Məhkəmə qərarları › İş №2(004)-4897/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4897/2020

29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4897/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1 ədəd televizor LG 49 ekran-dəyəri 850 manat, 1 ədəd istilik sistemi-dəyəri 630 manat, 1 ədəd kombinin aksesuarları-dəyəri 150 manat, 1 ədəd bəyə alınmış nişan üzüyü-dəyəri 650 manat, 1 ədəd nişan üzüyü brilliant qaşlı-dəyəri 800 manat, 1 ədəd üzük, sırğa, qolbağı, boyunbağı dəsti-dəyəri 1150 manat məbləğində olan əşyaların, bu mümkün olmadıqda isə onların dəyərlərinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixində rəsmi nikaha daxil olmuş, evləndikdən sonra cavabdehin atasına məsxus Bakı şəhəri, Yasamaİ rayonu, Alatava, Dəvəli Daş sexinin yanı, 63 saylı fərdi yaşayış evinə köçmüş və birgə həmin evdə yaşamışlar. Həmin vaxt dəyəri dəyəri 4,230 manat təşkil edən cehiz əşyalarını köçdüyü evə aparmışdır. Hazırda cavabdeh gəlin gələrkən cehiz olaraq özü ilə birlikdə gətirdiyi ona məxsus əşyaları, o cümlədən, birgə nikah müddətində əldə etdikləri əşyalardan ona çatacaq payı, qızıl zinət əşyalarını tələb etməsinə baxmayaraq həmin əşyalann ona verilməsindən qərəzli olaraq yayınır. Qeyd olunan əşyalar 1 ədəd televizor LD 49 ekran dəyəri 850 manat, 1 ədəd istilik sistemi -dəyəri 630 manat, 1 ədəd kombinin aksesuarları dəyəri- 150 manat, 1 ədəd bəyə alınmış nişan üzüyü -dəyəri 650 manat ,1 ədəd nişan üzüyü brilliant qaşlı-dəyəri 800 manat, 1 ədəd üzük, sırğa, qolbağı, boyunbağı dəsti dəyəri 1150 manat. Cəmi: 4.230 manat ibarətdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 4.230 manat dəyərində cehiz əşyalarının və birgə nikah dövründə əldə olunmuş əmlakların Cavabdeh atasına məsxus Bakı şəhəri, Yasamaİ rayonu, Alatava, Dəvəli Daş sexinin yanı, 63 saylı fərdi yaşayış evində qalmasının heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunanlar, o cümlədən cavabdehin göstərilən əşyaları əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus əşyaların cavabdehdə qalmasına dair müvafiq sübutları təqdim edə bilmədəyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Cavabdeh 1 ədəd televizor LG 49 ekran-dəyəri 850 manat, 1 ədəd istilik sistemidəyəri 630 manat, 1 ədəd kombinin aksesuarları-dəyəri 150 manat, 1 ədəd bəyə alınmış nişan üzüyü-dəyəri 650 manat, 1 ədəd nişan üzüyü brilliant qaşlı-dəyəri 800 manat, 1 ədəd üzük, sırğa, qolbağı, boyunbağı dəsti-dəyəri 1150 manat məbləğində olan əşyaların, bu mümkün olmadıqda isə onların dəyərlərinin alınıb İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar