Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5015/2023 26.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 ”Xalq Bank” ASC-yə qarşı “qanunsuz və əsassız hesablanmış ipoteka predmetinə tutmanın yenidən güzəştli şərtlərlə hesablanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçlar İddiaçı1 və İddiaçı2 ”Xalq Bank” ASC-yə qarşı “qanunsuz və əsassız hesablanmış ipoteka predmetinə tutmanın yenidən güzəştli şərtlərlə hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin üzərinə ipoteka predmeti olan mülkiyyət hüququ ilə 7 nəfərdən ibarət ailəyə məxsus ailənin yeganə yaşayış sahəsi olan ünvan 1 ünvandakı fərdi yaşayış evinə qanunsuz və əsassız hesablanmış ipoteka predmetinə tutmanın Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında yenidən güzəştli cədvəllərlə hesablanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Qusar Rayon İcra və Probasiya Şöbəsinin 29048/1019-50-3 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı2 məxsus olan əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə müvafiq icra sənədi mövcud olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2 ”Xalq Bank” ASC-yə qarşı “qanunsuz və əsassız hesablanmış ipoteka predmetinə tutmanın yenidən güzəştli şərtlərlə hesablanması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 ”Xalq Bank” ASC-yə qarşı “qanunsuz və əsassız hesablanmış ipoteka predmetinə tutmanın yenidən güzəştli şərtlərlə hesablanması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5015/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5015/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver