Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5266/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Sultanova-X1, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İddiaçı xeyrinə dəymiş mənəvi zərərə görə 1000 manat kompensasiya tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 153.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1527/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnaməni nəzərdən keçirib, hər iki iddiaları müqayisə edərək, məhkəmə belə bir nəticəyə gəlir ki, hər iki halda tərəflər eyni, iddianın predmeti, yəni tələbi eyni, habelə iddiaların məzmunundan göründüyü kimi, mübahisənin əsasları da eynidir. Məhkəmə mübahisənin əsaslarını müqayisə edərkən sözlərin hərfi mənasina deyil, mübahisənin əsas mahiyyətinə diqqət yetirir. Mübahisənin mahiyyətindən göründüyü kimi, onun əsasını qonşular arasındakı münaqişə təşkil edir. Məhkəmə İddiaçı hazırki iddiasında (mübahisəni əsaslandırmaq üçün) “yeni əsas” gətirməsini məhkəmənin diqqətini mübahisənin kökündən, əsas səbəbindən yayındırmaq cəhdi kimi qiymətləndirir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən X2 vasitəsilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü il tarixdə ödəmişdir. AR Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 30 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən X2 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5266/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5266/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver