Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4846/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-693/2019 saylı qətnaməsi ilə təyin edilmiş Cavabdeh qazancının və ya digər gəlirlərinin dörddə bir hissəsi məbləğindən aliment dəyişdirilərək 15 iyun 2015-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləği qismində 350 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və Cavabdeh ilə 01 iyun 2014-cü il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində nikahları rəsmiləşdirilərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə oğlu Tunar anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan aralarında olan anlaşılmamazlıqların səbəbindən Lənkəran Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli. 2(049)-693/2019 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin qazancının və ya digər gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment təyin edilmişdir. Lakin cavabdehin ödəməli olduğu məbləğ övladının yaşam xərclərinin qarşılanması üçün zəruri olan məbləğdən aşağıdır. Əlavə etmək istəyir ki, cavabdeh polis əməkdaşı vəzifəsində çalışmış, buna uyğun olaraq gəliri 800-900 manat arası olmuşdur. Bu səbəbdən müvafiq məhkəmə qətnaməsi ilə təyin olunmuş məbləğ qazancının dörddə bir hissəsi kimi hesablanaraq təqribən 200 manata təsadüf etmişdir. Günümüzdə minimal yaşam ehtiyacları üçün tələb olunan qiymətlərin bahalaşdığını nəzərə alsaq, bu məbləğ məktəbli bir uşağın xərclərini qarşılamağa yetmir. Bütün bunlarla yanaşı Cavabdeh son altı ay ərzində aliment olaraq yalnız 100 manat məbləğində pul ödəyərək, uşaöın saxlanılması üçün üstünə düşən məsuliyyəti tam yerinə yetirməmişdir. Belə olduqda təkbaşına uşağı saxlamaq ona maddi olaraq çətindir. Odur ki, uşağın bütün xərclərini də nəzərə alaraq sabit aliment məbləği kimi 350 manat aliment təyin edilməli olduğunun vacib olduğunu düşünür.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul etmir. Əvvəl polis işlədiyi vaxt alimentin məbləğini artıqlaması ilə ödəmişdir. Lakin səhhətilə əlaqədar olaraq işdən çıxmış və hal-hazırda bir şirkətin sürücüsü kimi fəaliyyət göstərir. Aylıq maaşı 400 manatdır. Ailəsinin və özünün xərcləri olduğu üçün iddiaçının iddia tələbində göstərilən məbləği ödəməyə gücü çatmayacaq. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
7. Belə ki, Lənkəran Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli, AZ-İ 331151 seriya nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X3 nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 174 № ilə qeyd edilmişdir.
8. 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyyat şöbəsi tərəfindən verilən xx.xx.2015-ci il tarixli, AZ-İİİ 602369 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r.
9. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-693/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir.
10. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-1284/2019 saylı qətnaməsi ilə X7 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 1267 saylı nikah aktın pozulması, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən 15 manat dövlət rüsumunun iddiaçı Cavabdeh tutulması, cavabdeh X3 himayəsində azyaşlı uşağı olduğu üçün onun bu xərclərdən azad edilməsi, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 anası X3 himayəsində yaşaması qət edilmişdir.
11. Elektron portal çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir.
12. Məhkəmə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin təyin edildiyi vaxta – 2018-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi, həmçinin cavabdehin iddia tələbi ilə razı olmasını nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir.
13. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
14. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
18. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-693/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda cavabdehin aylıq maaşı 400 manat təşkil edir və aliment məbləği olaraq 100 manat ödəniş edir. 100 manat aliment məbləğinin hazırki halda uşağın mənafeyinə uyğun olmadığından və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyindən, iddia tələbi aliment məbləğinin artırılması hissəsində təmin edilməlidir.
22. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 350 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 350 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin əmək haqqının olmaması nəzərə alınmaqla şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi əsas götürülərək məqsədə müvafiq deyildir.
23. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-693/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-693/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil