Məhkəmə qərarları › İş №2(004)-4918/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4918/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4918/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avqust 2024-cü il tarixindən hesablanmaqla (mediasiyaya müraciət tarixi) yetkinlik yaşına çatmayan - xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X2 görə onların yetkinlik yaşına çatana qədər cavabdehin əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsində alimentin və tərəfindən ödənilmiş 60 manat mediasiya rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci ildə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh ilə ailə həyatı qurmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahına xitam verilmişdir. Qeyd edilən qətnamə əsasında ona nikahın pozulması haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamə verilmişdir. Həmin nikahdan övladları - xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X8 dünyaya gəlib. Evliliyinin ilk vaxtlarında mehriban yaşayırdılar. Lakin sonradan fikir ayrılıqları yaranmağa başladı və onlar boşandılar. Hazırda cavabdeh uşaqlarının maddi problemlərinə laqeyid yanaşır. Dəfələrlə bu barədə iradlarını və uşaqların yaşayışlarındakı çətinlikləri bildirsə də, cavabdeh uşaqlara rnaddi dəstək olmur. Yuxarıda qeyd edildiyi kimi, onlar artıq faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində övladları onun himayəsində qalıb, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Uşaqlarının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilməz. Hal-hazırda onların bütün maddi xərclərini valideynləri çəkir və o, uşaqları ilə onların himayəsində yaşayır. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Keçmiş həyat yoldaşı AR Prezidentinin İşlər İdarəsi Zağulba İqamətgahında çalışır və rəsmi əmək haqqı alır. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Qanunun tələbi üzrə iddiaçı olaraq o, aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası keçirildi və bu barədə müvafiq arayış aldı. Mediasiyaya ödənilən 60 manat ilkin mediasiya haqqını iddiaçı olaraq o, ödəmişdir. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə-vəsatət təqdim edərək, ərizəsində bildirmişdir ki, o, Cavabdeh Nurəddin oğlu, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə xx.xx.2012-ci il rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 uşağı - xx.xx.2013-cü il təvəllüdli X9 və xx.xx.2020-ci təvəllüdlü X8 doğulmuşlar. İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı məhəkməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci təvəllüdlü X3 üçün aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, qarşılıqlı iddia tələbinin əsası ondan ibarətdir ki, onun əmək haqqı kifayət qədər yüksəkdir. Onda olan məlumata görə tərəfindən uşaqların saxlanması üçün ödənilən məbləğin hamısı uşaqların ehtiyacları üçün xərclənmir, iddiaçı tərəfindən öz şəxsi ehtiyacları üçün xərclənir. Hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdli X9 və xx.xx.2020-ci təvəllüdlü X5 yetkinlik yaşana çatanadək saxlanmaları üçün tutulan alimentin 50% hissəsi uşaqların adına bank hesabı açılaraq, həmin hesaba köçürülməsi barədə qərar çıxarılmalıdır. Ona görə ki, uşaqlar yetkinlik yaşına çatdıqda, müstəqil şəxs kimi öz layiqli yaşayış şəraitinin təmin edilməsi üçün onlara kapital lazım olacaqdır. Buna görə də hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdli X9 və xx.xx.2020-ci təvəllüdlü X3 üçün ödənilməli alimentin 50 % hissəsi uşaqların kartına köçürülməlidir. Göstərilənlərə əsasən ilkin İddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdli X9 və xx.xx.2020-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək tərəfindən ödənilən alimentin 50% məbləğinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və nəhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, cavabdehdə olan məlumata görə uşaqların saxlanılması üçün ödənilən aliment pulu tam uşaqların ehtiyacları üçün xərclənmir, iddiaçı həmin pulu öz xərci ehtiyacları üçün xərcləyir. Buna görə də, uşaqların yetkinlik yaşına çatanadək cavabdeh tərəfindən ödənilən alimentin 50% məbləğinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE №19057487 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə Gülnar Quliyevadır. - AA5426889 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 5421/2024 saylı qətnaməsinə əsasən X7 və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Yasamal Rayon Qeydiyyat şöbəsində 1112 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 489336 saylı, 07 may 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X7 və Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə nikaha xitam verilmişdir. - Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli, MŞB/11/2023- 01802 saylı barışıq sazişinə əsasən tərəflər aralarında xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 anaları X4 yanında qalmaları və xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə razılığa gəlmişlər. - AZEMİS-dən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Zuğulba” İqamətgahında məsləhətçi vəzifəsində çalışır və əmək haqqı 4132 manat təşkil edir. - 23 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına 60 manat mediasiya xərci ödənilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalması və onların saxlanılması üçün alimentin sabit məbləğdə tutulması ilə bağlı razılıq əldə edilmişdir. Hazırda isə iddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında hər ay alimentin tutulmasını xahiş edir. Cavabdeh tərəf xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulacağı halda 50 faiz məbləğinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə iddia tələbinin Cavabdeh yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X2 görə onların yetkinlik yaşına çatana qədər əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 4132 manat məbləğində əmək haqqı alır və həmin məbləğin 1/3 hissəsi (1377 manat) yaşayış minimumu həddindən yüksəkdir. Beləliklə, məhkəmə uşaqların yüksək mənafeyini cavabdehin hal-hazırki gəlirini nəzərə alaraq, hesab edir ki, Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli, MŞB/11/2023-01802 saylı barışıq sazişi ilə xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Məhkəmə iddia tələbinin alimentin avqust ayının 2024-cü il tarixindən hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Tərəflərin izahatları ilə işin mübahisəsiz halı kimi müəyyən olundu ki, xx.xx.2013-cü il təvəllüdlü X9 məktəblidir və xx.xx.2020-ci il təvəllüdlü X8 isə məktəbəqədər təhsil müəssisədə təhsil alır. Cavabdeh uşaqların saxlanılması üçün tutulan alimentin onların saxlanılmasına deyil, iddiaçının öz şəxsi ehtiyaclarının ödənilməsinə xərclədiyini bildirsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, bu halda sübutetmə yükü onun üzərindədir. Eyni zamanda aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ödəniləcək alimentin məbləğinin isə hər uşağa təxminən 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat təşkil etməsi, yəni müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadının 40, 41 və 42-ci bəndlərinə əsasən, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. 41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. 42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Həmin Qərardadın 43 və 44-cü bəndlərində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını da nəzərə alaraq, hazırki halda, tutulacaq alimentin məbləğinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsaslandığından, ərizəçi həmin məbləğin uşaqların saxlanılmasına yönəldilmədiyinə dair mötəbər sübutlar təqdim etmədiyindən, uşaqların yüksək mənafeyini əsas götürərək ərizənin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə, eyni zamanda qeyd edir ki, tutulacaq alimentin avqust 2024-cü il tarixindən hesablanmaqla (mediasiyaya müraciət tarixi) ödənilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli, MŞB/11/2023-01802 saylı barışıq sazişi ilə xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli MŞB/11/2023-01802 saylı barışıq sazişi ilə xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar