Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5221/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və 3 saylı Bakı ASAN Xidmət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və 3 saylı Bakı ASAN Xidmət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-1058 reyestrlə təsdiq edilmiş alq-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 məhkəməyə vəsatət ünvanlayaraq, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 qızı, 3 saylı Bakı Asan Xidmətin Notariat Xidmətinə qarşı alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair 2(004)-5221/2020 saylı mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Müqbil qızının cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-3283/2020 saylı mülki işlə bir icraatda birləşdirilərək, birlikdə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəsatəti müdafiə edərək bildirdi ki, İddiaçı Müqbil qızının cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Hazırki iddia tələbi də, məhkəmənin icraatında olan 2(004)-3283/2020 saylı mülki işlə eynilik təşkil etdiyin, işə obyektiv baxılması və hərtərəfli qərəzsiz araşdırılması üçün işlər bir icraatda birləşdirilməlidir. Odur ki məhkəmədən, vəsatətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, düzdür o, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onun mqəsədi alqı-satqı müqaviləsinin ləğv edilməsi olmuşdur. Hazırki halda işlərin bir icraat birləşdirilməsinə isə etiraz etmir və müvafiq qərardadın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İddiaçının vəkili X2 vəsatətə etiraz edərək bildirdi ki, iddiaçının məqsədi alqı-satqı müqaviləsinin ləğv edilməsidir. Lakin digər hakimin icraatında olan iş isə müqavilənin etibarsızlıdır. Əgər birləşdiriləcəksə həmin 2(004)-3283/2020 saylı mülki iş hazırki mülki işlə birləşdirilməli və ya ayrı-ayrılıqda baxılmalıdır. Odur ki, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3283/2020 saylı mülki işdən görünür ki, İddiaçı Müqbil qızının cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3283/2020 saylı, xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, İddiaçı Müqbil qızının cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Müqbil qızının cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı alqısatqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-3283/2020 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-3283/2020 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və 3 saylı Bakı ASAN Xidmət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair 2(004)-5221/2020 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Müqbil qızının cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-3283/2020 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-3283/2020 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5221/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5221/2020
25.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver