Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5288/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kəmil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Yasamal rayon məhkəməsinin 2(004)-835/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx xxxx 2006-ci ildə anadan olmuş X2 və xx xxxxxxx 2011-ci ildə anadan olmuş X1 üçün tutulan 500 AZN alimentin miqdarı azadılması,cavabdehin xeyrinə xx xxxx 2006-ci ildə anadan olmuş X2 və xx xxxxxxx 2011-ci ildə anadan olmuş X1 üçün minimum hər uşağa görə 170 AZN ümumilikdə 340 AZN aliment təyin olunması barədə qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-835/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən ondan cavabdehin xeyrinə xx xxxx 2006-cı ildə anadan olmuş X2 və xx xxxxxxx 2011-ci ildə anadan olmuş X1 üçün ümumilikdə 500 AZN miqdarında aliment təyin olunmuşdur. Lakin Məhkəmə tərəfindən qeyd olunan aliment miqdarı təyin olunan vaxtı o əmək haqqısı yaxşı olan işdə işlədiyindən ümumilikdə hər ay 1000 AZN aliment ödəyirdi. 258\K№li, xx xxxxxx 2020-ci il tarixli əmrə əsasən ştat ixtisarına görə əvvəlki iş yerindən azad olunmuşdur və hal-hazırda heç yerdə işləmədiyindən gəlir mənbəyi yoxdur. Hal hazırda o, Yasamal rayon məşqulluq idarəsində işsiz kimi qeydiyata alınmışdır və işləmədiyinə görə maddi durumu çox çətindir. Həmçinin qeyd edir ki, o, x xxxxxx 2019-cu il tarixində yenidən ailə qurmuşdur. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-835/2019 saylı, xx.xx.2019-cu ıl tarixli qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün onun xeyrinə hər ay hər bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı ilə birgə nikahda olduqları zaman onun əmək haqqı və gəliri aylıq 3000 manat civarında olmuşdur. İddiaçı müvəqqəti işsiz olduğunu və ikinci dəfə ailə qurduğunu əsas gətirib cəmi 500 manat olan alimentin azaldılması ilə bağlı iddia qaldırması məntiqsiz və lüzumsuz bir iş olmaqla yanaşı başqa bir şey deyil. Belə ki, İddiaçı hər zaman yüksək maaşlı işlərdə işlədiyini və özünün də qeyd eldiyi kimi yeni ailəsinə baxmaq məcburiyyətində olduğunu nəzərə alsaq, onun çox bir qısa zamanda yenidən yüksək maaşlı bır işdə işləyəcəyi heç bir şübhə doğurmayan açıq aydın bir məsələdir. Bir uşağın sağlam böyüdülmə, sağlıqlı qidalanma, təhsil alma, müəyyən dərnəklərə getmə hüquq və ehtiyaclarının olduğunu nəzərə alsaq, məhkəmənin təyin etdiyi bir uşaq üçün 250 manat alimentin belə indiki böhran və pandemiya dövründə yüksək məbləğ olmadığını görərik. Azından 2000 manat maaş alacaq şəxsin 250 manatla 170 manat arasında olan 80 manat fərqə görə iddia qaldırması bir ata üçün utandırıcı və üzücü bir haldır. İddiaçı bu addımı atmaq yerinə uşaqlarını sevmədiyini dürüstcəsinə boynuna almaq üçün onlardan imtina etməklə bağlı iddia qaldırsaydı bəlkə də daha təqdirəlayiq qarşılanardı. Yanvar 2019-cu il tarixindən işsizdir. Atası təqaüdçü, anası isə ikinci qrup əlil və işsizdir. Ailəsi ona bu çətin günlərdə maddı dəstək ola bilməsə də, hər zaman onlara mənəvi dəstək olmuşdur. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, hər ay hər iki uşaq üçün cəmi 500 manat sabit pul məbləğində alimentin İddiaçı tərəfindən cavabdehin xeyrinə tutulmasına dair Yasamal rayon məhkəməsinin 2(004)-835/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin öz qüvvəsində qalmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-835/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün ondan Cavabdeh xeyrinə hər ay hər bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir İş materiallarında olan ******* saylı əmək kitabçasının surətində müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, 258/K №-li əmrə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, iddiaçının hal-hazırda işsiz olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-835/2019 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5288/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5288/2020
05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver