Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5223/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçı cavabdeh ”Xalq Bank” ASC-yə qarşı “şişirdilmiş bank faizlərinin və dəbbə pullarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh ”Xalq Bank” ASC-yə qarşı “şişirdilmiş bank faizlərinin və dəbbə pullarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu İddiaçı kreditə götürdüyü pul vəsaitinə dair "xxxx" ASC tərəfindən kredit borcuna görə tutmanın qanunsuz həyata keçirilməsi ilə əlaqədar şişirdilmiş bank faizlərinin və dəbbə pullarının cənab Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ləğv edilməsinin cavabdeh ”Xalq Bank” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən və iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Qusar Rayon İcra və Probasiya Şöbəsinin 29048/1019-50-3 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu X1 məxsus olan əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Belə olan halda məlum olur ki, iddiaçının silinməsini tələb etdiyi və şişirilidiyini qeyd etdiyi faizlər artıq başqa qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş məbləğlərdir. Beləliklə, məlum olur ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iş olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mahiyyət etibarı ilə əvvəlki iddia tələbində olan və qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş borc məbləğinin-faiz borcunun mübahisələndirilməsi ilə bağlıdır və eyni əsaslara söykənən iddia olduğundan, məhkəmə hazırkı iddia ərizəsini MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə müvafiq icra sənədi mövcud olduğundan İddiaçı cavabdeh ”Xalq Bank” ASC-yə qarşı “şişirdilmiş bank faizlərinin və dəbbə pullarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı cavabdeh ”Xalq Bank” ASC-yə qarşı “şişirdilmiş bank faizlərinin və dəbbə pullarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5223/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5223/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver