Məhkəmə qərarları › İş №2(004)-5269/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5269/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5269/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2006-cı təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci ildə X5 ilə nikaha daxıl olmuşdur. Birgə nikahdan xx.xx.2006-cı təvəllüdlü X6 anadan olub. Cavabdeh uzunmüddətli xarici səfərlər edir və uşağın saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Ona görə də, aliment tələbi ilə məhkəməyə müracıət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından 1 övladları anadan olmuşdur: xx.xx.2006-cı təvəllüdlü X6. Cavabdeh uşağına maddi cəhətdən kömək etmir. Ailə qanunvericiliyinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi əsaslı olub təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat aliment tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən aparılmalı və alimentin tutulması dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar