Məhkəmə qərarları › İş №2(004)-4858/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4858/2023

29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4858/2023 29.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair birləşdirilmiş 2(004)-4858/2023 saylı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə 15 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh 17 aprel 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklifinin göndərilməsi tarixindən yəni 15 avqust 2023-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat, 17 aprel 2026-ci il tarixə kimi iddiaçının saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat məbləğində alimentin, uşağın anadan olmasına görə cavabdehin adına ödənilmiş 500 (beş yüz) manat məbləğində birdəfəlik sosial müvainət və Bakı 15 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 atasının Cavabdeh olmaması faktının müəyyən edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsinin ata qrafasında olan qeydlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4870/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair 2(004)-4870/2023 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(004)-4858/2023 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 dekabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan onların 17 aprel 2023-cii il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Aralarında olan ailə münasibətlərini Cavabdeh İİ-ci Qarabağ Müharibəsi zamanı almış olduğu psixoloji problemlər səbəbindən davam etdirmək çətinləşmişdir, cavabdehin psixoloji vəziyyət ilə əlaqədar olaraq iddiaçıya qarşı cavabdeh tərəfindən müxtəlif şər və böhtanlar atılmış, yaranmış vəziyyət ilə bağlı İddiaçı valideynlərinin yaşamış olduğu mənzilə köçmək məcburiyyətində qalmışdır. Birgə nikahdan olmuş uşaq valideynləri ilə birlikdə yaşadığı dövrdə doğulmuş, cavabdeh uşağın doğuşuna hər hansı yardım etməmiş və eyni zamanda uşağın doğulmasına görə müvafiq icra hakimiyyəti tərəfindən qanunla müəyyən edilmiş 500,00 (beş yüz) manat məbləğində olan birdəfəlik sosial müavinəti onun adına ödənilməsi səbəbindən geri verməkdən imtina edir. Bu səbəbdən İddiaçı Cavabdeh birgə nikahdan doğulmuş uşağın maddi təminatında iştirak etməyi tələb etsə də Cavabdeh bu iştirakdan müxtəlif bəhanələr gətirməklə imtina edir. İkinci iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə Cavabdeh aralarında olan münasibətlər kəskin şəkildə pisləşdiyindən, aralarında ərarvad münasibətləri yox idi. Belə münasibətlərdən bir müddət sonra, cavabdeh ona 2022-ci ilin avqust ayının sonunda bildirmişdir ki, hamilədir. Cavabdehin bu xəbəri bildirməsi onu çox təəcübləndirmişdir. Belə ki, onların arasında artıq uzun müddət ərarvad münasibətləri olmadığından, onun Cavabdeh hamilə qalması mümkünsüz idi. Bu barədə valideynlərinə bildirsə də, valideynləri dediklərini qəbul etməmiş və aralarında bağlanmış nikahın pozulmasına etiraz etməyə başlamışlar. Bir neçə müddət keçdikdən sonra, artıq cavabdehlə bir yerdə yaşaya biləcəyinin mümkünsüz olduğunu gördükdə, 2022-ci ilin oktyabr-noyabr aylarında o, evə gəlmirdi. 2022-ci ilin dekabr ayının 4-də o, evə gələrək cavabdehin topladığı əşyaları ilə birlikdə valideynlərinin yaşadığı evə apardı. Bundan sonra o, İddiaçı görməmişdir. xx.xx.2023-cü ildə cavabdeh uşaq dünyaya gətirmişdir. Uşaq doğularkən iddiaçı nə xəstəxanaya getmiş, nə də ki, qeydiyyat şöbəsində onun atası olması barədə ərizə ilə müraciət etməmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh Nizami rayon qeydiyyat şöbəsində təqdim etdiyi hansısa sənədlər əsasında, uşağa doğum haqqında şəhadətnamə almış və şəhadətnamənin ata qrafasında Cavabdeh ad, soyad və ata adı qeyd olunmuşdur. Hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 atasının Cavabdeh olmaması faktının müəyyən edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsinin ata qrafasında olan qeydlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və iddia tələbinin təmin edilməsini, X1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia üzrə tələbin rədd edilməsini və X1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, birləşdirilmiş iş üzrə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 053721 nömrəli xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 01 dekabr 2021-ci il tarixdə nikah bağlanmış və bu barədə 3254 saylı akt qeydi tərtib edilmişdir. Ərə “Haşımov”, arvada “Haşımova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 824732 nömrəli xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 aprel 2023-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 87 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X5” X9 xx.xx.2023-cü il tarixli, 705/2023-MTBŞ nömrəli rəyində qeyd edilir ki, alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X4 adlı uşağın bioloji atası olması təsdiq olundu. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli 343958 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 55,25 (əlli beş manat itirmi beş qəpik) manat məbləğində mediasiya ödənişi və poçt xərci ödənilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında 01 dekabr 2021-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh uşağın onun olmasını mübahisələndirmiş, bununla bağlı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2023-cü il tarixli, 705/2023-MTBŞ nömrəli rəyinə əsasən, Cavabdeh ekspertizaya təqdim olunmuş X4 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası AM-in 45.1-ci maddəsinə görə atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası AM-in 186-cı maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə və ya atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Eyni zamanda, işin faktiki halı ondan ibarətdir ki, tərəflərin iddia ərizələri və məhkəmədə vermiş olduğu izahatlardan da müəyyən olunur ki, iddiaçı hamilə olduğu müddətdə 2022-ci ilin dekabr ayında Cavabdeh tərəfindən İddiaçı atası evinə aparılmış, həmin müddətdən də tərəflər faktiki olaraq ayrı yaşamış, birgə təsərrüfat aparmamışdır. Uşaq hal-hazırda anası İddiaçı yanında qalır. Eyni zamanda, Cavabdeh hazırlıq iclasında da bildirmişdir ki, “uşağın anadan olmasına görə” verilmiş 500 (beş yüz) manat birdəfəlik müavinət hal-hazırda ondadır, xərcləməmişdir. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; Məhkəmə iş materiallarını araşdıraraq, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu nəzərə alıb, hesab edir ki, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın yüksək mənafeyini nəzərə alaraq xx.xx.2023-cü il təvəllüdlü X1 3 (üç) yaşı olana kimi Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində pulun ödənilməsi ağlabatandır. Bu hissədə iddia qismən təmin edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh “uşağın anadan olmasına görə” verilmiş 500 (beş yüz) manat birdəfəlik müavinət alınaraq İddiaçı verilməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 4.0.2.2-ci maddəsinə əsasən, bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.2. uşağın anadan olmasına görə müavinət: “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 973 saylı Fərmanının 1.2.2-ci bəndinə əsasən, uşağın anadan olmasına görə müavinət — 500 (beş yüz) manat təşkil edir. Məhkəmə araşdırması ilə birdəfəlik sosial müavinət məbləğinin Cavabdeh olması, iddiaçının uşağı cavabdehlə faktiki birgə yaşamadığı müddətdə dünyaya gətirməsi, Cavabdeh uşağın saxlanılmasında iştirak etməməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, müavinətin mahiyyəti də uşağın doğulması ilə əlaqədar ilkin xərclərin qarşılanması üçün dövlət tərəfindən verilmiş yardım olduğundan, həmin hissədə iddia əsaslıdır və Cavabdeh “uşağın anadan olmasına görə” verilmiş 500 (beş yüz) manat birdəfəlik müavinət alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 15 sentyabr 2023-cü il tarixdən etibarən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1.-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-387/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşınadək, yəni xx.xx.2026-ci il tarixinə kimi hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh “uşağın anadan olmasına görə” verilmiş 500 (beş yüz) manat birdəfəlik müavinət alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma vaxtı xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qalan hissədə iddia təmin olunmasın. İddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar