Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4804/2022 18.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cehiz və qızılzinət əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cehiz və qızılzinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh1 ilə 2021-ci ildə ailə qurmuş və həmin evlilikdən uşağı anadan olmamışdır. Rəsmi nikaha daxil olmamışlar. Ailə qurduqdan sonra cavabdehin ata-anasına məxsus Bakı şəhəri Yasamal rayonu İ.Səfərli 66 saylı evə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür. Gəlin köçəndən bir müddət sonra onu evdə yola verməmişlər. Bu cür şəraitdə 2022-ci ilin iyul ayının 26 ayına kimi yaşaya bilmişdir. Hazırda Ağstafa rayonunda atası evində yaşayır. Qeyd etmək istəyir ki, atası evinə gelərkən özü ilə heç bir qızıl-zinyəl və cehiz əşyası götürməmişdir. Ona hədiyyə verilmiş qızıl-zinyət əşyaları orada olduğu vaxt cavabdehlər tərəfindən Bakı şəhərində yerləşən Güvən adlı Lombarda girov qoyulmuşdur. Cehizi isə tamamailə, cavabdehlərə məxsus evdə qalmışdır. Cehiz əşyalarını könüllü götürmək istəsə də, buna imkan verməmişlər. Cavabdehlərdən qızıl-zinyət əşyalarını və cehiz əşyalarını dəfələrlə tələb etməyimə baxmayaraq onları qaytarmaqdan imtina edirlər. Mübahisənin könüllü həll edilməsi üçün mediasiya qrumuna da, müraciət etmişdir. Tələb etdiyi qızıl-zinət əşyaları və cehiz əmlakı aşağıdakılardan ibarətdir: 3500 manat olan mebel dəsti – kardirop, yataq dəsti, televizor altı, termo, triliyaj, servand, jurnalnı stol, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 5 metr künclük divan; dəyəri 500 manat olan Vesta markalı televizor; dəyəri 600 manat olan İndesit markalı soyuducu; dəyəri 400 manat olan paltaryuyan; dəyəri 90 manat olan Akel markalı duxovka; dəyəri 130 manat olan Qalaksi markalı ət maşını; dəyəri 40 manat olan tefal çaydan; dəyəri 30 manat olan ütü; dəyəri 70 manat olan blender; dəyəri 250 manat olan 3 ədəd qazan dəsti; dəyəri 50 manat olan tava dəsti; dəyəri 20 manat olan 1 ədəd şirəli qazan; dəyəri 45 manat olan 6 ədəd qənd qabı; dəyəri 130 manat olan 30 əl üz dəsmalı; dəyəri 60 manat olan 25 stəkan dəsmalı; dəyəri 70 manat olan 10can dəsmalı; dəyəri 200 manat olan 10 dəst postel; dəyəri 150 manat olan obedni serviz; dəyəri 180 manat olan yorğan döşək üzü; dəyəri 55 manat olan divan üstü; dəyəri 30 manat olan stul üstü; dəyəri 25 manat olan kül qabı; dəyəri 50 manat olan 2 ədəd meyvə qabı; dəyəri 20 manat olan ana bala çaydan; dəyəri 15 manat olan 5 ədəd çaynik; dəyəri 90 manat olan 1 ədəd pakrıval; dəyəri 30 manat olan pxov odeal; dəyəri 250 manat olan dəst yorğan döşək; dəyəri 70 manat olan 6 ədəd balınc; dəyəri 12 manat olan 12 çay stəkanı; dəyəri 15 manat olan 12 ədəd şirə stəkanı; dəyəri 60 manat olan 2 ədəd süfrə; dəyəri 600 manat olan 4 ədəd xalça; dəyəri 150 manat olan 3 ədəd çılçıraq; dəyəri 70 manat olan 1 ədəd qaşıq çemodanı; dəyəri 20 manat olan 1 ədəd çömçə dəsti; dəyəri 25 manat olan 2 dəst tort qabı; dəyəri 10 manat olan 2 ədəd şirəli cəm; dəyəri 15 manat bıçaq dəsti; dəyəri 50 manat olan 1 ədəd qril aparatı; dəyəri 10 manat olan spürgə xəkəndaz; dəyəri 10 manat olan pol vedrəsi; dəyəri 5 manat olan şpilka səbəti; dəyəri 20 manat olan paltar sərilən; dəyəri 7 manat olan 12 ədəd yağ bıçağı; dəyəri 35 manat olan 1 ədəd sintifon yorğan; dəyəri 1000 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 4.5 qram olan nişan üzüyü; dəyəri 4600 manat olan 750 əyarlı, boyunbağı, klon, sırğa və üzük dəsti; dəyəri 900 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 5.5 qram olan briliant qaşıl üzük. Qızıl-zinyət əşyaları toyu zamanı çəkilmiş foto şəkillərdə və toy diskində öz əksini tapır. Hazırda həmin qızıl-zinyət əşyaları cavabdehdədir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəxtivar oğlu və Cavabdeh3 ona məxsus cehiz əşyalarının özünü və ya 8264 manat dəyərini, 6400 manat dəyərində olan qızıl-zinyət əşyalarının və 134 manat ödədiyim dövlət rüsumu və mediasiya üçün ödədiyi 50 manat rüsumun da alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o Sərxandan küsüb rayona getmiş, bundan sonra Sərxan onun dalınca gəlmiş və onlar barışaraq geri qayıtmışlar. Bakıya gəldikdən sonra isə ona məxsu qızılı lombarda qoymuşdurlar. O, dəfələrlə qızıllarının qaytarılmasını tələb etsə də, qızıl-zinət əşyaları geri verilməmişdir. Daha sonra cavabdehlər olan yoldaşı və qaynanası həmin qızılları lombarddan çıxardaraq satmışdırlar. Bunda başqa onun cehiz əmlakı da, hazırda cavadbehlərə məxsus evdə qalmışdır. Baldızları onu yola vermədiklərindən, o 26 iyulda ər evindən çıxaraq ata evinə qayıtmışdır. Onlar hazırki mübahisəni barışıq yolu ilə həll etmək istəsələr də, bu alınmamışdır. Odur ki, qeyd edirlənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia qismən qəbul edərək bildirdi ki, o, iddiaçı ilə faktiki nikahda olmuşdur. Belə ki, onlar arasında rəsmi nikah olmasa da, onlar dini kəbin kəsərək, toy etmiş və birlikdə yaşamağa başlamışlar. Bir müddət birlikdə yaşadıqdan sonra iddiaçı heç bir səbəb olmadan evi tərk edərək atası evinə getmişdir. O, ailəsinin dağılmasını istəmədiyi üçün iddiaçının dalınca rayona gedərək, onu geri gətirmişdir. İddiaçı atası evinə gedərkən, qızıl-zinət əşyalarını da, özü ilə aparmışdır. İddiaçının onlardan tələb etdiyi qızılları onun anası toy ərəfəsində almış və hədiyyə vermişdir. Qızıllar iddiaçıya alınsa da, hesab edir ki, anasının əmlakıdır və həmin əşyalar anasının vəsaiti hesabına alındığından ona lazım olanda sata bilər. Onların iddiaçıya verdikləri qızıl-zinət əşyaları dəyəri 1000 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 4.5 qram olan nişan üzüyü; dəyəri 4500 manat olan 750 əyarlı, boyunbağı, klon, sırğa və üzük dəsti; dəyəri 900 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 5.5 qram olan briliant qaşıl üzükdən ibarətdir. Sözü gedən qızıllara anası 6400 manat sərf etmişdir. Onun dayısı rəhmətə getdiyindən anası qızılları 3500 manata satmış və yas mərasimini yola vermişdir. Bundan başqa iddiaçı onların evini tərk edərkən bəzi cehiz əşyalarını özü ilə aparmışdır. Bəli, iddiaçının bəzi cehiz əmlakı onların evində qalmış və həmin əmlakları istənilən vaxt gəlib apara bilər. Məsələn mebel dəsti – kardirop, yataq dəsti, televizor altı, termo, triliyaj, servand, jurnalnı stol, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 5 metr künclük divan; dəyəri 500 manat olan Vesta markalı televizor; dəyəri 600 manat olan İndesit markalı soyuducu; dəyəri 400 manat olan paltaryuyan; dəyəri 90 manat olan Akel markalı duxovka; dəyəri 130 manat olan Qalaksi markalı ət maşını; dəyəri 40 manat olan tefal çaydan; dəyəri 30 manat olan ütü; dəyəri 70 manat olan blender; dəyəri 250 manat olan 3 ədəd qazan dəsti; dəyəri 50 manat olan tava dəsti; dəyəri 20 manat olan 1 ədəd şirəli qazan; dəyəri 45 manat olan 6 ədəd qənd qabı; dəyəri 200 manat olan 10 dəst postel; dəyəri 150 manat olan obedni serviz; dəyəri 180 manat olan yorğan döşək üzü; dəyəri 55 manat olan divan üstü; dəyəri 30 manat olan stul üstü; dəyəri 25 manat olan kül qabı; dəyəri 50 manat olan 2 ədəd meyvə qabı; dəyəri 20 manat olan ana bala çaydan; dəyəri 90 manat olan 1 ədəd pakrıval; dəyəri 250 manat olan dəst yorğan döşək; dəyəri 70 manat olan 6 ədəd balınc; dəyəri 60 manat olan 2 ədəd süfrə; dəyəri 600 manat olan 4 ədəd xalça; dəyəri 150 manat olan 3 ədəd çılçıraq; dəyəri 70 manat olan 1 ədəd qaşıq çemodanı; dəyəri 50 manat olan 1 ədəd qril aparatı; dəyəri 10 manat olan spürgə xəkəndaz; dəyəri 10 manat olan pol vedrəsi; dəyəri 5 manat olan şpilka səbəti; dəyəri 20 manat olan paltar sərilən; dəyəri 7 manat olan 12 ədəd yağ bıçağı; dəyəri 35 manat olan 1 ədəd sintifon yorğan adlı cehiz əşyaları iddiaçıya məxsusdur və hazırda əvvəllər birgə yaşadıqları evdədir. Odur ki, qətnamə çıxararkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbi ilə bağlı bildirdi ki, onun qızıl-zinyət əşyalarının satılmasından xəbəri olmamışdır. Onun xəbərim olsa idi qızılların satılmasına razı olmazdır. Səhv etmirsə yoldaşının 4-5 min manat məbləğində borcu da var idi və həmin borc toy ərəfəsində yaranmışdır. Qızılları lombarda qoyaraq o borcu bağlamışlar. Sonradan ola bilər ki, qızılları lombarddan çıxardıb satıblar. İddiaçı evini tərk edərkən bəzi xırda əşyalarını da, özü ilə aparmışdır. Qalan əşyaları isə necə var elə də qalmışdır. İddiaçıdan sonra heç kim onların otaqlarına keçməmiş və hər hansısa əşyasına dəyməmişdir. O, ümumiyyətlə övladının ailəsinin dağılmasının tərəfdarı olmamışdır. İddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 faktiki nikaha daxil olmuş, tərəflərin faktiki nikahından uşaqları olmamışdır. İddiaçı Cavabdeh3 məxsus evə gəlin köçmüş və həmin mənzilə öz cehiz əyalarını gətirmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəxtivar oğlu və Cavabdeh3 ona məxsus cehiz əşyalarının özünü və ya 8264 manat dəyərini, 6400 manat dəyərində olan qızıl-zinyət əşyalarının alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçının gəlin köçərkən apardığı cehiz əşyalarının özünü və ya 8264 manat dəyərinin cavabdehdən alınaraq ona qaytarılmasını hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehlər sözü gedən cehiz əşyalarından ümumi dəyəri 3500 manat olan mebel dəsti – kardirop, yataq dəsti, televizor altı, termo, triliyaj, servand, jurnalnı stol, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 5 metr künclük divan; dəyəri 500 manat olan Vesta markalı televizor; dəyəri 600 manat olan İndesit markalı soyuducu; dəyəri 400 manat olan paltaryuyan; dəyəri 90 manat olan Akel markalı duxovka; dəyəri 130 manat olan Qalaksi markalı ət maşını; dəyəri 40 manat olan tefal çaydan; dəyəri 30 manat olan ütü; dəyəri 70 manat olan blender; dəyəri 250 manat olan 3 ədəd qazan dəsti; dəyəri 50 manat olan tava dəsti; dəyəri 20 manat olan 1 ədəd şirəli qazan; dəyəri 45 manat olan 6 ədəd qənd qabı; dəyəri 200 manat olan 10 dəst postel; dəyəri 150 manat olan obedni serviz; dəyəri 180 manat olan yorğan döşək üzü; dəyəri 55 manat olan divan üstü; dəyəri 30 manat olan stul üstü; dəyəri 25 manat olan kül qabı; dəyəri 50 manat olan 2 ədəd meyvə qabı; dəyəri 20 manat olan ana bala çaydan; dəyəri 90 manat olan 1 ədəd pakrıval; dəyəri 250 manat olan dəst yorğan döşək; dəyəri 70 manat olan 6 ədəd balınc; dəyəri 60 manat olan 2 ədəd süfrə; dəyəri 600 manat olan 4 ədəd xalça; dəyəri 150 manat olan 3 ədəd çılçıraq; dəyəri 70 manat olan 1 ədəd qaşıq çemodanı; dəyəri 50 manat olan 1 ədəd qril aparatı; dəyəri 10 manat olan spürgə xəkəndaz; dəyəri 10 manat olan pol vedrəsi; dəyəri 5 manat olan şpilka səbəti; dəyəri 20 manat olan paltar sərilən; dəyəri 7 manat olan 12 ədəd yağ bıçağı; dəyəri 35 manat olan 1 ədəd sintifon yorğan adlı cehiz əşyaların hazırda onlara məxsus evdə olmasını etiraf etmiş və iddiaçının istənilən vaxt həmin əşyalara götürə biləcəklərini bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adları sadalanmış cehiz əmlakları və ya onların dəyəri məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən, sözü gedən cehiz əmlakının özünün və ya dəyərinin iş üzrə Cavabdeh2 da, tutulması hissəsi ilə razılaşmayaraq qeyd edir ki, işin halları ilə müəyyən edilmişdir ki, tələb olunan cehiz əmlakların yerləşdiyi və iddiaçının faktiki nikah dövründə Cavabdeh1 ilə yaşadıqları mənzil mülkiyyət hüququ ilə digər Cavabdeh3 məxsus olmaqla, Cavabdeh1 tələb olunan əmlakları geri qaytarmamasına dair də, iddiaçı tərəfindən hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmiş, bunun əksi olaraq məhkəmə iclasında iddiaçı tərəfindən Cavabdeh1 qarşı heç bir narazıçılığının olmaması və əslində onun bu məsələlərdən xəbərinin olmaması etiraf edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin 6400 manat dəyərində olan qızıl-zinyət əşyalarının cavadbehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş Cavabdeh1 sözü gedən qızıl-zinət əşyalarının digər cavabdeh, yəni anası Cavabdeh3 tərəfindən 6400 manata alınmasını, tərəflərindən iddiaçıya ömürlük bağışlanmamasını, anasının əmlakı olmasını və bu səbəbdən də, geri tələb etmək hüququnun olmasını əsas gətirərək, təcili pul lazım olduğu üçün iyul ayının sonlarında 3500 manata satdıqlarını etiraf etmişdir. Məhkəmə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi bu dəlillərlə razılaşmayaraq hesab edir ki, iddia tələbi bu hissədə Cavabdeh1 tərəfindən etiraf edilməsə də, işin halları ilə, tələb olunan qızıl-zinət əşyalarının movcud olması və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən, 6400 manata alınmasına baxmayaraq, təcili pul lazım olduğu üçün 3500 manata satmaları cavabdehin etiraf edici izahatı ilə sübuta yetirildiyindən, iddia tələbi bu hissədə də, qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dəyəri 1000 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 4.5 qram olan nişan üzüyü; dəyəri 4600 manat olan 750 əyarlı, boyunbağı, klon, sırğa və üzük dəsti; dəyəri 900 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 5.5 qram olan briliant qaşıl üzükdən ibarət qızıl-zinət əşyaları və ya onların dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. İşin araşdırılmış halları ilə tərəflər arasında nikahahlarının rəsmi qeydə alınması halının mövcud olması müəyyən edilməsə də, tərəflərin dini nikaha girərək el adəti ilə toy etmələkləri və iddiaçının, cavabdehlərin mənzilinə gəlin köçərək, cehiz əmlaklarını da, həmin məmzilə gətirməsi, münasibətləri pozulanadək həmin mənzildə ər-arvad olaraq faktiki nikah münasibətlərində yaşamaları, toy ərəfəsində cavabdehlər tərəfindən iddiaçıya yenə də, el adətinə uygun olaraq iddia tələbində göstərilmiş qızıl-zinət əşyalarının hədiyyə gətirilməsi öz təsdiqini tapmış, işin bu halı mübahisəsiz olmaqla iddiaçı və cavabdeh tərəfindən etiraf edilmişdir. Məhkəmə sözü qızıl-zinət əşyalarının özünün və ya dəyərinin iş üzrə Cavabdeh2 da, tutulması hissəsi ilə razılaşmayaraq qeyd edir ki, sonuncu sözü gedən qızıl-zinət əşyalarının satılmasından xəbərsiz olmuş, cavabdehin məhz məhkəmə vaxtı həmin əşylarının satıldığından məlumatlı olmuşdur. Bundan başqa məhkəmə iddianı cavabdeh B.Süleymanova mübasibətdə qismən təmin edərkən eyni zamanda iddiaçının da, ona qarşı hec bir pritenziyasının olmamasını da, nəzərə alır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dəyəri 3500 manat olan mebel dəsti – kardirop, yataq dəsti, televizor altı, termo, triliyaj, servand, jurnalnı stol, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 5 metr künclük divan; dəyəri 500 manat olan Vesta markalı televizor; dəyəri 600 manat olan İndesit markalı soyuducu; dəyəri 400 manat olan paltaryuyan; dəyəri 90 manat olan Akel markalı duxovka; dəyəri 130 manat olan Qalaksi markalı ət maşını; dəyəri 40 manat olan tefal çaydan; dəyəri 30 manat olan ütü; dəyəri 70 manat olan blender; dəyəri 250 manat olan 3 ədəd qazan dəsti; dəyəri 50 manat olan tava dəsti; dəyəri 20 manat olan 1 ədəd şirəli qazan; dəyəri 45 manat olan 6 ədəd qənd qabı; dəyəri 200 manat olan 10 dəst postel; dəyəri 150 manat olan obedni serviz; dəyəri 180 manat olan yorğan döşək üzü; dəyəri 55 manat olan divan üstü; dəyəri 30 manat olan stul üstü; dəyəri 25 manat olan kül qabı; dəyəri 50 manat olan 2 ədəd meyvə qabı; dəyəri 20 manat olan ana bala çaydan; dəyəri 90 manat olan 1 ədəd pakrıval; dəyəri 250 manat olan dəst yorğan döşək; dəyəri 70 manat olan 6 ədəd balınc; dəyəri 60 manat olan 2 ədəd süfrə; dəyəri 600 manat olan 4 ədəd xalça; dəyəri 150 manat olan 3 ədəd çılçıraq; dəyəri 70 manat olan 1 ədəd qaşıq çemodanı; dəyəri 50 manat olan 1 ədəd qril aparatı; dəyəri 10 manat olan spürgə xəkəndaz; dəyəri 10 manat olan pol vedrəsi; dəyəri 5 manat olan şpilka səbəti; dəyəri 20 manat olan paltar sərilən; dəyəri 7 manat olan 12 ədəd yağ bıçağı; dəyəri 35 manat olan 1 ədəd sintifon yorğan adlı cehiz əşyaları və dəyəri 1000 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 4.5 qram olan nişan üzüyü; dəyəri 4600 manat olan 750 əyarlı, boyunbağı, klon, sırğa və üzük dəsti; dəyəri 900 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 5.5 qram olan briliant qaşıl üzükdən ibarət qızıl-zinət əşyaları və ya onların dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iş üzrə ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dəyəri 3500 manat olan mebel dəsti – kardirop, yataq dəsti, televizor altı, termo, triliyaj, servand, jurnalnı stol, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 5 metr künclük divan; dəyəri 500 manat olan Vesta markalı televizor; dəyəri 600 manat olan İndesit markalı soyuducu; dəyəri 400 manat olan paltaryuyan; dəyəri 90 manat olan Akel markalı duxovka; dəyəri 130 manat olan Qalaksi markalı ət maşını; dəyəri 40 manat olan tefal çaydan; dəyəri 30 manat olan ütü; dəyəri 70 manat olan blender; dəyəri 250 manat olan 3 ədəd qazan dəsti; dəyəri 50 manat olan tava dəsti; dəyəri 20 manat olan 1 ədəd şirəli qazan; dəyəri 45 manat olan 6 ədəd qənd qabı; dəyəri 200 manat olan 10 dəst postel; dəyəri 150 manat olan obedni serviz; dəyəri 180 manat olan yorğan döşək üzü; dəyəri 55 manat olan divan üstü; dəyəri 30 manat olan stul üstü; dəyəri 25 manat olan kül qabı; dəyəri 50 manat olan 2 ədəd meyvə qabı; dəyəri 20 manat olan ana bala çaydan; dəyəri 90 manat olan 1 ədəd pakrıval; dəyəri 250 manat olan dəst yorğan döşək; dəyəri 70 manat olan 6 ədəd balınc; dəyəri 60 manat olan 2 ədəd süfrə; dəyəri 600 manat olan 4 ədəd xalça; dəyəri 150 manat olan 3 ədəd çılçıraq; dəyəri 70 manat olan 1 ədəd qaşıq çemodanı; dəyəri 50 manat olan 1 ədəd qril aparatı; dəyəri 10 manat olan spürgə xəkəndaz; dəyəri 10 manat olan pol vedrəsi; dəyəri 5 manat olan şpilka səbəti; dəyəri 20 manat olan paltar sərilən; dəyəri 7 manat olan 12 ədəd yağ bıçağı; dəyəri 35 manat olan 1 ədəd sintifon yorğan adlı cehiz əşyaları və dəyəri 1000 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 4.5 qram olan nişan üzüyü; dəyəri 4600 manat olan 750 əyarlı, boyunbağı, klon, sırğa və üzük dəsti; dəyəri 900 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 5.5 qram olan briliant qaşıl üzükdən ibarət qızıl-zinət əşyaları və ya onların dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4804/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4804/2022
18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver