Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5084/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları: xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh hər ay qazancının, həmçinin digər gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah x xxxxxxx 2011-ci il tarixdə Qəbələ rayonu Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır (nikah haqqında şəhadətnamə AZ-İ № 708262). Onların birgə nikahdan iki övladları: xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra tərəflərin münasibəti yaxşı olsada, son 1 ildə onların arasında soyuq münasibət yaranmağa başlamışdır. Cavabdeh iddiaçıya məlum olmayan səbəblərdən evdən uzaqlaşmış, ailəsinin maddi tələbatı ilə belə maraqlanmamaqdadır. İddiaçı məhkəməyə müraciət etməsinin səbəbi Cavabdeh ilə “nikahlarının pozulması” deyil, sadəcə cavabdehin evdə böyüyən yetkinlik yaşına çatmayan azyaşlı oğulları X3 və X1, və inkişafı üçün uşaqlara çəkilən xərclərdə iştirak etməməsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi qədər aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 217, 218, 220 və 234.2.1-ci maddələrini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2011ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Belı ki, iş materiallarında olan AZ-İ 708262 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə Mehdiyeva Könül Bəhram qızı xx.xx.2011-ci il tarixdə Qəbələ rayonu qeydiyyat şöbəsində 150 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdurlar. İş materiallarında olan AZ-İİ 968260 saylı və AZ-İİİ 779402 saylı doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Şirvan şəhərində, X6 isə xx.xx.2016-cı il tarixdə Sabirabad şəhərində anadan olmuşlar. Atası qrafalarında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir.Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehxx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulma müddəti xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5084/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5084/2020
26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver