Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5286/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili X4, tərcüməçi X2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri, Cavabdeh2nə qarşı alimentin tutulmasının qanunsuz hesab edilməsi və tutulacaq aliment məbləğinin kompensasiya edilərək əvəzləşdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "hesablanmış alimentlərin qanunsuz hesab edilməsi və pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin faktiki olaraq İddiaçılə qaldığı müddətdə cavabdehlər tərəfindən iddiaçıdan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsinin qanunsuz hesab edilməsi, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçının yanında qaldıqları və onun tərəfindən saxlanıldıqlarına görə xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün cavabdehlər tərəfindən aliment tələb edilməsinin qanunsuz hesab edilməsi; iddiaçıdan artıq tutulmuş 3000 (üç min) manat məbləğində pul vəsaitinin, o cümlədən də dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması; yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 anaları Cavabdeh1 yanında qalmaları; yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 1000 (min) manat olmaqla, cəmi 3000 (üç min) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi və alimentin tutulma müddətinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 14189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı, xx xxxx 2020-ci il arixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)14189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilir ki, xx xxxxxx 2020-ci il tarixinə qədər hər üç uşaq və hətta tələbkar Cavabdeh1 İddiaçı yanında, onun kirayələdiyi mənzildə qalmış və faktiki olaraq maddi cəhətdən İddiaçı xx xxxxxx 2020-ci il tarixinə qədər onları təmin etmiş və bütün xərcləri ödəmişdir. Bununla bağlı ailənin hal-hazırda yaşadığı mənzildə olan video kameralarından görüntüləri, yazılı sübutları (uşaqların saxlanması üçün sərf edilən vəsaitlərin çekləri, qaimələr və s.) da iddia ərizəsinə əlavə edirik. Eyni zamanda hazırki ərizəyə əlavə edilmiş Cavabdeh1 tərəfindən Yasamal rayon Məhkəməsinə ünvanlanmış qarşılıqlı iddia ərizəsindən və iddianı təmin etmək üçün tədbirlərin görülməsi barədə ərizədən və o cümlədən də, Cavabdeh1 vəkili Afət Qaziveva tərəfindən verilmiş qərardaddan şikayətdən də, görünür ki, Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə qız övladları ilə birlikdə İddiaçı ilə yaşadıqları mənzili tərk etmişdir. xx xxxx 2009-cu il təvəllüdlü (11 yaşlı) X14 Andreyeviç isə umumiyyətlə anası Cavabdeh1 ilə getməkdən imtina etmiş və bu günə qədər atası İddiaçı yanında qalır və uşağın bütün maddi ehtiyacını atası ödəyir. Bu hal Yasamal RPİnin 26-cı PB-nin təhqiqatçısı İlqar Səfərov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “Cinayət isinin başlanmasının rədd edilməsi” -haqqında Qərarda da, öz əksini tapmışdır. Belə ki, qərardan da görünür ki. 11 yaslı Əndrü Rudenko anasına getmək istəmir. Hətda Cavabdeh2 İcra Məmuru tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə akt tərtib edilərək, xx xxxx 2009-cu il təvəllüdlü (11 yaslı) X14 Andrevevicin anası Cavabdeh1 ilə getmək istəmədiyi müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh2 İcra Məmuru İlyas Cəfərov məhz xx xxxx 2020-ci il tarixdən hər üç uşağa görə hər ay 3000 manat aliment ödəməli olduğunu bildirərək, iddiaçıdan 9000 manat və o cümlədən də, bundan sonra hər ay 3000 manat aliment ödəməyi tələb edir. Məlum olduğu kimi Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddiaçı tərəfindən artıq 6000 manat aliment ödənilmişdir. Bununla yanaşı qətnamənin icrası ilə bağlı yaranmış ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün qətnaməyə izah verilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14189/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli Qərardadı ilə ərizə təmin edilməmiş, lakin qərardadda Ailə Məcəlləsinin 106-cı maddəsinə istinad edilərək, borcların məhz icra məmuru tərəfindən müəyyən edildiyi, bununla razı olmayan tərəfin müvafiq qaydada şikayət verə bilməsi, yəni qeyd edilən halın qətnamənin icrası qaydasında icra prosesində həll edilən məsələ olması göstərilmişdir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5.-ci maddəsinin tələbinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən Mülki Prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qeyd edək ki, tərəfimizdən bütün yuxarıda göstərilən məlumatlar icra məmuruna təqdim edilmiş və bununla bağlı müvafiq ərizə ilə müraciət edilmişdir. Lakin, cavabdeh heç bir tədbir görmür, əksinə qanunsuz olaraq iddiaçıdan uşaqların faktiki olaraq iddiaçıda olduğu və onun tərəfindən saxlanıldığı dövr üçün də, aliment tələb edir. Halbuki, icra vərəqəsinin verilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-14189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, “Birinci intansiya məhkəməsi Ailə Məcəlləsinin 100.2-ci maddəsini tələbini əsas tutaraq alimentin xx.xx.2019-cu il tarixdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Cavabdeh isə aliment tutulması barədə ərizəni xx.xx.2019-cu il tarixdə məhkəməyə vermişdir. Lakin məhkəmə bu zaman nəzərə almamışdır ki, cavabdeh məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtda da, həmçinin hazırda da, uşaqlar iddiaçı və cavabdehlə eyni mənzildə yaşayırlar. Ailənin bütün xərcləri, həmçinin bu günə qədər uşaqların maddi cəhətdən bütün xərcləri iddiaçı tərəfindən təmin edilir. Apellyasiya baxışı zamanı cavabdeh özü də, bu halı təsdiq etmişdir ki, hazırda da iddiaçı uşaqların bütün xərclərini qarşılayır. Kollegiya qeyd edir ki, belə olan halda, yəni, ərizənin verildiyi və məhkəmə mübahisəsi davam etdiyi müddətdə uşaqların maddi təminatı iddiaçı tərəfindən qarşılandığı halda, həmin müddət ərzində iddiaçıdan cavabdehin xeyrinə uşaqların saxlanılması üçün alimentin tutulması yolverilməzdir. Odur ki, Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti bu hissədə əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması vaxtına dair hissədə dəyişdirilərək, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır”. Bununla yanaşı bildirilir ki, tərəfindən 2 iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, azyşalı qızlarla ünsiyyət hüququnun verilməsi və 11 yaşlı Əndrü Rudenkonun saxlanılması üçün Cavabdeh1 aliment tutulması xahiş olunmuşdur. Məhkəmə baxışı dövründə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin faktiki olaraq İddiaçılə qaldığı müddətdə cavabdehlər tərəfindən iddiaçıdan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsinin qanunsuz hesab edilməsi, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçının yanında qaldıqları və onun tərəfindən saxlanıldıqlarına görə xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün cavabdehlər tərəfindən aliment tələb edilməsinin qanunsuz hesab edilməsi, xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün artıq ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaitinin, iddiaçıdan gələcəkdə tutulacaq aliment məbləği ilə kompensasiya edilərək əvəzləşdirilməsi, o cümlədən də, dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işdirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşaqların bütün xərclərini iddiaçı özü çəkmişdir. Hətta onlara ayrılan sürücünün və dayənin xərclərini də, tək başına özü ödəmişdir. Tələb edilən alimenti cavabdeh özü üçün tələb edir. Belə ki, uşaqlar iddiaçının yanında olduğu müəddət üçündə alimentin tələb edilməsi buna bariz nümunədir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında işdirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, nikahın pozulmasına dair qətnamə qəbul edilərkən prosessual pozuntulara yol verilmişdir. Belə ki, onların birgə nikahdan 3 uşağı vardır. Nikah pozularkən oğlu məhkəmə iclasında onunla qalmaq istəyini bildirmişdir, lakin məhkəmə oğlunun fikrini nəzərə almamışdır. Nikah pozulduqdan sonra onlar yenə xx.xx.2020-ci il tarixədək bir yerdə yaşamağa başlamışdır. Həmin ərəfədə onları hər bir şeylə o təmin etmişdir. Oğlu bu gün də onunla yaşayır və o, anasının yanına getmək istəmir. Çünki onun ayağı sınanda onun yanında özü olmuş, onu həkimə aparan o olmuş, əməliyyat edildiyi zaman yanında olmuş, gəzməyə aparan da, o olmuşdur. Qızları ilə də həmçinin münasibəti çox yaxşıdır. O, punktual insandır. Onun telefonunda hər şeyin qeydiyyatını aparan proqram var. Yayda uşaqlarını həmişə həyətə gəzməyə apararmışdır. Uşaqları həyətə aparmaq lazım olanda, turnikə çıxartmaq lazım olanda onların yanında hər zaman olmuşdur. 23 iyunda oğlunun ad günü idi. Oğlu onu həyətə aparmağı xahiş etmiş, onun isə işi olduğundan, anası bildirmişdir ki, o oğlunu həyətə aparar. Həyətdə olarkən anasının başı telefona qarışdığı üçün uşağa nəzarət etməmişdir. Oğlu yelləncəkdən yıxılaraq zədə almışdır. Uşağı Mediclub klinikasına aparmış və 575 manat xərc çəkmişdir. Bundan başqa birgə yaşadıqları dövrdə bazarlığı, həkim xərcini, kommunal xərcləri hər şeyin xərcini o çəkmişdir. Onun sürücüsü həmin dövrdə bütün bazarlığı edirdi. O, hər şeyə şahiddir. O, yeganə olaraq uşaqlara şirniyyat almırdı. Uşaqların artıq çəki almaması üçün, sağlam böyüməsi üçün onlara şirniyyat almırdı. Cavabdeh isə uşaqlara yanlız şirniyyat alırdı. Qalan hər şeyi isə alt paltarından tutmuş çörəyə qədər o almışdır. Daha sonra xx.xx.2020-ci ildə cavabdeh 2 qızını da götürərək evi tərk etmiş, lakin oğlu anasıylı getməmiş, onunla qalmışdır. Cavabdeh onunla yaşadığı dövrün, eyni zamanda oğlu üçün də nəzərədə tutulan alimenti də ondan tələb etmişdir. Belə olan halda onlar Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bildirmişdirlər ki, çıxarılmış qərar icra oluna bilmir. Necə edək. Hakim isə onlara bildirmişdir ki, qətnamənin icrasıyla icra məmuru məşğul olacaq. İcra məmuru onun ad günü günü gələrək ondan qızları üçün nəzərdə tutulan alimenti ödəməyini və eyni zamanda oğlunun anasının yanına getməsini tələb etmişdir. Oğlu anasının yanına getməkdən imtina etmiş, icraçılar isə ona təzyiq etməyə başlamışdır. Hesablarını blok etmişdirlər. O, Ədliyyə nazirliyinə zəng edərək Tural adlı şəxslə əlaqə yaratmış, ona baş verənləri bildirmiş, icraçıların ona təzyiq etməyə davam etmələrini demişdir. Bildirir ki, aliment uşaqlar üçündür. Aliment cavabdehin şəxsi xərcləri üçün deyildir. Uşaqlara birgə yaşadıqları dövrdə o baxmışdır. Ona oğlu üçün aliment ödəmədiyinə görə protokol tərtib edilmişdir. Lakin o protokol hal hazırda ləğv edilmişdir. Cavabdeh özü birgə yaşadıqları dövrdə onun hesabına yaşayırdı. Qərar icra olunan deyildir. O uşaqlara baxırdı. Nəzərə almamışdır ki, cavabdeh ondan həmin dövr üçün aliment tələb edəcəkdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında işdirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili X9 iddia tələbini qanunsuz və əsasız hesab edərək izahatında göstərmişdir ki, belə bir iddianı qaldırmaqda məqsəd qətnamənin icrasında yayınmaq və onun icrasını yubatmaqdır. Belə ki, tərəflər birgə nikahda olub və 3 uşaqları var. Qətnamədə uşaqların anada qalması və aliment tələbi qət edilmiş və Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini aldığından qətidir, icra edilməlidir. Qarşı tərəf qətnaməyə izah istəmiş, lakin təmin edilməmişdir. Çünki qətnamədə hər şey açıq aşkar qeyd edilmişdir. İddiaçının iddia tələbi absurdur. Uşaqların saxlanmasında iddiaçı kömək etmədiyinə görə cavabdeh aliment tələbi ilə müraciət etmişdir. İdiaçının tələbi hüquqa ziddi tələbdir. Uşaqlar əvvəllər Oxford məktəbində oxumuş, daha sonra oradan çıxardılaraq təhsillərini hazırda İncəsənət Gimnaziyasında davam etdirirlər. Təhsil haqqını əvvəllər ataları ödəmiş, lakin sonradan təhsil puluna köməklik gösdərmədiyi üçün cavabdeh uşaqları o məktəbdən çıxartmağa məcbur olmuşdur. İddiaçı ümumi maşına sürücü tutaraq onunla uşaqları harasa aparırsa, uşaq xəstələndiyi zaman uşağı həkimə aparırsa, bu uşağı saxlamaq sayılmır. İddiaçı oğlunu qəsdən öz yanında saxlayır. O, uşağı yanında qanunsuz saxlayır. Əgər iddiaçı uşağı yanında saxlayırsa o demək deyil ki, həmin uşağa görə aliment ödəməməlidir. İddiaçı özü pəhriz saxlayır, ət almır, şirniyyat almır və bütün bu ərzaqları cavabdeh alırdı. Tərəflər nikahın pozulmasından sonra da, bir müddət xx.xx.2020-ci il tarixədək bərabər yaşasalar da, iddiaçı həmin dövrdə uşaqlara baxmamış və onların saxlanılması üçün bütün xərclər cavabdeh tərəfindən yəni, anaları tərəfindən qarşılanmışdır. Onlarım bir yerdə yaşamaları hələ o demək deyildir ki, ailənin bütün xərcləri iddiaçı tərəfindən qarşılanmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, 4 ildir bu ailənin sürücüsü kimi işləyir. Təxminən 1 il olar ki, Ander və Fəridə xanım boşanıblar. Lakin boşansalar da son 3-4 ayadək bir evdə yaşayırdılar. Birlikdə yaşadıqları dövrdə ailənin bütün xərcini Ander çəkirdi. Sürücü olaraq bazarlığı çox vaxt o edirdi, sonra isə qəbzi Andreyə verirdi. Uşaqlar idmana gedirdi. Onun pulunu da, Ander ödəyirdi. Uşaqların paltarlarını, evin kommunal xərcini, evin kirayə haqqını və hər bir şeyin xərcini Ander çəkirdi. Fəridə xanım uşaqlara yalnız şirniyyat alırdı. Çünki Ander buna qarşı olduğu üçün uşaqlarına sağlamlıqlarına görə şirniyyat almırdı. Bundan başqa uşaqların sinif yoldaşlarının ad günü olduqda onların da, hədiyyəsini Andrey alırdı. Ander uşaqlara çox gözəl atadır. Onun əmək haqqını da, Andre ödəyir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, bu ailənin uşaqlarının dayəsidir. Hər 3 uşağa o baxırdı. Uşaqların hər bir şeyi ilə o məşğul idi və axşamlar 7-8-dək uşaqlara baxırdı. Fəridə xanım gəldikdən sonra isə evinə gedirdi. Fəridə xanım axşam 7-də evə gəlsə də, çox vaxt harasa gedirdi. Andrey uşaqlara həm ata həm ana idi. Onları hər bir şeylə təmin edirdi. Uşaqları idmana aparırdı. Sərt karantin dövründə idman zalları işləmədikdə Andrey uşaqlarla özü evdə idmanla məşğul olurdu. Evin yeməklərini də, o bişirdiyindən zəruri bazarlıqları da, o tərtib edərək siyahını sürücüyə verir, sürücü isə Andreydən pul alaraq bazarlıq edirdi. Bir dayə kimi onun əmək haqqını da, Andrey ödəmiş və hazırda da, ödəyir. Məhkəmə baxışı zamanı fikri dinlənilən X14 Andreyeviç göstərmişdir ki, ailədə 3 uşaqdırlar. O, 2-3 aydır ki, atası ilə tək yaşayır. Atasına daha çox bağlıdır. Ona hər şeyi atası alır. Anası onunla maraqlanmırdı. Demək olar ki, evdə olmurdu. Anası onlara nəsə alanda onun pulunu həmişə atasından alırdı. Çünki onun yanında atasından pul istəyirdi. Anası və bacıları ilə görüşür. Anasına deyəndə ki, bacıları ilə onlara qonaq gəlsin, ona deyir ki, «atan iddialarını geri götürsün sonra gələrik». Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, o cümlədən, azyaşlı uşağın fikirlərini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddianın qismən təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)- 2468/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 anaları Cavabdeh1 yanında qalmaları, yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Rudenko Andrey Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)14189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)14189/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçının nümayəndəsi-vəkili ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14189/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsini izah etməklə aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir: yetkinlik yaşına zatmayan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yektinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşara görə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məblərində aliment qətnamənin qanuni qüvvəyə mindiyi xx xxxx 2020-ci il tarixdən, yaxud Cavabdeh1 iki azyaşlı uşaqla İddiaçı yaşadığı evi tərk etdikləri xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır; yektinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X16 Andreyeviçin hazırda atası ilə birlikdə yaşadırı və uşağı atanın saxladırı nəzərə alınarsa xx.xx.2009-cu il təvəllüdlü X14 Andreyeviçə görə Cavabdeh1 aliment ödənilməlidirmi. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixinə qədər hər üç uşaq və hətta tələbkar Cavabdeh1 İddiaçı yanında, onun kirayələdiyi mənzildə qalmış və faktiki olaraq maddi cəhətdən İddiaçı xx xxxxxx 2020-ci il tarixinə qədər onları təmin etmiş və bütün xərcləri ödəmişdir. Cavabdeh1 tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış qarşılıqlı iddia ərizəsindən də görünür ki, Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə qız övladları ilə birlikdə İddiaçı ilə yaşadıqları mənzili tərk etmişdir. xx xxxx 2009-cu il təvəllüdlü (11 yaşlı) X16 Andreyeviç isə ümumiyyətlə anası Cavabdeh1 ilə getməkdən imtina etmiş və bu günə qədər atası İddiaçı yanında qalır və uşargn bütün maddi ehtiyacını atası ödəyir. Bu hal xx xxxxxxxx 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarda da öz əksini tapmışdır. Belə ki, qərardan da görünür ki, 11 yaşlg Əndrü Rudenko anasına getmək istəmir. İddiaçı xx xxxxxx 2020-ci il tarixinə qədər hər üç uşağı, oğlunu isə hazırda da maddi cəhətdən təmin etdiyini (saxladığını) nəzərə alsaq, xx xxxx 2020-ci il tarixdən bu gğnə qədər hər üç uşağa görə aliment ödənilməsi hissəsində qətnaməyə izah verilməlidir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)14189/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14189/2019 saylg xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə izah verilməsi barədə iddiaçı tərəfdən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. - Cavabdeh2 xx.xx.2020-ci il tarixli «icraata başlamaq haqqında» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14289/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 anaları Cavabdeh1 yanında qalmaları; yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 1000 (min) manat olmaqla, cəmi 3000 (üç min) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh1 xeyrinə ödənilməlidir. İcra sənədinə aid olan tələblər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinəuyğun olduğu üçün icra sənədinin icraatına başlanılmalıdır. - Cavabdeh2 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli «tələbin könüllü icrası haqqında» bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14289/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə göstərilən tələbin dərhal könüllü icra edilməsi tələb edilir. - İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil Aftandil oğlunun Cavabdeh2nə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ona təqdim edilmiş Qərar və Bildirişi aldıqdan 1 gün sonra Cavabdeh1 hesabına könüllü olaraq 2000 manat alimenti ödəmişdir. - Yasamal rayon məhkəməsinin 3(004)-2617/2020 saylı qərarından görünür ki, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14189/2019 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri, Cavabdeh2 böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru İ.Cəfərov bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 14189/2019 saylı icra vərəqəsinə əsasən İddiaçı üç uşağın saxlanması üçün hər ay 1000 manat olmaqla, cəmi 3000 manat aliment tutularaq Cavabdeh1 Tural qızına ödənilməlidir. Lakin İddiaçı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən tam yerinə yetirməmişdir. Belə ki, onun 9000 manat aliment borcu olmuş, qızları Elisa və Alinanın saxlanması üçün 6000 manat ödəniş etsə də, Edvard adlı oğlunun saxlanması üçün ödənilməli olan 3000 manat aliment borcunu Cavabdeh1 Tural qızına ödəməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, icra sənədinə əsasən birgə nikahdan olan üç uşağın anaları Cavabdeh1 Tural qızının yanında qalması və onların saxlanması üçün hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat alimentin ondan tutulub Cavabdeh1 ödənilməlidir. Tələbin könüllü icrası barədə bildirşi o, xx.xx.2020-ci il tarixdə almış, elə həmin tarixdə 2000 manat, səhəri gün isə 4000 manat məbləğində alimenti ödəmişdir. Lakin buna baxmayaraq icra məmuru hal-hazırda onunla yaşayan Edvard adlı uşağın saxlanması üçün də 3000 manat alimentin Cavabdeh1 ödənilməsini tələb etmişdir. O, Edvardın onunla yaşadığını bildirərək, həmin alimenti ödəməkdən imtina etmişdir. Belə ki, həm Edvard, həm də digər iki uşağı Elisa və Almila bu ilin avqust ayınadək onunla yaşamış, lakin avqust ayında qızları anasının yanına verilmişdir. Edvard isə hələ də onunla yaşayır. Onun bütün tələbatlarını özü ödəyir. Buna görə də o, həmin alimenti ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, barəsində barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı halda icra məmuru tərəfindən İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, icra məmuru, borclu tərəfindən tələbin könüllü icra edilməsindən imtina edilmədiyi və bunun üçün qanunla müəyyən edilmiş müddət keçmədiyi halda, yəni inzibati xəta hadisəsi olmadığı halda əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tələbin könüllü icrası müddəti keçmədiyindən və həmin müddət ərzində İddiaçı tərəfindən Cavabdeh1 Tural qızının yanında olan iki uşağa görə aliment ödənişi edildiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. - Yasamal rayon Pİ-nin 26-cı PB-nin təhqiqatçısı İ.Səfərovun xx.xx.2020—ci il tarixli «cinayət işinin başlanasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:32-də Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzinə, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 9 ünvanında yaşayan vət. X7 ***-***-**-** nömrəli mobil telefonla zəng edərək, oğlu İddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə görməsi, daha sonra ondan məlumat ala bilməməsi barədə verdiyi məlumat icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaçınlı küçəsi 9/7, mənzil 41 “B”-də yaşayan vət. Cavabdeh1, Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, xx xxxx 2020-ci il tarixdən məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşı İddiaçı Eduard ilə boşanmışdır. Boşanandan sonra, o əvvəllər yaşadıqları evdən köçərək, kirayə ev tutub qalır. Keçmiş həyat yoldaşı Andrey isə xx xxxx 2009-cu il təvəllüdlü oğlu Andrey İddiaçıeviç ilə birlikdə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9/7, mənzil 55 “B”-də yaşayırlar. O, xx.xx.2020-ci il tarixdən saat 14:00-dan sonra oğlu Andrey ilə əlaqə saxlaya bilmir, istifadə etdiyi ***-***-**-** nömrəsini söndürmüşdür. Keçmiş həyat yoldaşı Andrey ilə aralarında mübahisə olduğundan telefonu bloka atmış və zənglərinə cavab vermir. O, oğlu Andreyin harada və kiminlə qaldığını bilmir. Onunla əlaqə saxlaya bilmədiyi üçün narahatdır. Keçmiş həyat yoldaşı Andreyin sürücüsü Rafiq ilə oğlu Andrey xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Andreyin sinif yoldaşlarının bağ evindən götürmüş və sonra oğlu Andreydən xəbər ala bilməmişdir. Oğlu Andreyin tapılmasında ona köməklik edilməsini xahiş etmişdir. - Yasamal rayon Pİ-nin 26-cı PB-nin təhqiqatçısı İ.Səfərovun xx.xx.2020—ci il tarixli «cinayət işinin başlanasının rədd edilməsi haqqında» qərarından daha sonra görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vət. Cavabdeh1, xx.xx.2020-ci il tarixdən xx.xx.2009-cu il təvəllüdlü oğlu X20 Andreyeviç ilə əlaqə saxlaya bilməməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Məhkəmədə tərəflərin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 anaları Cavabdeh1 yanında qalmaları, yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Rudenko Andrey Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmiş, lakin alimentin tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)- 2468/2019 saylı qətnaməsinin alimentin tutulma vaxtına dair hissəsi Bakg Apellyasiya Məhkəməsinin 2(103)-14189/2019 saylg xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilərək alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən cavabdeh məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtda da, həmçinin hazırda da, uşaqların iddiaçı və cavabdehlə eyni mənzildə yaşamaları, ailənin bütün xərclərinın, həmçinin bu günə qədər uşaqların maddi cəhətdən bütün xərclərinın iddiaçı tərəfindən təmin edilməsi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh özü də bu halı təsdiq etmişdir ki, hazırda da iddiaçı uşaqların bütün xərclərini qarşılayır. Kollegiya qeyd etmişdir ki, belə olan halda, yəni, ərizənin verildiyi və məhkəmə mübahisəsi davam etdiyi müddətdə uşaqların maddi təminatı iddiaçı tərəfindən qarşılandığı halda, həmin müddət ərzində iddiaçıdan cavabdehin xeyrinə uşaqların saxlanılması üçün alimentin tutulması yolverilməzdir. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılan vaxt, yəni, xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14289/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixli «icraata başlamaq haqqında» qərarı qəbul edilmiş və şöbə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli «tələbin könüllü icrası haqqında» bildiriş göndərilmişdir. Yasamal rayon məhkəməsinin 3(004)-2617/2020 saylı qərarından əks edilmiş icra məmuru İlyas Cəfərov, borclu İddiaçı, hal şahidləri X12 və X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, tələbin könüllü icrası barədə bildiriş İddiaçı təqdim edilmiş, həmin vaxt atasının yanında olan X14 Andreyeviç atası ilə qalmaq istədiyini bildirmişdir. Həmçinin, iş materiallarında olan qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 Tural qızının hesabına xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə isə 4000 manat məbləğində aliment ödənişi edilmişdir. Hazırda iddiaçı xx xxxxxx 2020-ci il tarixinə qədər hər üç uşaq və tələbkar Cavabdeh1 onun yanında, kirayələdiyi mənzildə qalmasını, faktiki olaraq maddi cəhətdən özünün həmin tarixə qədər onları təmin etməklə və bütün xərcləri ödəməsini, hazırda da, xx xxxx 2009-cu il təvəllüdlü (11 yaşlı) X14 Andreyeviçin isə umumiyyətlə anası Cavabdeh1 ilə getməkdən imtina etməsinə və bu günə qədər atası ilə qalmasına istinad edərək həmin uşağın faktiki olaraq onunla qaldığı müddətdə cavabdehlər tərəfindən iddiaçıdan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsinin qanunsuz hesab edilməsini iddia edir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd etməyi zəruri sayır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçıdan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsi kimi cavabdehlərin hərəkəti qanunsuz hesab edilə bilməz, ona görə ki, buna dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamə icraya yönəldilmişdir. Lakin sözügedən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərildiyi kimi «uşaqların maddi təminatı iddiaçı tərəfindən qarşılandığı halda, həmin müddət ərzində iddiaçıdan cavabdehin xeyrinə uşaqların saxlanılması üçün alimentin tutulması yolverilməzdir.» Hazırki iş üzrə Məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin tutulması vaxtına dair hissədə dəyişdirilərək, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı olması nəticəsinə gələrək bununla bağlı müvafiq icra vərəqəsi versə də, faktiki olaraq müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç tərəflər arasında mübahisə yaranandan hazırki vaxta kimi iddiaçının himayəsindədir və o həmin uşağın bütün təminatını qarşılayır. Bu fakt həm uşağın Cavabdeh1 ilə getməkdən imtina etməsinə dair icra şöbəsi tərəfindən tərtib edilmiş aktın, həm iş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı İlqar Səfərov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “Cinayət isinin başlanmasının rədd edilməsi” haqqında Qərarda göstərilənlər, həm şahid ifadələri, həm də azyaşlı uşağın məhkəmə baxışı zamanı məhkəməyə bildirdiyi fikirlərlə də, öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinin bu hissəsi ilə ondan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçə görə aliment tələbnin qanunsuz hesab edilməsinin sayılmasını tələb etsə də iddia ərizəsinin məzmununa əsasən onun həqiqi niyyəti bu tələbin əsassız olması kimi göstərmək idi. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşaraq, toplanmış sübutlar əsasında bu nəticəyə gəlir ki, xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin faktiki olaraq İddiaçılə qaldığı (yanında qaldığı) müddətdə Cavabdeh1 tərəfindən iddiaçıdan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsi əsassız olmuşdur. Məhkəmə eyni mövqeyini iddia tələbinin digər hissələri üzrə irəli sürülən dəlil və ona edilən etirazların əsası kimi istinad edilən hallara qiymət verilməsi zamanı da göstərərək hesab edir ki, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçının yanında qalmaları və iddiaçı tərəfindən onların saxlanılması ilə bağlı bütün maddi təminatların həyata keçirilməsi faktı öz təsdiqini tapdığına görə xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün cavabdehlər tərəfindən aliment tələb edilməsinin qanunsuz hesab edilməsi dedikdə iddiaçının həqiqi niyyəti bu tələbin əsassız olması kimi göstərmək idi. Məhkəmə iddiaçının iddia tələbinin bu hissəsi üzrə də mövqeyi ilə razılaşaraq hesab edir ki, digər iki uşağın xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçının yanında qalmaları və onun tərəfindən saxlanıldıqlarına görə göstərilən tarixə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün ondan aliment tələb edilməsi də əsassız olmuşdur. Məhkəmə göstərilən nəticələrə gələrkən şahid ifadələrini də mötəbər sübut kimi qiymətləndirilməli olmasını xüsusilə vurğulayır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasada onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, şahidlər ailənin sürücü və hər üç uşağın dayəsi olmaqla işin nəticəsində hüquqi baxımdan hər hansı formada maraqlı olmaları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, dindirilən şahidlər tərəflərin hər ikisi ilə tanışlıq münasibətində olmaqla tərəflərin özlərinin və uşaqları ilə aralarında olan hadisələri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar da şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək işin araşdırılmış halları baxımından həmçinin xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaitinin artıq ödənilməsi qənaətinə də, gəlir və hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktlarının olmasına baxmayaraq xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviç iddiaçının himayəsində qaldığı bütün müddət üçün o həmin uşağa görə onun cavabdeh tərəfindən aliment tələbinə məruz qalması yolverilməzdir. Məhkəmənin qənaətinə görə bu ödəmə yalnız məhkəmə qətnaməsinə əsasən xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin anası olan cavabdehlə yaşamaq istəyi ilə bağlı, onun yanına köçdüyü tarixdən hesablana bilər ki, hazırki vəziyyətdə də müəyyən edilmiş ki, sözügedən uşaq anasının yanında qalmaqda imtina etmiş, onu isə buna məcbur edilməsi qanunvericiliklə yol verilməzdir. Məhkəmə göstərilən qənaətə gələrkən təkcə uşağın yaşayış şəraitinin ona daha uyğun, əlverişli olan şəraitlə deyil, həm də uşağın fiziki, psixoloji, mənəvi inkişafına, onun sağlamlığına, tərbiyəsinə, ümumiyyətlə, uşağın sağlam-psixoloji, hər hansı kəskin və davamedən, üzücü ailəməişət problemləri ilə əhatə olunmamış mühitdə saxlanılmasının onun birbaşa olaraq mənafeyinə uyğun olmasını daha önəmli sayır. Belə ki, «Uşaq Hüquqları haqqında» xx xxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd edilən Qanunun 4-cü və 5-ci maddələrinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (xx xxxxxx 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqları barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, qanunvericilikdə valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilə bilməməsi, (Ailə Məcəlləsinin 60.1-ci maddəsi), valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməli olması, uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməməsi də təsbit edilmişdir. (Ailə Məcəlləsinin 60.2-ci maddəsi) Məhkəmə digər, cavabdehin yanında qalan iki azyaşlı uşaqların da mənafelərini nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının qanuni qüvvəsini almış məhkəmə aktları ilə onların saxlanılması üçün aliment ödənilməsinə davam etməli, lakin qeyd edildiyi kimi, bu zaman onun yuxarıda qeyd edildiyi kimi xx xxxxxx 2020-ci il tarixinə qədər 3000 (üç min) manat məbləğində pul vəsaitini artıq ödənilməsi nəzərə alınmalı və bu artıq ödənilmiş aliment məbləği iddiaçıdan gələcəkdə sözügedən iki uşağa görə tutulacaq aliment məbləği ilə kompensasiya edilərək əvəzləşdirilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin yuxarıda əsaslandırılmış qaydada qismən, yəni, xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin faktiki olaraq İddiaçılə qaldığı (yanında qaldığı) müddətdə Cavabdeh1 tərəfindən iddiaçıdan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsinin, xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixinə qədər İddiaçı yanında qaldıqları üçün, xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün Cavabdeh1 tərəfindən aliment tələb edilməsi əsassız hesab edilməsi, xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçı tərəfindən xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaiti (aliment) iddiaçıdan gələcəkdə tutulacaq aliment məbləği ilə kompensasiya edilərək əvəzləşdirilməsi,iddianın qalan hissədə təmin olunmaması nəticəsinə gəlir. Belə ki, iddianın Bakı şəhəri Cavabdeh2nə qarşı hissəsi əsaslı sayıla bilməz. Sözügedən şöbə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun apellyasiya instansiyası məhkəməsinin icra sənədinə və eləcə də, tələbkarın tələbinə uyğun hərəkət etmiş və bu hərəkətlərində hər hansı qanun pozuntusunun olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin faktiki olaraq İddiaçılə qaldığı (yanında qaldığı) müddətdə Cavabdeh1 tərəfindən iddiaçıdan xx xxxx 2009-cu il təvəllüdlü X14 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsi əsassız hesab edilsin. xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixinə qədər İddiaçı yanında qaldıqları üçün, xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçıdan xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün Cavabdeh1 tərəfindən aliment tələb edilməsi əsassız hesab edilsin. xx xxxxxx 2020-ci il tarixinə qədər iddiaçı tərəfindən xx xxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxx 2014-cü il təvəllüdlü X3 saxlanılması üçün ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaiti (aliment) iddiaçıdan gələcəkdə tutulacaq aliment məbləği ilə kompensasiya edilərək əvəzləşdirilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5286/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5286/2020
01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver