Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5036/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2008-ci il təvəllüdlü X4, 07 aprel 2009-cu il təvəllüdlü X5, 05 mart 2010-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 1351/2021 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, tərəflərin birgə nikahından anadan olmuş 16 yanvar 2008-ci il təvəllüdlü X4, 07 aprel 2009-cu il təvəllüdlü X5, 05 mart 2010-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X8 ana Cavabdeh alınaraq ata İddiaçı himayəsinə verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1351/2021 nömrəli qətnaməsinə əsasən, tərəflərin birgə nikahından anadan olmuş 16 yanvar 2008-ci il təvəllüdlü X4, 07 aprel 2009-cu il təvəllüdlü X5, 05 mart 2010-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X8 ana Cavabdeh alınaraq ata İddiaçı himayəsinə verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarxili Qərarı ilə nəzərdə tutulmuş, məhkəmələrin sabit pul məbləğində aliment təyin edərkən alimentin miqdarının ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməsi ilə bağlı mövqeyi nəzərə alınır. 14 avqust 2009-cu il təvəllüdlü X7 və 26 sentyabr 2011-ci il təvəllüdlü X2 üstün mənafelərinin qorunması və xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə xx.xx.2025-ci il tarixdən hər ay hər uşağa görə sonraki artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində (52 manat) sabit pul məbləğində alimentin tutulmasını məhkəmə məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında hər uşağa görə 100 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh qadın vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 400 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, işsiz olması, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Məhkəmə cavabdehin işsiz olmasını nəzərə alır. Məhkəmə qərar qəbul edərkən öz daxili inamını, cəmiyyətdə formalaşmış mental dəyərləri, qadına yüksək münasibəti nəzərə alır. Məhkəmə qeyd edir ki, subyektlərin bir-birilərinə qarşı olan şəxsi münasibətləri məhkəmə qərarının ədalətliliyinə təsir etməməli, məhkəmə ədalət mühakiməsi vasitəsilə subyektlərin istəyinə uyğun deyil, ədalətli nəticələrə gətirib çıxaran qərar qəbul etməlidir. Məhkəmə subyektlərlərin bir-birinə qarşı güc göstərməsi üçün müstəvi deyildir. Məhkəmə qərarının icrası mexanizmi hakim tərəfindən düşünülməli, icrası mümkün olmayan və ya hazırki situasiya üzrə icra edilməsi ədalətsiz nəticələrə gətirib çıxaran qərar qəbul edilməməlidir. Bu ədalət mühakiməsinin anlayışına ziddir. Aliment məbləği müəyyən edilərkən maliyyə zərurəti nəzərə alınmalı, məqsəd digər valideynin də uşaqların xərclərinə dəvət edilməsidir. Lakin, bu o demək deyildir ki, uşağı digər valideyn (hazırki iş üzrə cavabdeh ana) saxlamalıdır. Uşağın xərclərinin əsas hissəsinin ata tərəfindən qarşılanması, ananın isə uşaqları böyütməsi, uşağın təhsili, tərbiyəsi ilə, ev işləri ilə məşğul olması cəmiyyətimizdə formalaşmış əsas ənənələrdəndir. Sosial münasibətlərin mahiyyəti gərəyi məhkəmə qərarı ədalətli olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla qadağandır. Məhkəmə mülki işə iddia tələbi həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 16 yanvar 2008-ci il təvəllüdlü X4, 07 aprel 2009-cu il təvəllüdlü X5, 05 mart 2010-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay sonraki artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. 16 yanvar 2008-ci il təvəllüdlü X4, 07 aprel 2009-cu il təvəllüdlü X5, 05 mart 2010cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay sonraki artımlar nəzərə alınaraq 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-5036/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5036/2025
09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver