Məhkəmə qərarları › İş №2(004)-4754/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4754/2021

21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4754/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və vəkili Abışov İsmayıl Abış oğlunun iştirakları ilə, İddiaçı Tofı̇ q oğlunun Cavabdeh Cabı̇ r qızına qarşı "aliment borcunun silinməsi və aliment öhdəliklərindən azad olunma tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tofı̇ q oğlu Cavabdeh Cabı̇ r qızına qarşı "aliment borcunun silinməsi və aliment öhdəliklərindən azad olunma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3347/2017 saylı, 03.07.2017-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşlarına çatmayan uşaqları 07.10.2009-cu il təvəllüdlü Vəkil və 21.12.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, hər ay cəmi 280 manat sabit pul məbləğində aliment tutulması ilə əlaqədar olan aliment öhdəlikləri üzrə (2021 -ci ilin may ayı daxil olmaqla) yaranmış 6.337,73 manat aliment borcunun silinməsi və gələcək aliment öhdəliklərindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, nikahları Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03.07.2017-ci il tarixli, 2(007)-3347/2017 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan 07.10.2009-cu il təvəllüdlü Vəkil və 21.12.2010-cu il təvəllüdlü X1 analarının yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq heç bir yerdə işləmədiyi və heç bir qazancı olmadığı üçün məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində aliment valideynləri tərəfindən hissə-hissə ödənilmişdir və hal-hazırda da ödənilir. Uzun müddət narkotik tərkibli maddələrin aludəçisi olması nəticəsində əsəbləri tamamilə pozulmuş və psixi pozuntularla əlaqədar olaraq xəstə hala düşmüşdür. Dəfələrlə “Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntusu” diaqnozu ilə miixtəlif xəstəxanalarda (‘'Bərpa Plyus” Tibb Mərkəzində, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında, Respublika Psixatriya Xəstəxanasında) müalicə almış, hazırda da müalicəsini davam etdirir. Sonuncu dəfə Respublika Psixatriya Xəstəxanasında 19.01.2021-ci il tarixdən 09.02.2021-ci il tarixədək “Opioidlərin qəbulu nəticəsində davranış pozuntular” diaqnozu ilə müalicə almışdır. Hazırda “Bakı Şəhər Narkoloji Mərkəzi”ində “F11.2-Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntusu. Asıllıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Xəstə olduğundan heç bir yerdə işləyə bilmir, tam əmək qabiliyyətsizdir, heç bir qazancı yoxdur, pensiyaçı valideynlərinin maddi köməkliyi sayəsində yaşayır. Hətta işləmək istəsə belə, Narkoloji Mərkəzdə qeydiyyatda olduğu üçün heç bir yerdə işə qəbul etmirlər. Uşaqlarının saxlanılması üçün alimentin hissə-hissə ödənilməsinə də valideynləri köməklik edirlər. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin 17/17-2F saylı, 06.07.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, tələbkar Cavabdeh tətəfındən onun bak hesabından təqdim etdiyi çıxarışdan müəyyən olunmuşdur ki, 2021-ci ilin may ayı da daxil olmaqla cavabdehə olan aliment borcu 6.337,73 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil və vəkili Abışov İsmayıl Abış oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03.07.2017-ci il tarixli, 2(007)-3347/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan 07.10.2009-cu il təvəllüdlü Vəkil və 21.12.2010-cu il təvəllüdlü X1 analarının yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı Tofı̇ q oğlundan Cavabdeh Cabı̇ r qızının xeyrinə hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞnin 08.06.2021-ci il tarixli, 4892 saylı arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı 16.09.2020-09.10.2020-ci il; 19.01.2021 -09.02.2021-ci il tarixlərdə xəstəxanada müalicədə olub. Diaqnoz: “Opioidlərin qəbulu nəticəsində davranış pozuntuları”. ‘'Bərpa Plyus” Tibb Mərkəzinin 11.06.2021-ci il tarixli, 34-x saylı arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı həqiqətən 28.04.2014-cı il tarixindən 08.05.2014-cü il və 04.11.2014 -cı il tarixindən 11.11.2014-cü il tarixinədək tibb mərkəzində stasionar müalicədə olmuşdur. Diaqnoz: “F11.2 Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntusu”. “Bakı Şəhər Narkoloji Mərkəzi”nin 11.06.2021-ci il tarixli, 34-x saylı arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı F11.2 -Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntusu. Asılılıq sindromu diaqnozu ilə 05.11.2020-ci il tarixdən Mərkəzdə qeydiyyatdadır. "xxxx" MMC-nin 11.06.2021-ci il tarixli, 34-x saylı arayışından görünür ki, İddiaçı “Narkoman və əyyaşlar üçün bərpa (medikamentsiz)” müəssisədə 04.08.2021-ci il tarixdən həqiqətən də “mənəvi yardım və ruh yüksəkliyi” xidməti alır. Xəstəliyinin və asılılığını nəzərə alaraq, İddiaçı müəssisədə 06 ay müddətinə xidmət alması zəruri və məsləhət görülmüşdür. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin 17/17-2F saylı, 06.07.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3347 saylı, 03.07.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı hər ay cəmi 280 mant sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. İcra hərəkətləri davam etdirilən zaman tələbkar Cavabdeh ona məxsus olan bank hesabından təqdim etdiyi çıxarışdan müəyyən olunmuşdur ki, borclu İddiaçı 2021-ci ilin may ayı daxil olmaqla borcu 6.337,73 manat təşkil edir. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəşinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3347 saylı, 03.07.2017-ci il tarixli icra sənədinə əsasən müəyyən edilmiş alimenti xəstə olmsı səbəbindən ödəyə bilməmişdir və nəticədə onun icra sənədi üzrə borcu 6.337,73 manat təşkil edir. Həmçinin, İddiaçı xəstəliyi və asılılığı nəzərə alınaraq "xxxx" MMC-də 04.08.2021-ci il tarixdən 6 ay müddətində “mənəvi yardım və ruh yüksəkliyi” xidməti alması zəruri və məsləhət görülmüşdür Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3347 saylı, 03.07.2017-ci il tarixli icra sənədinə əsasən yaranmış 6.337,73 manat aliment borcu silinməli, o, 04.02.2022-ci il tarixinədək alimentin öhdəliklərindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Tofı̇ q oğlunun Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3347/2017 saylı, 03.07.2017-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan 07.10.2009-cu il təvəllüdlü Vəkil və 21.12.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, hər ay cəmi 280 manat sabit pul məbləğində aliment tutulması ilə əlaqədar olan aliment öhdəlikləri üzrə yaranmış 6.337,73 (altı min üç yüz otuz yeddi manat 73 qəpik) manat məbləğində aliment borcu silinsin. İddiaçı Tofı̇ q oğlu 04.02.2022-ci il tarixinədək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3347 saylı, 03.07.2017-ci il tarixli icra sənədi üzrə aliment öhdəliklərindən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar