Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5186/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin direktoru Qanuni nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 cəlb edilməklə Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 cəlb edilməklə Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC şirkətindən 180000 (yüz səksən min) manat məbləğində əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə Bakı şəhərində tanışı Qanuni nümayəndə ilə söhbət edərək (Qanuni nümayəndə ilə o, Masallı rayonunun Mollaoba kəndində anadan olmuşlar, tanış olmuşlar Rusiyada), ona «küçə alverinə» son qoyub, normal hüquqi şəxs təsis etməyi və inkişaf etdirib böyük bizneslə məşğul olmağı təklif etmişdir (qısa müddətdə illik dövriyyələri 1 milyonu keçər dedi). Qanuni nümayəndə özünün bilik səviyyəsindən gileyləndi və dedi ki, «hüquqi şəxs işlətmək ağır prosesdir, bacarmaram». O da əlavə etdi ki, «hüquqi şəxs yaradaq, sən nə ilə məşğulsansa onu da (bacardığını) davam edərsən, mən isə bütün sənəd, hüquqi, mühasibat, bank, kargüzarlıq, kadrlar şöbəsinin və digər işləri yerinə yetirərəm» (Qanuni nümayəndə bilirdi ki, o, bu işləri bacarır). Bu söhbətlərindən bir neçə ay sonra, 2019-cu ilin iyun ayında Qanuni nümayəndə ona zəng vurub, hüquqi şəxs yaratmaqlarına razılığını bildirdi. O, ona ASAN XİDMƏT 3-ə getməyi təklif etdi. Çünki ASAN XİDMƏT 3-ə onu ilk şəxsiyyət vəsiqəsini götürməyə dəvət etmişdilər (əvvəllər Rusiyada yaşamışdı, Azərbaycan vətəndaşlığı olmamışdı). Ümid edirdi ki, şəxsiyyət vəsiqəsini alar və orada da hüquqi şəxs təsis edərkən nizamnamə fondunun 50% ona məxsus olacaq. Təəssüf ki, ASAN XİDMƏT 3-də şəxsiyyət vəsiqəsinin hələ də hazır olmadığını bildirmişlər (ASAN XİDMƏT 3-ə sorğu edilsə bunun təsdiqini almaq olar). ASAN XİDMƏT 3-də hüquqi xidmət göstərən hüquqşünaslara müraciət etmiş və Cavabdeh MMC şirkətinin yaradılması prosesinə başlamışlar. Burada nizamnamə fondu üçün təyin etdikləri 10 manatı ödəyəsi olmuşlar. Qanuni nümayəndə xırda pul olmadığı üçün (yalnız bir manatlığı var idi və yüzlük idi) 1 manatının üstünü o, düzəldib 9 manat əlavə etdi. Onun hələ şəxsiyyət vəsiqəsi olmadığı üçün nizamnamə fondunu 100% Qanuni nümayəndə adına yazdırmışlar (çünki yalnız onun şəxsiyyət vəsiqəsi var idi). Əgər nizamnamə fondunu (10 manatı) tam olaraq Qanuni nümayəndə da ödəsəydi və onun şəxsiyyət vəsiqəsi olsaydı nizamnamə fondunun yalnız yarısını Qanuni nümayəndə, digər 50% isə onun adına qeyd ediləcəkdir. 2019-cu ilin iyul ayında Cavabdeh MMC fəaliyyətə başladı. Cavabdeh MMC-nin nizamnamə fondunun 90% öz adına qeyd etdirmək üçün bir qədər sonra müvafiq məhkəməyə müraciət edəcək. 2019-cu ildə rəsmi dövriyyə cəmi 33000,41 manat olduğu halda (iyul-avqust aylarında dövriyyə 0 olmuşdu), 2024-cü ildə ticarətin rəsmi və qeyri rəsmi dövriyyəsi birlikdə 1 milyon manatı keçib. 2019-cu ilin iyulundan 2025-ci ilin may ayına qədər rəsmi dövriyyə Əlavə 7-də qeyd olunmuşdur. Qanuni nümayəndə formal olaraq şirkətin direktorudur, faktiki olaraq isə şirkətin 5 (beş) satıcısından biridir. Qanuni nümayəndə həm də Çin Xalq Respublikasından mal sifariş edir. Sədərək ticarət mərkəzində obyekt icarəyə götürmüşlər (Əlavə 2, icarə müqaviləsi). Şirkətlərində ondan başqa 5 (beş) rəsmi (Qanuni nümayəndə daxil olmaqla) və 1 (bir) qeyri-rəsmi işçi var. Bunların hər biri Qanuni nümayəndə yaxın qohumlarıdır: bacısı oğlanları - 2 (iki) nəfər (rəsmi), qardaşı oğlu - 1 nəfər (rəsmi), əmisi nəvəsi - 1 (bir) nəfər (qeyri-rəsmi). O, 72 ay ərzində Cavabdeh MMC şirkətinin, Qanuni nümayəndə və digər saıtıcıların hər birinin ayrılıqda mühasibi, meneceri, hüquqşünası və ümumi konsultantı işləmiş, həm də məhkəmə iclaslarında təmsil etmişdir (bu işlərini əks etdirə bilən bir neçə sənədi əlavə edir, Əlavə 6). Axı şirkət özgəsinin şirkəti deyil, ikisinin şirkətidir. Qeyd etdiyi şəxslərin hər biri VÖEN açmadan «tacirlik» fəaliyyəti ilə məşğuldurlar. Əgər şirkətin bir hissəsi onun deyildisə, bəs göstərdiyi xidmətlərə uyğun o, aylıq maaş, kompüteri, printeri, kanselyariya məhsullarını, interneti və mobil telefonla danışıqların dəyərini, nəqliyyata sərf etdiyi pulları və şairəni öz cibindən verərdimmi? Cavabdeh MMC şirkətində o, yalnız müxtəlif vaxtlarda rəsmi işləmişdir (cəmi 42 ay). Çünki o, digər təşkilatlarda da işləmişdir (23 nömrəli, 59 nömrəli, 149 nömrəli məktəblərdə və Bakı Modern Təhsil Kompleksində - riyaziyyat müəllimi). Fikirləşirdilər ki, onlara əmək haqqı kartı lazım deyil. İstənilən vaxt ehtiyac olarsa şirkətin hesablarından pul çıxarta bilərlər. Qanuni nümayəndə və onun üçün əmək haqqı kartı almaq məqsədi ilə Cavabdeh MMC-nin adından heç bir banka müraciət etməmişlər. Sonradan məcburiyyət qarşısında qalaraq, Qanuni nümayəndə xarici ölkəyə VİZA almaq üçün Kapitalbankdan əmək haqqı kartı sifariş etdilər (VİZA verən tələb edirdi). İddiaçı kartına köçürülən (kartdan karta) pulların cəmi - 2019-cu ilin iyul ayından 2025-ci ilin iyun ayınacan 72 ay ərzində müxtəlif bank kartlarına 31 dəfə 200 manat (cəmi 6200), 16 dəfə 300 manat (cəmi 4800), 1 dəfə 500 manat, və 3 dəfə 3000 manat (cəmi 9000) - ümumiyyətlə 72 ay ərzində 20500 (iyirmi min beş yüz manat). Proseslərin gedişindən asanlıqla görünür ki, hələ təxminən bir il bundan qabaqdan başlayaraq, Qanuni nümayəndə ona münasibətini susaraq dəyişib və aydındır ki, bu üsulla onu aldadıb, bütün pullarını özünə mənimsəmək istəyir. Qeyd etmişdir ki, 72 ay ərzində o, müvafiq aylıq əmək haqqı belə almamışdır. İnanmışdır bu Qanuni nümayəndə. Beynəlxalq ticarətlə məşğul olan, artıq illik dövriyyəsi 1 milyon manatı keçən şirkətin mühasibi, hüquqşünası, meneceri, analitiki, konsultantı «günün günorta çağında» aldadılır- «cəsarətli» adamdı Qanuni nümayəndə. Göstərdiyi xidmətlərə görə aylıq əmək haqqını ən azı ayda 2500 manat götürsələr, 72 aya 180000 manat almır və bu məbləği Cavabdeh MMC şirkətindən almağı planlaşdırır. Cavabdeh MMC şirkətinə (Sədərək TM icarəyə götürdükləri ünvanlara) elektronika və digər mallar Çin Xalq Respublikasından gətirilir. Bu malları şifahi eşitdiyinə görə «Mayak» adlı hər hansı bir karqo şirkəti gətirir («Mayakın» adından danışan şəxs şifahi olaraq ona Kənan kimi təqdim edilib, tel.: **********, **********, **********). Amma bu 72 ay ərzində bu «Mayaka» 1 qəpik də olsun göstərdikləri xidmətlərə görə Cavabdeh MMC-nin bank hesablarıbdan pul ödənilməyib. Bu göstərilən xidmətlərə sərf ediləsi pulların 1 qəpiyi də vergi orqanına göndərdiyi bəyannamələrdə öz əksini tapmayıb, bunun üçün heç bir sənəd təqdim etməyiblər. Həm də Cavabdeh MMC ilə bu «Mayak» arasında müqavilə də görməmişdir. Qeyd etmişdir ki, 72 ay ərzində Cavabdeh MMC-nin bank hesabından idxal olunan malların ödənişi üçün cəmi 140000 ABŞ dolları Çin Xalq Respublikasında yerləşən (bəlkə də başqa ölkədə yerləşir) YİWU JİACHENG TRADE СО LTD YİWU CİTY ZHEJİANG PROVİNCE CHİNA şirkətinə köçürülmüşdür (nümunə kimi invoys əlavə edir Əlavə 4). Amma digər idxal olunan malların pulunun necə ödənildiyi ona məlum deyil. Eyni zamanda onu da bildirmişdir ki, apardığı audit nəticəsində bilir ki, bu «Mayak» (və ya Kənan) və Qanuni nümayəndə beynəlxalq ticarətlə məşğul olaraq, bu işlərdə olan qanun boşluqlarından (və ya adətə çevrilmiş nəzarətsizlikdən) ustalıqla istifadə edərək, özgəsinin pulunu mənimsəməklə (dəqiq), vegidən yayınmaqla (dəqiq), hətta (bəlkə də) Çin Xalq Respublika ərazisində də qanun pozğuntularına yol verirlər. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsini təqdim edərək, Cavabdeh MMC şirkətindən 80000 (səksən min) manat məbləğində əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC iddia tələbinə xx.xx.2025-ci il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbləri əsassız, qanunsuz və böhtan xarakterlidir, onun iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh (bundan sonra MMC) xx.xx.2019-cu il tarixdə tərəfindən təsis edilmiş və rəsmi olaraq aidiyyəti orqanlardan qeydiyyatdan keçmişdir. Həmin şirkətin təsisçisi və icraçı direktoru odur. Bunu təqdim etdiyi rəsmi sənədlərdə təsdiq edir. Ona görə də onun ona qarşı münasibətdə olan iddia tələbləri əsassız və qanunazidd olduğuna görə ləğv olunmalıdır. Belə ki, o, əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərmiş və qanuni əsaslarlada vergi ödəyicisi olmuş və hazırdada vergi ödəyicisidir; İddiaçı onun həmkəndlisi, həm də işsiz olduğundan ona təklif etmişdir ki, aradabir gəlsin onun şirkətində sənədləşmə işlərinə kömək eləsin, ona günəmuzd ödəniş edər, rəsmi işə götürmədən; İddiaçı Rusiya Federsiyasının vətəndaşı idi, ona müraciət edib bildirdi ki, Azərbaycan Respublikasının vətəndaşlığını almağa və digər sənədləşmə işlərinin görülməsi üçün müəyyən məbləğdə pul lazımdır. Həmin gün o, ona 1200 (min iki yüz) manat pul verdi ki, get sənədləşmə işlərini gör, imkanın olanda qaytararsan. Onun maddi imkanı həmişə olub, ona da həmkəndlisi olduğuna görə yardımlar etmişdir. (Ona verdiyi pulların qəbzlərini və cavabında yazdığı təşəkkür SMS-lərinidə təqdim edir). Cavabdehndə 5 (beş) nəfər işçi rəsmi olaraq əmək müqaviləsinə əsasən işləyirlər. Şirkətində qeyri-rəsmi işçi yoxdur və heç vaxtda olmamışdır. Onun və Şirkətində işləyən şəxslərin hər birinin Kapital bankdan əmək haqqı kartları olub və hazırda da var. İddiaçı da onun xahişi ilə 1 (bir) aylıq sınaq müddəti ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mühasib vəzifəsində rəsmi işçi kimi işləyib, ona əmək haqqı vaxtamuzd ödənilmiş və xx.xx.2022-ci il tarixli, 07 saylı əmrlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh yuxarıda qeyd olunan ünvanda “icarə müqaviləsi” əsasında fəaliyyət göstərmişdir. Fəaliyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq xarici ölkələrdən Elektronik məhsulların Azərbaycan Respublikasına gətirilməsi, satılması və quraşdırılmasından ibarət olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, böyük məşləğlərdə pullar mənimsəmişdir? Hansı və kimin pullarını? Özünə məxsus şirkətin pullarını? Bu kimi suallar çoxdur. İddiaçı ayrı-ayrı vaxtlarda müxtəlif adlarla ondan 10.500 (on min beş yüz) manat borc almış və bu günə kimi qaytarmamışdır. Onun belə iftira və böhtanlarla dolu iddia qaldırmasının səbəbi tamahı üzündən ondan aldığı borcu qaytarmamaq olmuşdur. Hansı əmək haqqından söhbət gedə bilər? Hansı özəl təşkilatda 2500 (iki min beş yüz) manat əmək haqqı vardır? O ondan 72 ayın əmək haqqını hesablayaraq, ondan 180.000 (yüz səksən min) manat pul tələb edir? İddiaçı iddia ərizəsində qeyd etdiyi şəxslərin onun şirkətinin fəaliyyətinə və işçilərinə heç bir aiddiyyətləri yoxdur. İddiaçı Rusiya Federasiyasının Kazan şəhərində deməsinə görə hansısa zavodun direktoru vəzifəsində işləyən zaman dövlət əmlakını mənimsəmədə təqsirli bilindiyinə görə məhkum olunmuşdur. İddiaçı onun etibarından və ASAN-imzanın onda olmasından sui-istifadə edərək, onun xəbəri olmadan özü özünü xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə rəsmi işçi kimi işə götürmüşdür. Onun yaritmaz işi nəticəsində şirkətinin sənədləşmə işləri bərbad vəziyyətə düşmüş, vergi hesabatlarının düzgün hazırlanıb təhvil verilməməsinə görə şirkətinə xeyli miqdarda sanksiyalar tətbiq edilmişdir. İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair əsassız və qanunsuz iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, 2019-cu ilin iyul ayından bugünə kimi əmək haqqısı ödənilməmişdir. 72 ay müddətdir. Rəsmi maaş təyin olunmamışdır, o, payçı idi. İşlərini bəzi hallarda online şəkildə idarə etmiş, bəzi hallarda isə ofisə getmiş, məhkəmələrdə nümayəndə kimi çıxış etmişdir. 72 ay ərzində 20000 manat pul qazanmışdır. Onun əmək müqaviləsi var. Rəsmi maaş kartı yoxdur. Günlərin birində cavabdeh şirkətin direktoru telefonlarına cavab vermədi, onunla əlaqə saxlamaq istəmədi deyə məhkəməyə müraciət etmək qərarına gəldi. Maaşla bağlı razılaşmaları olmamışdır. O, təkcə mühasib kimi yox, həm operatorluq, həm menecerlik, həm də məhkəmələrdə nümayəndə kimi işlərlə məşğul olmuşdur. Onun VÖEN-i yoxdur. Bu şirkət onun əlavə iş yeridir. 01 iyul 2019-cu il tarixindən 01 iyul 2025-ci ilə kimi 80000 manat ödənilməmiş əmək haqqısı var. Onun ixtisası riyaziyat müəllimidir. “Baku Modern Təhsil Kompleksində” əlavə iş yeri kimi çalışmışdır. "xxxx" MMC qardaşının şirkətidir. Hazırda Cavabdeh MMC-də əlavə iş yeri kimi çalışır. Cavabdeh şirkətdən təxminən 10000 manat pul qazanmışdır. O, müqavilələri sistemə daxil edirdi, portala nəzarət edirdi. 2019cu ilin iyul ayından əmək haqqı tələb edir. Əmək haqqı ilə bağlı ona ödənişlər olunmayıb. Əmək haqqı ilə bağlı kart hesabı olmayıb. İddiaçı tərəfindən ona ödənilmiş pullar öz tələbi əsasında olub, çünki onun şirkətində olub. Cavabdeh tərəfindən ödənilmiş pullardan təxminən 10000 manatı ona qalan pul olub. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin direktoru Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 25 ildir ki, ticarətlə məşğuldur. Özünə aid VÖEN-i var. İddiaçı əvvəllər Rusiya Federasiyasında yaşayıb. Azərbaycana gəldikdən sonra ona sənədlərin düzəltmək üçün 1500 manat pul vermişdir. 2021-ci ilin iyul ayında ona dedi ki, mühasib işləri üçün 1 il müddətinə rəsmiləşdirilməlidir, o, isə razılaşdı. X4 ilə özü işə götürməsi barədə əmri imzalayıb. Daha sonra həmin Asan İmza ilə 2022-ci ilə kimi işdən azad olunma barədə əmr imzalayıb. 2023-cü il yanvar ayından bugünə kimi başqa şirkətə əsas iş yeri kimi çalışır, qardaşının şirkətidir. O, işdən hazırda onu çıxartmaq üçün müraciət etsə də, sistem qəbul etmir ki, xitam verə bilsin. İddiaçının onun etibarından sui-istifadə etdiyini anladığı vaxtdan Asan İmzanın kodunu dəyişməli oldu. Cavabdehə ilk öncə 1 aylıq sınaq müddəti kimi işə götürülüb. İddiaçının əsas iş yerləri olub, başqa məktəblərdə dərs deyib. Gün ərzində 1 saatdan artıq onun şirkətində heç bir iş görməyib. Ona verilən suallara cavab olaraq bildirdi ki, mühasib vəzifəsi üçün əmək müqaviləsi bağlanılıb. İddiaçı şəriki olmamışdır, aralarında elə bir razılaşma belə olmamışdır. O, ona rəsmi olmasa da, gördüyü mühasib işlərinə görə maaş ödəmişdir. Şirkətlərində təhlükəsizlik sistemi ilə bağlı ləvazimatlar satılır. İddiaçıya əmək haqqını işlərini görmək üçün, həmçinin aralarında qohumluq münasibəti olduğu üçün vermişdir. Hazırda portala özü və başqa bir şirkət nəzarət edir. O, Cavabdeh MMC-nin həm təsisçisi, həm də direktorudur. İddiaçıya ödənişlər yalnız kart hesabına köçürmə ilə olub. İddiaçı onun şəriki deyil. Onun şirkətində təxminən 1 il müddətində işləyib, yəni 2021-2022-ci illərdə. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01720 nömrəli X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı əmək haqqı tələbi ilə bağlı təşkilata müraciət etmiş və 50 (əlli) manat mediasiya xərci ödəmişdir. - İddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən 2019-cu ilin iyul-avqust aylarında dövriyyə: 0, qeyri rəsmi: məlumatı yoxdur. 2019-cu il sentyabr-dekabr dövriyyə: 33000,41 AZN, qeyri rəsmi: məlumatı yoxdur. 2020-ci il rəsmi dövriyyə: 122762,95 AZN, qeyri rəsmi: 200000 man. çox. 2021-ci il rəsmi dövriyyə: 191164,46 AZN, qeyri rəsmi: 300000 man. çox. 2022-ci il rəsmi dövriyyə: 273133,28 AZN, qeyri rəsmi: 400000 man. çox. 2023-cü il rəsmi dövriyyə: 292698,34 AZN, qeyri rəsmi: 450000 man. çox. 2024-cü il rəsmi dövriyyə: 474468,31 AZN, qeyri rəsmi: 500000 man. çox. 2025-ci il yanvar-may (cəmi 5 ay) ərzində rəsmi dövriyyə təxminən 180000,00 AZN, qeyri rəsmi: 250000 man. çox. - Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə (sahibkar) ilə "xxxx" Firmasının İcraçı Direktoru V.Hüseynli (icarəyəverən) arasında bağlanmış TS-000849-45 hş-ŞH 2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən «İcarəyəverən» Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 30 kv.m olan mağaza sahəsinin 1 (bir) il müddətinə «Sahibkar»-a icarəyə verir, «Sahibkar» isə öz növbəsində «lcarəyəverən»-ə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəyir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin İddiaçı ünvanladığı 10 mart 2023-cü il tarixli cavab məktubuna əsasən mobil cihazların İMEİ nömrələrinin qeydiyyatının aparılması ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması qaydası” ilə tənzimlənir. Sözügedən qaydaya əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatlar qeyd edilmiş ərizə formasını dolduraraq, tələb olunan sənədlər də əlavə edilməklə qeydiyyat mərkəzinə təqdim edirlər. - Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən Qanuni nümayəndə tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - 01 oktyabr 2022-ci il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında 01 oktyabr 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Sədərək, Əlavə, mühasib vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən bəndinə əsasən işçi 01 oktyabr 2022-ci il tarixdən işə başlayır. 4.1-ci bəndinə əsasən işçiyə hər ay 400 manat məbləğdə əmək haqqı ödənilir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Bakı şəhəri Təhsil İdarəsində riyaziyyat müəllimi kimi qeyd edilmişdir. - “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumata əsasən Cavabdeh MMC ilə İddiaçı arasında əsas müqavilənin başlama tarixləri xx.xx.2022, xx.xx.2023, müqavilənin bağlanma tarixləri xx.xx.2021, xx.xx.2022, xx.xx.2024. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır və iddiaçı mühasib vəzifəsində işləmiş, daha sonra əmək haqqı artımı ilə əlaqədar əmək müqaviləsinə müvafiq əyişikliklər olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsi hal-hazırda da qüvvədədir. İddiaçı uzun illər ərzində şirkətin mühasibat, hüquq, analitika və menecment sahələrində işlərin icrasında iştirak etmiş, öz iş funksiyasını faktiki yerinə yetirmişdir. Lakin bu dövrdə əmək haqqının ödənilməsinə dair rəsmi sənədlər təqdim edilməmiş, yalnız müxtəlif vaxtlarda iddiaçının bank hesabına cəmi 20.500 manat məbləğində ödənişlər köçürülmüşdür. Cavabdeh tərəf bildirir ki, iddiaçı şirkətdə yalnız müəyyən dövrlərdə xidmət göstərmiş, bu xidmət işçi funksiyası yox, müvəqqəti yardım xarakteri daşımışdır. Cavabdeh həmçinin iddiaçının ondan 10.500 manat borc aldığını, qalan köçürmələrin isə borcun qaytarılması üçün olduğunu bildirir. Cavabdehin fikrincə, iddiaçının tələb etdiyi məbləğ əsassızdır və real əmək münasibətləri yalnız qısa müddət mövcud olmuşdur. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmır və bildirir ki, tərəflər arasında faktiki əmək münasibətləri davamlı olub, o uzun müddət müxtəlif departamentlərin fəaliyyətində birbaşa iştirak edib, işləri təşkil edib və şirkətin gəlirlərinin formalaşmasına töhfə vermişdir. Əmək Müfəttişliyindən sorğuya cavabdan da görünür ki, hansı tarixlərdə əmək müqavilələri qüvvədə olmuşdur. Azərbaycan Respublikası Konstitutsiyası Maddi 35 (Vİ bəndi). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada Əmək Məcəlləsi ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək müqaviləsində digər şərtlər və məlumatlarla yanaşı, işçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilməlidir. (Əmək Məcəlləsi, maddələr 3(5), 42,43) Əmək Məcəlləsi: Maddə 46 (5-ci bənd). Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Maddə 44 (1) Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Maddə 46 (6-cı bənd). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 49 (1) Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Maddə 154 (1-ci bənd). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154 (2-ci bənd). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 158. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əmək münasibətlərinin faktiki olaraq mövcud olması üçün əmək funksiyasının yerinə yetirilməsi və işəgötürənin bu fəaliyyəti qəbul etməsi kifayətdir. Tərəflər arasında olan “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumat da bu halı təsdiq edir. İddiaçı tələb etdiyi 180.000 manat məbləğ mövcud sübutlarla təsdiq olunmadığından əsassızdır. Belə ki, iddiaçı 2019-cu ildən Cavabdeh MMC-də çalışdığını bildirsə də, əmək müqailəsi bildirişlərindən görünür ki, xx.xx.2021-ci il tarixdən cavabdehlə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir. Həmin əmək müqavilələrində əmək haqqı məbləğləri müəyyən edilmişdir. İddiaçı iddiasının 12540 manat hissəsi “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumat əsasında əsaslı hesab edilir. Belə ki, iş materiallarında olan “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumata əsasən Cavabdeh MMC ilə İddiaçı arasında əsas müqavilənin başlama tarixləri xx.xx.2022, xx.xx.2023, müqavilənin bağlanma tarixləri xx.xx.2021, xx.xx.2022, xx.xx.2024-dür. Belə olan halda, ödənilməyən əmək haqqı: xx.xx.2021 – 250 manat x 12 ay – xx.xx.2022; xx.xx.2021 – 300 manat x 6 ay – xx.xx.2023; xx.xx.2023 – 345 manat x 12 ay – xx.xx.2024; xx.xx.2024 – 400 manat x 9 ay – xx.xx.2025 3000 manat + 1800 manat + 4140 manat + 3600 manat = 12540 manat. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi) tarixədək ödənilməmiş əmək haqqı üzrə 12540 (on iki min beş yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edərək və həmçinin Əmək Məcəlləsinin 43-cü maddəsinin ə bəndinə istinad edərək qeyd edir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya əmək haqqının ödənilməsi qaydası müəyyən edilir. Cavabdeh tərəfin bildirdiyi kimi işçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmaması ilə məhkəmə razılaşmır. Belə ki, işçi əmək funksiyalarına icra etmədikdə və s. hallarda işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Belə ki, tərəfin izahatı və təqdim etdiyi şirkətə aid sənədlərdən də görünür ki, işçi mühasib vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı üzrə 12540 (on iki min beş yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5186/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5186/2025
18.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver