Məhkəmə qərarları › İş №2(004)-4966/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4966/2020

03.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4966/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı “4250 manat pul tutulması və xx.xx.2019cu il tarixli 315/2019 nömrəli icarə müqviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı “4250 manat pul tutulması və xx.xx.2019cu il tarixli 315/2019 nömrəli icarə müqviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Kompleksi” MMC-nin direktoru X1 ilə onun arasında bağlanmış kənd təsərrüfatı texnikası olan “T-28” markalı bazasında quraşdırılmış qreyferli yükləyicinin 1 il müddətinə icarəyə verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli 315/2019 nömrəli icarə müqaviləsinə əsasən icarə haqqı olaraq hər ay 500 manat olmaqla, 2020-ci ilin fevral mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə müəyyən olunmuş 4000 manat pulun, qaldırılmış iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun, 20 manat iddia ərizəsinin yazılmasına görə ödənilmiş məbləğin və digər xərclər üzrə olan 200 manat olmaqla, cəmi 4250 manat pulun cavabdehdən məcburi olaraq alınıb ona verilməsi və cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 315/2015 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 10:00-a təyin olunmuşdur. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı “4250 manat pul tutulması və xx.xx.2019cu il tarixli 315/2019 nömrəli icarə müqviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar