Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4917/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcların əvəzləşdirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcların əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2030-cu ilə qədər övladının saxlanılması üçün aliment ödənişinin 22440 manatdan 16000 manat ödənilmiş hesab edilməsi; qalıq aliment vəsaiti 6440 manatın cavabdehin iddiaçıya borclu olduğu 35600 manat vəsaitdən çıxılmaqla əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 237/2020 saylı xx.xx.2020- ci il tarixli qətnaməsinə əsasən, cavabdehlə onun arasında bağlanmış 12 avqust 2012-ci il tarixli 383 saylı nikahın pozulması, xx.xx.2013-cü ildə doğulmuş oğlu X3 anasının himayəsində qalması, onun saxlanılması üçün hər ay 170 manat pul vəsaitinin cavabdehə ödənilməsi, pul vəsaitinin xx.xx.2019-cu ildən tutulması qət edilmişdir. Övladı cavabdehlə ABŞ-da yaşadığı üçün xx.xx.2022-ci il tarixə qədər Nyu York şəhər Uşağın Saxlanması üçün Alimentin tutulması cədvəli üzrə cavabdehə 9405,60 ABŞ dolları aliment ödənişi ABŞ-a ondan tutularaq cavabdehə ödənilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-95/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun «birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü» üzrə iddia tələbi təmin edilmiş və cavabdehdən 35600 manat pul vəsaitinin onun xeyrinə tutulması qət edilmiş, xx.xx.2022-ci il tarixdə qətnamənin icrası ilə bağlı İcra vərəqəsi verilmişdir. Deməli, xx.xx.2013-cü il tarixdə doğulmuş övladının saxlanılması üçün xx.xx.2019-cu ildən hər ay 170 manat olmaqla oğlunun 18 yaşa çatana qədər aliment ödənişi üzrə öhdəçiliyi 2030-cu ildə başa çatmalıdır. 2030-cu ilə qədər 11 il ərzində 132 ay hər ay üçün 170 manat, cəmi 22440 manat aliment vəsaiti ödəməlidir. xx.xx.2022-ci il tarixə o, cavabdehə 9405 dollar 60 sent pul vəsaiti, yəni 16000 manat vəsait ödəmişdir. 22440 manatdan ümumi ödədiyi 16000 manatı çıxmaqla 6440 manat aliment vəsaitini 2030-cu ilə qədər cavabdehə ödəməlidir. Yuxarıda qeyd etdiyi kimi, cavabdehin ona borclu olduğu 35600 manat vəsaitdən ödəniş olmamış və 35600 manat vəsaitdən aliment borcu 6440 manatı çıxmaqla cavabdehlə aliment borcu üzrə öhdəçiliyini bitirmiş olur və qanuni qüvvəsin almış məhkəmə qətnaməsi üzrə cavabdehin mənə 29160 manat borcu qalmış olur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh iddiaçıya 35600 manat pul vəsaiti borcu vardır. Bu borc qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-237/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 12 avqust 2012-ci il tarixdə bağlanmış və 383 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçı Cavabdeh yanında qalmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin xx.xx.2019-cu ildən başlayaraq İddiaçı tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-95/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü» üzrə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 35600 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-95/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə 19 aprel 2022ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarında olan Nyu York Şəhər Uşağın Saxlanılması üçün Alimentin Alınması üzrə Orqanı Dəstək öhdəliyi xülasəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixə qədər İddiaçı tərəfindən Cavabdeh ödənilməli olan məbləğ 3233,40 ABŞ dolları olmuş, onun tərəfindən 9405,60 ABŞ dolları olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 545.0.5-ci maddəsinə əsasən, tələb alimentlərin tutulması ilə bağlı olduqda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, aliment məbləği birdəfəlik şəkildə deyil, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməklə, uşağın saxlanması üçün nəzərdə tutulmuşdur. Həmçinin, ödənilməli olan alimentin məbləği qəti olmayıb, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda, həmçinin yaşayış minumunun müəyyən edilmiş məbləğinə uyğun olaraq məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin hər ay ödənilməli olduğu halda, alimentin aliment ödəməli olan şəxs tərəfindən əvvəlcədən ödənilməklə aliment ödəmək öhdəliyindən azad edilməsi qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı, uşağın və xeyrinə aliment tutulması olan tərəfin də hüquqlarını əhəmmiyyətli dərəcədə pozur. Həmçinin gələcəkdə, alimentin məbləğinin artırılması imkanını da aradan qaldırır. Həmçinin, məhkəmə ödənilməli olan 6440 manat aliment məbləğinin cavabdehin iddiaçıya borclu olduğu 35600 manat vəsaitdən çıxılmaqla əvəzləşdirilməsi tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, alimentlərin tutulması ilə bağlı tələb üzrə öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Odur ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcların əvəzləşdirilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcların əvəzləşdirilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4917/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4917/2023
16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver