Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5121/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ailə vəziyyəti nəzərə alınaraq 20.10.2006-cı il təvəllüdlü oğlu X1 üçün tutulan alimentin miqdarının azaldılaraq 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kəpəz rayon Məhkəməsinin 22 oktyabr 2007-ci il tarixli qətnaməsinə əsasən onun qazancının 1/4 hissəsinin Cavabdeh ödənilməsi qərara alınmışdır. Həmin vaxt iddiaçının digər evlilikdən iki övladı anadan olmuşdur, ikinci nikahı da uğursuz olduğundan ailəsi dağılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.03.2017-ci il tarixli qətnaməsi ilə ikinci nikahdan doğulmuş uşaqları üçün hər uşağa 137 manat, daha sonra isə yenə Xətai rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli qətnaməsi ilə aliment artırılaraq hər uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı 29.12.2019-cu ildə xidməti vəzifəsini yerinə yetirən zaman avtoqəzaya ugramış və aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirdiyindən MN-nin 123 saylı əmrinin 82a, 13b, 43b, 27c maddəsinin İİİ qrafasına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmağı barədə qərar verilmiş və ordudan təxris olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Bir neçə müddətdir ki, yenidən ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından olan övladları Nihadın 18 yaşına çatanadək saxlanılması üçün pensiyasının 1/4 hissəsi, həmçinin digər nikahdan olan övladlarının saxlanılması üçün 308 manat aliment tutulur. Hazırda iddiaçının ailə vəziyyəti ilə əlaqədar aliment ödəməyə maddi imkanı olmadığından alimentin azaldılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığını, 20.10.2006-cı il təvəllüdlü oğlu X3 böyüdülməsində bütün yükün cavabdehin üzərinə düşdüyünü, iddiaçının da valideyn kimi məsuliyyət daşıdığını və göstərilən məbləği ödəməli olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76.1-cı maddəsinə uyğun olaraq uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının yenidən ailə həyatı qurması və yeni övladının dünyaya gəlməsi onun yetkinlik yaşına çatmayan uşağına münasibətdə aliment öhdəliklərindən tam və ya qismən azad olunması üçün əsas kimi qəbul edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5121/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5121/2021
13.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver