Məhkəmə qərarları › İş №2(004)-5185/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5185/2020

02.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5185/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı Silvester oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Silvester oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və torpaqların qaytarılması ” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Silvester oğlu cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək onun adına Cavabdeh ASC-nin Tovuz filialında guya onun 141660 manat təsərrüfatı krediti almağı ilə bağlı rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 327 №-li xx.xx.2010-cu il tarixli, 3204 saylı kredit müqavilələrinə xitam verilməsi və müqavilələrə əsasən Tovuz rayon Bozalqanlı kəndində ona məxsus 0,360452 ha, 0,42 ha və 0,312354 ha torpaq sahəsinin girov qoyulmasına dair xx.xx.2011-ci il tarixli, 3204 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin torpaqların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatət verərək aidiyyət qaydalarını pozulduğundan iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. İddiaçı isə mülki işin aidiyyət qaydalrına uyğun olaraq Tovuz Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının tələbi müqaviləyə xitam verilməsi ilə yanaşı Tovuz rayonunda yerləşən torpaqların qaytarılması ilə bağlıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə daşınmaz əmlakın olduğu yer üzrə Tovuz Rayon Məhkəməsində baxıla bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğundan mülki iş müstəsna aidiyyət üzrə daşınmaz əmlakın olduğu yerin müvafiq birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 39, 44-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Silvester oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və torpaqların qaytarılması” tələbinə dair 2(004)- 5185/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar