azerbaijan) X6 tərti edilərək 16445,00 (on altı min dörd yüz qırx beş manat) ziyan hesablanmışdır. Qeyd edilən ziyanın cəmi 4824,00 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh2 qalan ziyanı ödəməkdən imtina edir. Bu günədək nəqliyyat vasitəsi təmirsiz vəziyyətdə qalmaqdadır. Qalan 176 manat vəsait isə əsassız olaraq digər hadisə törədən X8 ödənilmişdir. Halbuki hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsi təmamilə yararsız vəziyyətə düşmüşdür. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək iddia ərizəsinin xahiş edirəm hissəsində yazı xətası olaraq “ümumilikdə 5830” ifadəsinin “ümumilikdə 17.491” ifadəsi kimi oxunulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbini Cavabdeh1 ASC-yə dair hissədə qəbul etməyərək, izahatında göstərdi ki, 21 aprel 2021-ci il tarixdə baş vermiş hadisə zamanı iki avtomobilə ziyan dəymişdir. İddiaçıya məxsus avtomobilə dəymiş ziyan 96,48%, yəni 16445 manat qiymətləndirilərək, 4824 manat iddiaçıya ödənilmişdir. Digər avtomobilə dəymiş ziyan 03,52%-600 manat məbləğində qiymətləndirilmiş, 170 manat həmin avtomobilin sahibinə ödənilmişdir. İddiaçının 176 manatın ona ödənilməsi barədə iddiasının əsası olmadığından rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin, cavabdeh AZSİĞORTA» ASC-nin nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Səbail RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elnur Həsənovun 15.05.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki ki, sürücü Cavabdeh2 etibarnamə əsasında idarə eldiyi Hyundai Accerıt markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Bülbül prospekti ilə sol birinci zolaqla Bulvar istiqamətinə doğru hərəkət edərək Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsinə çatdıqda, eyni zamanda onunla eyni istiqamətdə hərəkətdə olan sürücü X7 etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəsişmədə svetaforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirərək ehtiyatsızlıq edib yolayrıcına daxil omuşlar, bu zaman Zərifə Əliyeva küçəsi ilə hərəkət edən sürücü İddiaçı idarə etdiyi, özünə məxsus Ford Escape markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücülər Cavabdeh2 və X1 və Hyundai markalı avtomobilin sərnişini X4 dərəcəsi təyin edilməyən bədən xəsarəti almalarına səbəb olan zəncirvari yol-nəqliyyat hadisəsi törətmişlər.Bununla da sürücülər Cavabdeh2 və X9 həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin (svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi olan piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar) tələblərini pozmuşlar. Odur ki, sürücülər Cavabdeh2 və X7 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilməmiş, lakin təqsirkar sürücülər Cavabdeh2 və X9 öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozma inzibati xətanı törətmişlər.Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş və vətəndaş Cavabdeh2 və X9 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş AD 602546 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99UX308 dövlət qeydiyyat nişanlı, Ford Escape markalı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin (X13 Azerbaijan) 19.06.2021-ci il tarixli X6ndan görünür ki, 99UX308 dövlət qeydiyyat nişanlı Ford Escape markalı avtomobilə 16445,00 (on altı min dörd yüz qırx beş manat) ziyan dəymişdir. İş materiallarında olan 03.06.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 99UX308 dövlət qeydiyyat nişanlı Ford Escape markalı avtomobilə dəymiş ziyana görə 4824 manat məbləğində sığorta ödənişi İddiaçı ödənilmişdir. Yasamal rayon Məhkəməsinin 2 (0040-4737/21 saylı, 09.08.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2021-ci il tarixli, 9/5955 sayl rəyi ilə 99UX308 dövlət qeydiyyat nişanlı Ford Escape markalı avtomobilə 9900 (doqquz mun doqquz yüz) manat ziyan dəydiyi müəyyən olunmuşdur. İş materiallarında olan 07.07.2021-ci il tarixli 105387 saylı qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sürücü Cavabdeh2 etibarnamə əsasında idarə eldiyi Hyundai Accerıt markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Bülbül prospekti ilə sol birinci zolaqla Bulvar istiqamətinə doğru hərəkət edərək Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsinə çatdıqda, eyni zamanda onunla eyni istiqamətdə hərəkətdə olan sürücü X7 etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəsişmədə svetaforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirərək ehtiyatsızlıq edib yolayrıcına daxil omuşlar, bu zaman Zərifə Əliyeva küçəsi ilə hərəkət edən sürücü İddiaçı idarə etdiyi Ford Escape markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və maddi ziyan vurmuşdur. Ekspert rəyi ilə avtomobilə 9900 (doqquz min doqquz yüz) manat ziyan dəydiyi müəyyən olunmuşdur. Cavabdeh1 ASC tərəfindən 03.06.2021-ci il tarixdə 99UX308 dövlət qeydiyyat nişanlı Ford Escape markalı avtomobilə dəymiş ziyana görə 4824 manat məbləğində sığorta ödənişi İddiaçı ödənilmişdir. Odur ki, Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi olaraq 5076 (beş min yetmiş altı) (9900-4824=5076) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə iddiaçı 800 (səkkiz yüz) manat xidmət haqqının tutulmasını xahiş etsə də iş materiallarına bu barədə sübut əlavə etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan əlavə iddiaçı Cavabdeh1 ASC-dən 176 manat manat pulun tutulmasını tələb etsə də iddia tələbinin həmin hissədə hüquqi əsası olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ekspert tərəfindən iddiaçının avtomobilinə dəymiş ziyan 9900 manat müəyyən edildiyindən və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən iddiaçıya dəymiş ziyana görə 4824 manat ödənildiyindən Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi olaraq 5076 (beş min yetmiş altı) manat (9900- 4824=5076) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 5076 (beş min yetmiş altı) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcinə görə 100 (yüz) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4737/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4737/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver