Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5276/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə qeyri rəsmi münasibətindən xx xxxx 2006-cı il təvəllüdlü X4 anadan olmuşdur. Tərəf ilə münasibəti uşaq anadan olandan sonra pozulmuşdur və həmin tarixdən indiyə qədər atalığın müəyyən edilməsi ilə bağlı cavabdehin yeri məlum olmadığından heç bir tələb irəli sürə bilməmişdir. Uşaq doğulan andan indiyə kimi övladının saxlanılması üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 xx.xx.2006-cı il tarixdən indiyə qədər yaşına çatana qədər saxlanılması üçün yaşayış minimumu üzrə müəyyən edilmiş bir uşağa görə 170 manat hər ay 340 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə faks vuraraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə qeyri rəsmi nikahından xx.xx.2006-cı il təvəllüdlü X5 adında 1 övladı vardır. Sonradan Aynurla ailə münasibət pozulmuş və ayrı yaşamışlar. İddiaçı ona qarşı əsassız iddia qaldıraraq uşaq anadan olan tarixdən, yəni xx.xx.2006-cı il tarixdən indiyə kimi Emilin yetkinlik yaşına çatana kimi saxlanıması üçün yaşayış minimumu üzrə müəyyən edilmiş bir uşağa görə 170 manat hər ay 340 manat məbləğində aliment tələb edir. Hansı ki, uşağa 3 ay olar ki, atalıq vermişdir. Onun keçmiş həyat yoldaşından olan xx.xx.2008-ci il təvəllüdlü başqa bir övladı da vardır. O, oğlunun saxlanılması üçün aliment ödəməkdən ümumiyyətlə imtina etmir. Amma onun hazırkı durumu da, nəzərə alınmalıdır. Bundan başqa böyük oğlu X6 torpaqlar uğrunda gedən döyüşlərə səfərbər olunmuş və xx.xx.2020-ci il tarixdə Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən N saylı hərbi hissəyə təhvil verilmişdir. Özü də hal-hazırda ailəlidir və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Heç bir daimi iş yeri də yoxdur. O, Aynurla birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Emilin yetkinlik yaşına kimi saxlanılması üçün hər ay 120-150 manat civarında aliment ödəmək iqtidarındadır. Qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş, tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Uşaq hal-hazırda anasının himayəsində yaşayır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçına verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin alimentin xx.xx.2006-cı il tarixdən başlayaraq tutulması hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçına verilsin. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5276/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5276/2020
06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver