Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5278/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan burada göstərilən qızıl-zinət əşyalarının: Qızıl (italyan) komplekt (üzük, sırğa, boyunbağı, klon, qolbaq, klon və qaşlı brilliant) - 3300 AZN; Nişan üzüyü (italyan qızılı, qaşlı brilliant) – 1000 AZN; Pandora sırğa (türk qızılı) – 380 AZN; Boyunbağı (türk qızılı) – 480 AZN. və ya onların dəyəri olan pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 14 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurublar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonrada ailə daxili münasibətləri pisləşmiş və boşanmaq qərarına gəlmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-38/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə o İddiaçı arasında 14 iyul 2018-ci ildə Bakı şəhəri, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 114 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahlarının pozulması, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X1 onun yanında qalması qət edilmişdir. Onu da nəzərə çatdırır ki, hələ nikah dövründə cavabdeh ona hədiyyə edilmiş qızıllardan bəzilərini aparıb lombarda girov qoymuş və müqabilində 1300 manat pul götürmüşdür. Bildirir ki, artıq bir neçə ildir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh isə ona məxsus qızılları alaraq özündə saxlamışdır. Bir neçə dəfə cavahdehə ona məxsus qızılları qaytarması üçün müraciət etsə də, o bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddia tələbini müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyin bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmayaraq, qeyd edilən qızıl-zinət əşyalarını iddiaçının razılığı ilə lombarda girov qoyaraq, götürülən pulu ailə ehtiyacları üçün xərcləndiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı rayon Məhkəməsinin 2(037)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 14 iyul 2018-ci ildə Bakı şəhəri, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 114 nömrəli akt qeydi ilə rəsmiləşdiirlmiş nikah pozulmuş, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 (anası) İddiaçı yanında saxlanılmışdır. 510842 nömrəli girov biletinin sürətindən görünür ki, Cavabdeh qiyməti 1300 (min üç yüz) manat olan 1 ədəd sep 585-1,5, 1 ədəd qolbaq, 1 ədəd klon, 1 ədəd komplekt 750-22,1 əşyalarını X3 girov vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında 14 iyul 2018-ci ildə Bakı şəhəri, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 114 nömrəli akt qeydi ilə rəsmiləşdiirlmiş nikah pozulmuşdur. Daha sonra cavabdeh iddiaçıya hədiyyə edilmiş qızıllardan bəzilərini lombarda girov qoymaq müqabilində 1300 manat pul götürmüşdür. Hal-hazırda İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan burada göstərilən qızıl-zinət əşyalarının və ya onların dəyəri olan pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsi ilə və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, qeyd olunan qızıl-zinət əşyaları iddiaçının razılığı ilə lombarda girov qoyularaq 1300 manat pul götürülmüş və həmin pul geri qaytarılmadığından, qızıl-zinət əşyaları lombard tərəfindən satılmışdır. Cavabdehin göstərilən əşyaları özündə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. İddiaçı ona məxsus əşyaların cavabdehdə qalmasına dair müvafiq sübutları təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ona bağışlanmış qızılziynət əşyalarının dəyərini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərzisi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5278/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5278/2023
12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver