Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4869/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 1000 (bir min) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 01 dekabr 2007-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan 07 yanvar 2009cu il tarixdə X7 və 07.08.2013-cü il tarixdə X6 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münaisbətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Artıq iki aydır ki, tərəflər ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqlar isə iddiaçının himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. İddiaçının qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Cavabdeh "xxxx" QSC-nin idarə etdiyi eManat brendinin İT təhlükəsizliyi sahəsində mütəxəssis işləyir. Onun orta aylıq gəliri 3500 manat təşkil edir. İddiaçı 09 avqust 2021-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək, X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancın və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə verdiyi dəqiqləşməni müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında çıxış edərək, iddia tələbinə dəqiqləşdirmənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 16 avqust 2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək, 24 avqust 2021-ci il tarixə saat 14.15-ə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcini, onun iştirak olmadan işə baxılmasını xahiş etmiş, əmək haqqının üçdə bir hissəsində alimentin tutulmasına etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddiaçının vəkilinin çıxışını dinləyib, cavabdehin ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 343819 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 01 dekabr 2007-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1092 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 236944 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 07 yanvar 2009-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 446 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 161510 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 07 avqust 2013-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2814 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sistem üzrə dizayner/İT olaraq çalışır və əmək haqqı 3940 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatından görünür ki, Əliyev X2 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN **********) “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşaqların mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda müəyyən edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 14 iyul 2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07 yanvar 2009-cu il təvəllüdlü X5 və 07.08.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancın və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 14 iyul 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4869/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4869/2021
24.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver