Məhkəmə qərarları › İş №2(004)-4875/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4875/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4875/2021 30.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Hı̇ kmət qızının Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Hı̇ kmət qızı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 700 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02.07.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan 28.05.2012-ci il tarixdə X2 anadan olmuşdur. Bakı şəhər Yasamal rayon Məhkəməsinin iş № 2(004)-4962/2019 saylı, 10.09.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 28.05.2012-ci il təvəllüdlü X1 anasının yanında saxlanılması qət edilmişdir. Qətnamə qəbul edilərkən aliment tələb etməmişdir. Lakin hazırkı ailə durumu, işsizlik və uşağın əvvəlki təminat səviyyəsini saxlamaq imkanında olmadığından gələcəkdə təhsili, sağlamlığı və eləcə də digər maddi təminatların ödəmək borcunu dərk edərək hesab edir ki, cavabdehdən aliment tuluması zərurəti yaranmışdır. Cavabdeh qazancı yüksək səviyyədə müntəzəm olaraq dəyişir və övladının əvvəlki təminat səviyyəsini qarşılamaq üçün ayda 700 manat miqdarında aliment ödəmək üçün yüksək qacancı vardır və bunu ödəmək imkanındadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, tələb olunan məbləğdə aliment ödəməyə etirazının olmadığını bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarında olan 1 saylı şəhəri Yasamal rayon Qediyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 28.05.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçı Hı̇ kmət qızıdır. Habelə cavabdeh iddia tələbini qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan əlavə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 700 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Hı̇ kmət qızına ödənilməli, alimentin tutulma müddəti 14.07.2021-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 28.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Hı̇ kmət qızına ödənilsin. Alimentin tutulma müddəti 14 iyul 2021-ci il tarixdən hesablansın. Aliment dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar