Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4803/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 12.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş övladı - 10.02.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər 270 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, cavabdehlə 07.10.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan 10.02.2017ci il təvəllüdlü X2 adlı bir uşağı var. Nikahları pozulmayıb. O, heç yerdə işləmir və gəliri yoxdur. Cavabdeh öz uşağına heç bir maddi və mənəvi köməklik göstərmir. Bu səbəbdən uşağın maddi tələabatını ödəməkdə çətinlik çəkir. Cavabdeh DNŞ-nin Nəqliyyat idarəsində sürücü işləyir və əlavə olaraq ticarətlə məşğuldur. Cavabdehin aylıq qazancı 1500-1800 manatdır. Bu səbəbdən o, alimenit cavabdehin əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında deyil, məhz sabit pul məbləğində 270 manat tutulmasını tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə 07.10.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan 10.02.2017ci il təvəllüdlü X2 adlı bir uşağı var. Nikahları pozulmayıb. O, DNŞ-nin Nəqliyyat İdarəsində avtomobil sürücüsü işləyir və aylıq əmək haqqı 796 manat təşkil edir. Əlavə qazancı yoxdur. O, birinci nikahdan doğulmuş uşağına da aliment ödəyir. Onun hazırda İncinin saxlanması üçün 270 manat aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, aylıq əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər 07.10.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahından 10.02.2017-ci il təvəllüdlü X2 adlı bir uşağı var. İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanda, Cavabdeh isə ünvan 2 ünvanda rəsmi qeydiyyatdadırlar. “AZEMİS” sistemindən 26.07.2021-ci il tarixdə çap edilmiş məlumatdan müəyyən edilir ki, Cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsində avtomobil sürücüsü işləyir və aylıq əmək haqqı 796,08 manat təşkil edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh qazancının və başqa həlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment ödəməyə razı olduğunu bildirir. İddiaçı isə alimentin sabit pul məbləğində tutulmasında israrlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş - 10.02.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin aylıq qazancının 1.500-1.800 manat olmasını qeyd etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - 10.02.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4803/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4803/2021
09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver