Məhkəmə qərarları › İş №2(004)-4877/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4877/2021

24.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4877/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə 23 aprel 2020-ci il tarixində nikaha daxil olub evləndikdən sonra Hacıqabul rayon Nəvahi kəndində yaşamışlar. Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsində nikahın pozulmasına dair iddia qaldırmış və 16 mart 2021-ci il tarixində Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. O, ayrıldıqdan sonra ona məxsus əmlak keçmiş həyat yoldaşı ilə yaşadığı ünvanda qalmışdır. Bildirir ki, cavabdehlə ailə qurarkən ona hədiyyə kimi müxtəlif adda qızıl-zinət əşyaları alınmışdır. Onun tərəfindən isə müxtəlif adda cehiz əşyaları cavabdehin yaşadığı ünvana aparılmışdır. Ona məxsus əmlakından və qızıl-zinət əşyalarından bugünədək xəbəri yoxdur. Cavabdeh onunla yaşamaq istəməməsi səbəbindən o da, ona məxsus əmlakının geri qaytarılmasını istəyir. Ona hədiyyə edilmiş qızılların mövcudluğu toy və başqa şəkillərlə, video görüntülərlə və şahid ifadələri ilə təsdiq edilir. Hesab edir ki, qanuna görə onun hesab edilən qızıl-zinət əşyalarını və cehiz əmlakını cavabdehdən tələb etməyə subyektiv hüququ vardır, onun olan qızılları və cehiz əmlakı məhkəmə qaydasında alınaraq ona verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən qanunla onun mülkiyyəti hesab edilən dəyəri 5350 manat olan (Ümumi çəkisi 15 qram olan 585 əyarlı qızıl komplekt-1500 manat, Komplektə daxildi: 1 ədəd 585 əyarlı qızıl qolbaq 4 qr, 1 ədəd 585 əyarlı qızıl ooyunbağı 6 qr , 1 dəst 585 əyarlı qızıl sadə qaşlı sırğa üzük 5 qr,) 1 ədəd nişan üzüyü 6 qr olan 585 əyarlı - 800 manat, 1 ədəd tək sadə qaşlı üzük 2 qr olan 585 əyarlı- 200 manat, 1 ədəd qızıl kişi üzüyü 8 qr olan 585 əyarlı - 1200 manat, 1 ədəd mirvari qolbaq 2.5 qr olan 585 əyarlı - 250 manat, 1 ədəd qədimi qızıl saat 14 qr olan 583 əyarlı - 1400 manat) və ümumi dəyəri 15649 manat olan cehiz əşyaları (1 dəst qranit qazan - 260 man, 1 dəst nerjavik qazan - 300 man, 1 dəst güllü qazan - 180 man, 7 ədəd teflon tava - 120 man, 1 dəst çuqun qazan - 35 man, 2 ədəd çuqun test - 40 man, 2 ədəd çuqun vedrə - 30 man, 1 ədəd alminium vedrə - 20 man, 1 ədəd alminium test - 15 man, 1 ədəd plastik test - 8 man, Plastik qablar - 10 man, 1 ədəd aşsüzən-10 man, Pərdə - 210 man, 5 ədəd adyal-200 man, 1 ədəd yataq örtüyü - 180 man, 26 ədəd əl-üz dəsmalı - 150 man, 12 ədəd qətvə - 160 man, 8 dəst yataq dəsti - 380 man, 18 ədəd çay dəsmalı - 48 man, 8 ədəd süfrə - 84 man, 3 ədəd xalça - 360 man, 48 ədəd dəst qab - 40 man, 50 ədəd dəst qab - 200 man, 6 ədəd qara kasa - 20 man, 12 ədəd güllü kasa - 25 man, 12 ədəd fincan - 20 man, 12 ədəd razetka - 12 man, 12 ədəd duz qabı -12 man, 2 ədəd ayaqlı sadə meyvə qabı - 24 man, 2 ədəd sadə meyvə qabı - 20 man, 4 ədəd qənd qabı - 20 man, 5 ədəd dəm çayniki - 25 man, 1 ədəd böyük çaynik - 26 man, 2 ədəd ayaqlı çərəz qabı - 20 man, 1 ədəd sadə çərəz qabı - 10 man, 12 xörək qaşığı, 12 çay qaşığı, 12 çəngəl - 25 man, 1 dəst çamadan çəngəl qaşıq dəsti - 180 man, 1 dəst tort qabı - 20 man, 6 ədəd güllü fincan dəsti - 30 man, 6 ədəd qaşlı fincan dəsti - 30 man, 1 çamadan kəsici alətlər dəsti -170 man, 1 dəst çömçə -25 man, 12 ədəd armudu stəkan -10 man, 24 ədəd nəlbəki - 20 man, 1 dəst abedni servis - 500 man, 1 dəst çayni servis - 300 man, 2 ədəd qaşlı bagema - 120 man, 2 ədəd böyük xrustal meyvə qabı - 70 man, 6 ədəd böyük xrustal fujer - 70 man, 12 ədəd balaca xrustal fujer - 120 man, 2 ədəd böyük xrustal meyvə qabı - 70 man, 2 ədəd balaca xrustal meyvə qab - 50 man, Çilçıraq - 180 man, 4 ədəd xrustal qənd qabı - 50 man, 4 ədəd uzunsov xrustal qab - 140 man, 1 ədəd böyük xrustal güldan - 300 man, 2 ədəd xrustal külqabı - 60 man, 1 dəst xrustal qrafin və 6 xrustal bakal - 80 man, 1 ədəd bagema qrafin və 6 ədəd bagema bakal - 55 man, 1 ədəd bagema qrafin və 6 ədəd fujer - 50 man, 2 ədəd gecə lampası - 40 man, 4 ədəd döşək - 200 man, 4 ədəd yorğan - 200 man, 6 ədəd yastıq - 150 man, 6 ədəd döşəkcə - 200 man, 2 ədəd slikon yastıq - 20 man, İndesit Soyuducu - 700 man, Shivaki Televizor 102 diametr - 800 man, Evrolux paltaryuyan - 800 man (Yeni işlənməmiş), Evrolux tozsovuran - 800 man, Evrolux mikser- 25 man, Aiwa blender dəsti - 50 man, Evrolux blender - 15 man, Evrolux Ütü- 50 man, Evrolux soba- 80 man, mətbəx üçün qırmızı-qara rəngli mebel dəsti 2 metr 80 sm - 600 man, qonaq otağı üçün mebel dəsti (qəhvəyi rəngli, ağ yastıqlı divan, qəhvəyi rəngli televizor altlığı, qəhvəyi rəngli servant, 6 ədəd ağ rəngli stul), yataq otağı üçün mebel dəsti (qəhvəyi rəngli taxt, qəhvəyi rəngli kamot, qəhvəyi rəngli şifoner, qəhvəyi rəngli 2 ədəd tumbuçka, qəhvəyi rəngli termo) qonaq və yataq üçün mebellərin ümumi dəyəri - 5600 manat), ümumilikdə cəmi dəyəri 20999 manat (iyirmi min doqquz yüz doxsan doqquz manat) olan qızıl-zinət əşyalarının və cehiz əmlakının cavabdehdən alınaraq ona verilməsi, bu mümkün olmadıqda isə dəyərinin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehlə yaşadığı evdən çıxarkən bir qızıl-zinət əşyası aparmamışdır. Toydan 1 həftə sonra cavabdehin anası qızılları onların yataq otağından götürmüş və özündə saxlamışdır. Cavabdehin anasının otağı həmişə bağlı olurdu. Qızıl saat, qolbağ, qızıl dəsti, mirvari qolbağ, tək qaş üzük, cavabdehə taxılan üzük, nişan üzüyünü də keçmiş qaynanası ondan almışdır. Gündəlik tək qaş üzüyünü taxırdı. Cavabdehin anası həmin üzüyü də ondan alaraq otağına aparmış və bildirmişdir ki, oğluna güvənmir. O, cavabdehlə yaşadığı müddətdə cəmi 1 ədəd qab sınmışdır. Qənd qabı ümumiyyətlə istifadə olunmamış, 1 çayniki isə cavabdeh işə apararaq sındırmışdır. O, cavabdehlə yaşadığı evdən çıxarkən, heç paltarlarını da apara bilməmişdir. 25 iyun 2020-ci il tarixdə onun doğum günü olmuş və həmin gün cavabdeh tərəfindən şiddət görmüşdür. Cavabdehin anası da bu hadisəyə şahid olmuşdur. Onun valideyni isə pəncərədən bu hadisənin şahidi olmuşdur. Həmin vaxt atasının evinə qayıtmaq istəsə də, cavabdeh tərəfin böyükləri, əmisi, dayısı və sair buna icazə verməmişlər. Həmin gün cavabdeh telefonun da, əlindən almışdır. Bu hadisədən sonra, 26 iyun 2020-ci il tarixdə səhər saat 06:00-da oyanmış, evi yığışdırmış və bir az sonra valideynləri gələrək onu aparmışlar. Özü də getmək istəmişdir. Cavabdehin ailəsi getməyini görmüşlər, lakin getməməyinə heç bir maneə göstərməmişlər. Cavabdeh isə həmin zaman işdə olmuşdur. Evliliyi təxmini 1 il sürmüşdür. Mirvari qolbağı ailəsi ad gününə hədiyyə almışdır. Bundan başqa evdən gedərkən sözü gedən telefonu da, özü ilə aparmışdır. Belə ki, həmin telefonun pulunu atası ödəmişdir. Qızıl-zinət əşyaları onun qaynanasında qalmışdır. Düzdür bu barədə sübutu olmasa da, o gedərkən həmin qızılları özü ilə aparmamışdır. Odur ki, qeyd edirlənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, İddiaçı iddia tələbində göstərdikləri qızıl-zinət əşyalarını evdən gedərkən özü ilə aparmışdır. Belə ki, İddiaçı evdən atası və anası aparmışdır. Həmin vaxtı o, hərbçi olduğuna görə işdə olmuş və onun evdən gedərkən nə aparıb-aparmasına mane olan olmamış, heç bir təzyiqə məruz qalmamış və onu evdən məcbur çıxartmamışlar. İddiaçı evdən gedərkən özü ilə ona hədiyyə olunmuş iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarını, həmçinin ona hədiyyə olunan kişi nişan üzüyünü də özü ilə aparmışdır. Bundan başqa iddiaçı tələbində 1 ədəd 250 manat dəyərində 2.5 qram çəkidə 585 əyarlı qızıl mirvari qolbaq göstərmiş və tələb edir. Belə ki, həmin mirvari qolbaq ona hədiyyə olunmamış və onun elə bir mirvari qızılı olmamışdır. İddiaçı qızıl-zinət əşyalarının qaynanasında olmasını, yalnız toyda taxılmasına icazə verdiyini bildirsə də, tərəflərin təqdim edilmiş fotoşəkillərdən görünür ki, rayonda olarkən həmin qızıl-zinət əşyaları iddiaçının istifadəsində olmuşdur. Həmçinin iddiaçı evdən gedərkən özü ilə qızıllardan başqa şəxsiyyət vəsiqəsini, nikah şəhadətnaməsini, özünə məxsus geyim əşyalarını və ona məxsus Hoffmann X ultra markalı mobil telefonumuda aparmışdır. Əgər iddiaçıya hər hansı bir təyziq olunsaydı göstərdiyi bu əşyaları da apara bilməzdi. Qeyd edir ki, iddiaçı X1 iddia tələbində göstrədikləri qızıl-zinət əşyalarının onda olmasına dair heç bir sübutu yoxdur. İkincisi, iddiaçı iddia tələbində cehiz əşyalarının onda qalmasını göstərmişdir. Lakin iddiaçı göstərilən cehiz əşyalarının siyahısını da düzgün yazmamışdır. Belə ki, iddiaçı ərizəsində 2 ədəd çuğun teşt göstərib, lakin həmin çuğun teşt 1 ədəddir. Bundan başqa 26 ədəd əl-üz dəsmalı deyil 15 ədəddir. 18 ədəd çay dəsmalı deyil 16 ədədi qalıb, 2 ədədi də özü tərəfindən istifadə olunduğundan yararsız vəziyyətə düşmüşdür. 48 ədəd dəst qabı olmuş, lakin 8 ədədi işlənib sınmışdır. 4 ədəd qənd qabı olmuş, lakin bir ədədi sınıb 3 ədədi qalmışdır. 5 ədəd dəm çayniki olmuş, lakin 1 ədədi sınıb 4 ədədi qalmışdır. Sınıb məhv olan və yararsız hala düşən əşyalar birgə nikah dövründə yaşadıqları müddətdə olmuşdur. İddiaçı tələbində 6 ədəd güllü fincan dəsti tələb edir. Belə ki, göstərilən fincan dəstini isə iddiaçı gəlin gələrkən cehiz gətirməmişdir. Bundan başqa iddiaçı 4 ədəd döşək və 4 ədəd yorğan tələb edir. İddiaçı gəlin gələrkən cehiz 3 ədəd yorğan və 3 ədəd döşək gətirmişdir. Göstərdiyi bu cehiz əşyaları və iddia tələbində göstərilən digər cehiz əşyaları evdədir və iddiaçıya qaytarmağa da etiraz etmir. Dəfələrnən iddiaçıya cehiz əşyalarını gəlib aparmağı təklif etmiş, lakin iddiaçı gəlib cehiz əşyalarını aparmamışdır. Bundan başqa iddiaçının iddia tələbində göstərilməyən cehiz əmlakları da ondadır və həmin əmlaklarıda iddiaçıya verməyə razıdır. Həmin əmlaklar bunlardır: 1 ədəd divar saatı, 1 ədəd ağ rəngli yumru oturacaq, 1 ədəd jurnalnı stol, 1 ədəd neftlə işləyən lampa, 1 ədəd qadın ayaqqabısı, 4 ədəd qadın köynəyi və 3 ədəd qadın paltarı. Göründüyü kimi iddiaçı öz cehiz əmlaklarının siyahısını da iddia tələbində düzgün göstərməmişdir. Bundan başqa bildirdi ki, valideynləri iddiaçını gətirməyə gedib və tərəflərindən barışığa cəhd olunmuşdur. Lakin qarşı tərəf barışmaq istəmir. Birgə nikahdan doğulmuş övladını da görməyə də icazə vermirlər. Odur ki, iddia tələbinin qızıl-zinət əşyaları hissəsində rədd edilməsini, cehiz əşyalarının isə qismən, yəni onun bildirdiyi miqdarında təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavadbehin vəkili Vəkil iddia tələbi ilə bağlı bildirdi ki, iddiaçı evi tərk edərkən ona qarşı hər hansı bir təhqiramiz ifadələr işlədilməmiş, ona kimlərsə tərəfindən hər hansı bir təzyiq edilməmiş, sonuncu rahat bir şəkildə cavabdehin evdə olmadığı vaxt çantasını yığaraq evdən getmişdir. İddiaçı cavabdehlə nikahından sonra təxminən 7-8 ay sonra əmisi nəvəsinin toyunda iştirak etmiş və həmin zaman da ona toy vaxtı hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarını da istifadə etmişdir. Xanım əvvəlki məhkəmə iclasında toya getmədiyini bildirsə də, tərəflərindən təqdim edilmiş video görüntüdən isə bunun əksi təsdiq edilir. Bundan başqa iddiaçı evdən gedərkən iş üzrə cavabdehə məxsus telefonu da özü ilə aparmışdır. İddiaçı həmin telefonu onun atası almasını bildirsə də, tərəflərindən təqdim edilmiş sənədlərlə həmin telefonu cavabdehin kredit yolu ilə əldə etməsini və hər ay öz əmək haqqında ödənişləri etməsi müəyyən edilir. Son olaraq bildirir ki, qızıl-zinət əşyaları daima iddiaçının istifadəsində olmuş, evdən gedərkən də özü ilə aparmışdır. Əgər iddiaçının əlindən qızıl-zinət əşyaları alınsaydı bu barədə hüquq mühafizə orqanlarına müraciət edərdi. Bütün bunlar dəlalət edir ki, iddiaçı özü gedərkən qızıl-zinət əşyalarını gedərkən özü ilə aparmışdır. Həmçinin qeyd edir ki, iddiaçı qızılları onun qaynanasının ondan aldığını bildirsə də, onu cavabdeh kimi cəlb etməmişdir. Qeyd edilən halları iddiaçı sübut edə bilmir və işin halları ilə iddiaçının evi tərk edərkən mübahisəsiz getməsi sübuta yetirilir. Odur ki, qətnamə çıxarılarkən sadalanan halların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1845/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23.04.2020-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması; 11.08.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi; Cavabdeh 11.08.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi; alimentin tutulmasının 04.02.2021-ci il tarixdən hesablanması; qətnamənin aliment alınması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşin araşdırılmış halları və iş materialları ilə müəyyən edilmişdir ki, X3 ilə Cavabdeh arasında 23.04.2020-ci il tarixdə Hacıqabul rayon qeydiyyat şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Zülfiqarov, arvada Zülfiqarova soyadı verilmişdir. İddiaçı cavabdehlərə qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 20999 manat dəyərində cehiz əmlakları və qızılzinət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçının gəlin köçərkən apardığı cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılmasını hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə cavabdehin etiraf etdiyi miqdarda qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh 1 dəst qranit qazan; 1 dəst nerjavik qazan; 1 dəst güllü qazan; 7 ədəd teflon tava; 1 dəst çuqun qazan; 1 ədəd çuqun test; 2 ədəd çuqun vedrə; 1 ədəd alminium vedrə; 1 ədəd alminium test; 1 ədəd plastik test; Plastik qablar; 1 ədəd aşsüzən; Pərdə; 5 ədəd odeal; 1 ədəd yataq örtüyü; 15 ədəd əl-üz dəsmalı; 12 ədəd qətvə; 8 dəst yataq dəsti; 16 ədəd çay dəsmalı; 8 ədəd süfrə; 3 ədəd xalça; 40 ədəd dəst qab; 50 ədəd dəst qab; 6 ədəd qara kasa; 12 ədəd güllü kasa; 12 ədəd fincan; 12 ədəd razetka; 12 ədəd duz qabı; 2 ədəd ayaqlı sadə meyvə qabı; 2 ədəd sadə meyvə qabı; 3 ədəd qənd qabı; 4 ədəd dəm çayniki; 1 ədəd böyük çaynik; 2 ədəd ayaqlı çərəz qabı; 1 ədəd sadə çərəz qabı; 12 xörək qaşığı; 12 çay qaşığı; 12 çəngəl; 1 dəst çamadan çəngəl qaşıq dəsti; 1 dəst tort qabı; 6 ədəd qaşlı fincan dəsti; 1 çemodan kəsici alətlər dəsti; 1 dəst çömçə; 12 ədəd armudu stəkan; 24 ədəd nəlbəki; 1 dəst obedni servis; 1 dəst çayni servis; 2 ədəd qaşlı bogema; 2 ədəd böyük xrustal meyvə qabı; 6 ədəd böyük xrustal fujer; 12 ədəd balaca xrustal fujer; 2 ədəd böyük xrustal meyvə qabı; 2 ədəd balaca xrustal meyvə qab; Çilçıraq; 4 ədəd xrustal qənd qabı; 4 ədəd uzunsov xrustal qab; 1 ədəd böyük xrustal güldan; 2 ədəd xrustal külqabı; 1 dəst xrustal qrafin və 6 xrustal bakal; 1 ədəd bogema qrafin və 6 ədəd bogema bakal; 1 ədəd bogema qrafin və 6 ədəd fujer; 2 ədəd gecə lampası; 3 ədəd döşək; 3 ədəd yorğan; 6 ədəd yastıq; 6 ədəd döşəkcə; 2 ədəd slikon yastıq; İndesit Soyuducu; Shivaki Televizor 102 diametr; Evrolux paltaryuyan; Evrolux tozsovuran; Evrolux mikser; Aiwa blender dəsti; Evrolux blender; Evrolux Ütü; Evrolux soba; mətbəx üçün qırmızı-qara rəngli mebel dəsti 2 metr 80 sm; qonaq otağı üçün mebel dəsti (qəhvəyi rəngli, ağ yastıqlı divan, qəhvəyi rəngli televizor altlığı, qəhvəyi rəngli servant, 6 ədəd ağ rəngli stul); yataq otağı üçün (qəhvəyi rəngli taxt, qəhvəyi rəngli kamot, qəhvəyi rəngli şifoner, qəhvəyi rəngli 2 ədəd tumbuçka, qəhvəyi rəngli termo) mebel dəstindən ibarət cehiz əmlakının onda olmasını etiraf etmiş və sadalanan əşyaların hazırda da, ona məxsus mənzildə olduğunu bildirmiş, iddiaçı tərəf isə tələb etdiyi digər əmlaklara münasibətdə bunun əksini təsdiq edə bilməyərək, həmin əmlaklarla bağlı məhkəməyə heç bir sübubutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin dəyəri 5350 manat olan (Ümumi çəkisi 15 qram olan 585 əyarlı qızıl komplekt-1500 manat, Komplektə daxildi: 1 ədəd 585 əyarlı qızıl qolbaq 4 qr, 1 ədəd 585 əyarlı qızıl ooyunbağı 6 qr , 1 dəst 585 əyarlı qızıl sadə qaşlı sırğa üzük 5 qr, 1 ədəd nişan üzüyü 6 qr olan 585 əyarlı - 800 manat, 1 ədəd tək sadə qaşlı üzük 2 qr olan 585 əyarlı- 200 manat, 1 ədəd qızıl kişi üzüyü 8 qr olan 585 əyarlı - 1200 manat, 1 ədəd mirvari qolbaq 2.5 qr olan 585 əyarlı - 250 manat, 1 ədəd qədimi qızıl saat 14 qr olan 583 əyarlı - 1400 manat) qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə hesab ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus mənzili ailə-məişət münaqişəsi zəminində evi ani olaraq tərk etmədiyindən, sonuncu qeyd olunan şəraitdə qızıl-zinyət əşyalarının götürməsi imkanına malik olmuşdur. Belə ki, məhkəmə iclasında tərəflərin etirafedici izahatları ilə müəyyən edilmişdir ki, tərəflərin aralarında olan münasibətlər pisləşdiyinə görə, iddiaçı cavabdehin evdə olmadığı vaxt öz valideynləri ilə birlikdə onlara məxsus mənzilə geri qayıtmışdır. İddiaçı sözü gedən qızıl-zinət əşyalarının ondan alındığını və daima qaynanasında olmasını bildirsə də, bu barədə də məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə iddiaçının həmin qızıl-zinət əşyalarının müxtəlif vaxtlarda istifadə etdiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3, 217.4 və 77.1-ci maddələrinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1 dəst qranit qazan; 1 dəst nerjavik qazan; 1 dəst güllü qazan; 7 ədəd teflon tava; 1 dəst çuqun qazan; 1 ədəd çuqun test; 2 ədəd çuqun vedrə; 1 ədəd alminium vedrə; 1 ədəd alminium test; 1 ədəd plastik test; Plastik qablar; 1 ədəd aşsüzən; Pərdə; 5 ədəd odeal; 1 ədəd yataq örtüyü; 15 ədəd əl-üz dəsmalı; 12 ədəd qətvə; 8 dəst yataq dəsti; 16 ədəd çay dəsmalı; 8 ədəd süfrə; 3 ədəd xalça; 40 ədəd dəst qab; 50 ədəd dəst qab; 6 ədəd qara kasa; 12 ədəd güllü kasa; 12 ədəd fincan; 12 ədəd razetka; 12 ədəd duz qabı; 2 ədəd ayaqlı sadə meyvə qabı; 2 ədəd sadə meyvə qabı; 3 ədəd qənd qabı; 4 ədəd dəm çayniki; 1 ədəd böyük çaynik; 2 ədəd ayaqlı çərəz qabı; 1 ədəd sadə çərəz qabı; 12 xörək qaşığı; 12 çay qaşığı; 12 çəngəl; 1 dəst çamadan çəngəl qaşıq dəsti; 1 dəst tort qabı; 6 ədəd qaşlı fincan dəsti; 1 çemodan kəsici alətlər dəsti; 1 dəst çömçə; 12 ədəd armudu stəkan; 24 ədəd nəlbəki; 1 dəst obedni servis; 1 dəst çayni servis; 2 ədəd qaşlı bogema; 2 ədəd böyük xrustal meyvə qabı; 6 ədəd böyük xrustal fujer; 12 ədəd balaca xrustal fujer; 2 ədəd böyük xrustal meyvə qabı; 2 ədəd balaca xrustal meyvə qab; Çilçıraq; 4 ədəd xrustal qənd qabı; 4 ədəd uzunsov xrustal qab; 1 ədəd böyük xrustal güldan; 2 ədəd xrustal külqabı; 1 dəst xrustal qrafin və 6 xrustal bakal; 1 ədəd bogema qrafin və 6 ədəd bogema bakal; 1 ədəd bogema qrafin və 6 ədəd fujer; 2 ədəd gecə lampası; 3 ədəd döşək; 3 ədəd yorğan; 6 ədəd yastıq; 6 ədəd döşəkcə; 2 ədəd slikon yastıq; İndesit Soyuducu; Shivaki Televizor 102 diametr; Evrolux paltaryuyan; Evrolux tozsovuran; Evrolux mikser; Aiwa blender dəsti; Evrolux blender; Evrolux Ütü; Evrolux soba; mətbəx üçün qırmızı-qara rəngli mebel dəsti 2 metr 80 sm; qonaq otağı üçün mebel dəsti (qəhvəyi rəngli, ağ yastıqlı divan, qəhvəyi rəngli televizor altlığı, qəhvəyi rəngli servant, 6 ədəd ağ rəngli stul); yataq otağı üçün (qəhvəyi rəngli taxt, qəhvəyi rəngli kamot, qəhvəyi rəngli şifoner, qəhvəyi rəngli 2 ədəd tumbuçka, qəhvəyi rəngli termo) mebel dəstindən dəsmalından ibarət cehiz əmlakı alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1 dəst qranit qazan; 1 dəst nerjavik qazan; 1 dəst güllü qazan; 7 ədəd teflon tava; 1 dəst çuqun qazan; 1 ədəd çuqun test; 2 ədəd çuqun vedrə; 1 ədəd alminium vedrə; 1 ədəd alminium test; 1 ədəd plastik test; Plastik qablar; 1 ədəd aşsüzən; Pərdə; 5 ədəd odeal; 1 ədəd yataq örtüyü; 15 ədəd əl-üz dəsmalı; 12 ədəd qətvə; 8 dəst yataq dəsti; 16 ədəd çay dəsmalı; 8 ədəd süfrə; 3 ədəd xalça; 40 ədəd dəst qab; 50 ədəd dəst qab; 6 ədəd qara kasa; 12 ədəd güllü kasa; 12 ədəd fincan; 12 ədəd razetka; 12 ədəd duz qabı; 2 ədəd ayaqlı sadə meyvə qabı; 2 ədəd sadə meyvə qabı; 3 ədəd qənd qabı; 4 ədəd dəm çayniki; 1 ədəd böyük çaynik; 2 ədəd ayaqlı çərəz qabı; 1 ədəd sadə çərəz qabı; 12 xörək qaşığı; 12 çay qaşığı; 12 çəngəl; 1 dəst çamadan çəngəl qaşıq dəsti; 1 dəst tort qabı; 6 ədəd qaşlı fincan dəsti; 1 çemodan kəsici alətlər dəsti; 1 dəst çömçə; 12 ədəd armudu stəkan; 24 ədəd nəlbəki; 1 dəst obedni servis; 1 dəst çayni servis; 2 ədəd qaşlı bogema; 2 ədəd böyük xrustal meyvə qabı; 6 ədəd böyük xrustal fujer; 12 ədəd balaca xrustal fujer; 2 ədəd böyük xrustal meyvə qabı; 2 ədəd balaca xrustal meyvə qab; Çilçıraq; 4 ədəd xrustal qənd qabı; 4 ədəd uzunsov xrustal qab; 1 ədəd böyük xrustal güldan; 2 ədəd xrustal külqabı; 1 dəst xrustal qrafin və 6 xrustal bakal; 1 ədəd bogema qrafin və 6 ədəd bogema bakal; 1 ədəd bogema qrafin və 6 ədəd fujer; 2 ədəd gecə lampası; 3 ədəd döşək; 3 ədəd yorğan; 6 ədəd yastıq; 6 ədəd döşəkcə; 2 ədəd slikon yastıq; İndesit Soyuducu; Shivaki Televizor 102 diametr; Evrolux paltaryuyan; Evrolux tozsovuran; Evrolux mikser; Aiwa blender dəsti; Evrolux blender; Evrolux Ütü; Evrolux soba; mətbəx üçün qırmızı-qara rəngli mebel dəsti 2 metr 80 sm; qonaq otağı üçün mebel dəsti (qəhvəyi rəngli, ağ yastıqlı divan, qəhvəyi rəngli televizor altlığı, qəhvəyi rəngli servant, 6 ədəd ağ rəngli stul); yataq otağı üçün (qəhvəyi rəngli taxt, qəhvəyi rəngli kamot, qəhvəyi rəngli şifoner, qəhvəyi rəngli 2 ədəd tumbuçka, qəhvəyi rəngli termo) mebel dəstindən dəsmalından ibarət cehiz əmlakı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar