Məhkəmə qərarları › İş №2(004)-4760/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4760/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4760/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Rafael Özal oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün iddia ərizəsi məhkəməyə verildiyi tarixdən hər ay Cavabdeh aylıq əmək haqqısının ¼ hissəsi miqdarında və 41 manat sabit pul məbləğində alimentin, cəmi 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı adına olan “xxxxxxxxx” ASC-də açılmış KOD-507796, VÖEN- **********, Müxbir Hesab-AZ98NABZ********************, SWİFT BİK-NİCBAZ22, AZ07NİCB**********0002A41010 saylı Hesablaşma hesabına (İBAN) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxxx 2015-ci il tarixdə 3 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Rafael Özal oğlu anadan olmuşdur. Tərəflər arasında nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Rafael Özal oğlu anası İddiaçı yanında saxlanılmışdır. Lakin İddiaçı Cavabdeh aliment tələb etməmişdir ona görə ki, cavabdeh iddiaçıya hər ay uşağa könüllü şəkildə baxacağını, rəsmi şəkildə aliment məbləği onun əmək haqqından tutulduğu halda ona ev almaq üçün bank tərəfindən ipoteka verilməyəciyini bildirməklə İddiaçı inandırmış və İddiaçı nikahın pozulması tələbinə Binəqədi Rayon Məhkəməsində baxılan zaman əvvəlcə aliment ödənilməsini tələb etmiş, sonradan Cavabdeh təkidi ilə alimentin ödənilməsindən imtina etmişdir. Nikah pozulduqdan sonra Cavabdeh İddiaçı uşağın saxlanılması üçün heç bir pul vəsaiti vermədiyindən və iddiaçı ilə kobud rəftar etdiyindən İddiaçı aldadıldığını başa düşərək, yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh A.R. DİN-nin Yasamal rayon Polis İdarəsində polis nəfəri vəzifəsində işləyir, onun aylıq əmək haqqısı 636 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkilinin izahatını müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218 və 220-ci maddələrini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2015ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Rəsulzadə Rafael Özal oğlu dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2915/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2015-ci il tarixdə 3 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 975 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Rafael Özal oğlu cavabdeh İddiaçı yanında saxlanılmışdır. İş materiallarında olan AZ-İİİ 738034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Rəsulzadə Rafael Özal oğlu xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 048-318-1220 saylı məktubundan görünür ki, Cavabdeh hal-hazırda Yasamal rayon Polis İdarəsinin əməkdaşıdır və hesablanmış aylıq əmək haqqı 636 manat 70 qəpik təşkil edir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh, xx.xx.2016-cı il təvəllüdülü Rəsulzadə Rafael Özal oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 11 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı adına olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətində açılmış KOD-507796, VÖEN-**********, Müxbir hesab-AZ98NABZ********************, SWİFT BİK-NİCBAZ22, AZ07NİCB**********0002A41010 saylı Hesablaşma hesabına (İBAN) ödənilməlidir. Alimentin tutulma müddəti xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Rafael Özal oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında və 11 (on bir) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı adına olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətində açılmış KOD-507796, VÖEN- **********, Müxbir hesab-AZ98NABZ********************, SWİFT BİK-NİCBAZ22, AZ07NİCB**********0002A41010 saylı Hesablaşma hesabına (İBAN) ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar