Məhkəmə qərarları › İş №2(004)-5302/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5302/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5302/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz və zinət əşyaları kimi ona məxsus olan, adlarını və qiymətlərini iddia ərizəsində qeyd etdiyi əmlakların, mövcud olmadığı halda onların dəyəri olan 10.026 manat pulun cavabdehdən alınıb ona veıilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə nikah bağlayaraq ailə qurmuşdur. Hamilə olmuş, uşağınmı dünyaya gəlmədən itirmişdir. Teymur ona Göyçaya gəlib anasıgildə bir müddət qalib müalicə olunmasını, sonra Bakıya qaytaracağını demiş, xx.xx.2019-cu il tarixdə Teymurla anasıgilə gəlmiş, evdən çıxan zaman qaynanası geri qayıdacağını və rayonda qızıllları itirəcəyi üçün bütün qızıl-zinyət əşyalarını almışdır. Bir müddət sonra Teymur onu Bakıya çağırıb nikahın Qeydiyyat şöbəsində pozulmasını təklif etmiş, onda başa düşmüşdür ki, onu rayona gətirən zaman qızıl əmlakını alması planlı şəkildə olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-270/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hesab edir ki, sadalanan əmlaklar cavabdehdən alınıb ona verilməlidir. Həmın əmlakların siyahısı: brilliant qaşlı gül formalı 1 ədəd nişan üzüyü - 750 manat, sep klonlu - 650 manat, qolbaq - 400 manat, badam formalı sırğa-üzük dəsti - 600 manat, qızıl qabı - 20 manat, gümüş sep sırğa dəsti - 30 manat, yataq mebeli (taxt, 2 tumba, şkaf, termo) - 1200 manat, qonaq mebeli (künc divanı, stol, 6 ədəd stul) - 1100 manat, qış üçünpakrıval dəsti (1 ədəd pakrıval, 2 ədəd yastıq üzü, 1 ədəd mütəkkə) - 350 manat, yay üçün pakrıval dəsti (1 ədəd pakrıval, 4 ədəd balınc üzü, 1 ədəd prastina) – 150 manat, 1 ədəd qalın ədyal - 130 manat, hamam xalatı dəst (2 ədəd xalat, 2 ədəd dəsmal, 2 ədəd şəpik) - 200 manat, 1 ədəd nazik ədyal - 15 manat, 2 ədəd tük yastıq - 15 manat, 2 ədəd sintifon yastıq - 20 manat, 1 ədəd taxt üçün sınlifon yorğan - 40 manat, 1 ədəd taxt üçün yun yorğan - 60 manat, qara rərıgli DVD - 40 manat, taxt üçün çəhrayı rəngli pastel dəsti (2 yastıq üzü, 1 prostina, 1 yorğan üzü) - 90 manat, taxt üçün sarı rəngli pastel dəsti (2 yastıq üzü, 1 prostina, 1 yorğan üzü) - 70 manat, taxt üçün ağ rəngli pastel dəsti (2 yastıq üzü, 1 prostina, 1 yorğan üzü) - 50 manat, taxt üçün mavi rəngli pastel dəsti (2 yastıq üzü, 1 prostina, 1 yorğan üzü) -40 manat, taxt üçün qəhvəyi rəngli pastel dəsti (2 yastıq üzü, 1 prostina, 1 yorğan üzü) -30 manat, taxt üçün güllü pastel dəstı (2 yastıq üzü, 1 prostina, 1 yorğan üzü) - 20 manat, 1 ədədi 20 manat olan 7 ədəd bir nəfərlik pastel dəsti (2 yastıq üzü, 1 prostina, 1 yorğan üzü) – 140, taxt üçün yun döşək - 100 manat, 6 ədəd hamam dəsmalı - 90 manat (6*15), 10 ədəd əl-üz dəsmalı - 50 manat (5*10), 10 ədəd çay dəsmalı - 20 manat (2*10), ağ rəngli Evrolux markalı ətçəkən maşın - 80 manat, ağ rəngli Evrolux markalı ütü - 50 manat, qara rəngli Evrolux markalı tozsovuran - 130 manat, dekor pərdə tül - 200 manat, 2x3 ölçüdə xalça - 130 manat, 1.5x2 3 ölçüdə xalça - 50 manat, yataq otağı üçün çılçıraq - 50 manat, qonaq otağı üçün çılçıraq - 130 manat, dəhliz üçün çılçıraq - 20 manat, qara rəngli böyük güldan - 20 manat, qara rəngli kiçik güldan - 10 rnanat, 2 ədəd xrustal güldan - 40 manat (2*20), ayaqlı meyvə qabı - 60 manat, qara rəngli meyvə qabı - 25 manat, 2 ədəd ayaqlı meyvə qabı - 20 manat (2*10), 1 ədəd xrustal meyvə qabı - 30 manat, obedni servis - 200 manat, çaynı servis - 50 manat, Tefal qazan dəst (3 ədəd qazan, 1 ədəd tava, 1 ədəd çaynik, 1 ədəd çaydan) - 150 manat, 5 ədəd saxlama qazanları - 10 manat, 1 ədəd tava -- 10 manat, Qalın tava - 20 manat, 5 ədəd çuğun qazan dəsti - 40 manat, 4 dəst xrustal stəkan (6 stəkan, 6 nəlbəki) - 20 manat (4*5), 2 dəst nəlbəkı - 12 manat (2*6), 2 dəst armudu nəlbəki - 10 manat (2*5), 6 ədəd xrustal armudu stəkan - 15 manat, 8 ədəd böyük qaşıq, 8 ədəd kiçik qaşıq, 8 ədəd çəngəl - 30 manat, 12 ədəd mürəbbə qabı (rozetka) - 10 manat (2*5), 2 ədəd qənd qabı -- 25 manat, Tefal çaynik - 40 manat, 6 ədəd ayaqlı bakal - 20 manat, 6 ədəd zərli bakal - 15 manat, güllü bakal - 10 manat, 3 ədəd podnos - 45 manat, 1 ədəd podnos - 3 manat, kofe dəsti (6 ədəd çaşka, 6 nəlbəkı, 1 çaynik) - 15 manat, 2 ədəd naçnik - 60 manat, süfrə dəsti (1 ədəd süfrə, 6 ədəd salfetka, 1 böyük salfetka) - 100 manat, süfrə dəsti (1 ədəd süfrə, 6 ədəd salfetka) - 25 manat, 1 ədəd süfrə 20 manat, 2 ədəd süfrə - 30 manat, 2 ədəd qənd qabı - 20 manat, 2 ədəd qara qulplu qənd qabı - 20 manat, 2 ədəd şüşə qənd qabı - 10 manat, 2 ədəd şüşə qulplu qənd qabı - 10 manat, 2 ədəd ayaqlı qənd qabı - 15 manat, 12 ədəd yemək boşqabı - 15 manat,12 ədəd salat boşqabı - 12 manat, 12 ədəd pendir boşqabı - 10 manat, 6 ədəd kasa - 7 manat, 6 ədəd yemək qaşığı - 4 manat, 24 ədəd çay qaşığı - 12 manat, 12 ədəd çəngəl - 7 manat, tyorka - 3 manat, tərəvəz doğrayan - 20 manat, duz və istiot qabı - 5 manat, şüşə ərzaq qabları - 20 manat, kaçuk ərzaq qabları - 7 manat, mətbəx dəsti (taxta, oxlov, sarımsaq əzən, kartof əzən, katlet çevirən) - 20 manat, yemək bişirmək üçün qaşıq dəsti - 15 manat, süzgəc - 4 manat, bibər içi çıxaran - 3 manat, 8 ədəd bıçaq - 8 manat, 2 ədəd böyük qaşıq - 3 manat, tort üçün bıçaq dəsti - 15 manat, kartof-soğan qabı - 5 manat, ay formalı ərzaq qabı - 5 manat, böyük nikel aşsüzən - 6 manat, kiçik nikel aşsüzən - 3 manat, kaçuk aşsüzən - 3 manat, 3 ədəd qırmızı rəngli plasmas qablar - 6 manat, bənövşəyi rəngli plasmas qablar - 4 manat, yaşıl rəngli plasmas qablar - 3 manat, tort üçün üçlü qabı - 15 manat, tort qabı güllü qabı - 15 manat, 3 dəst tort qabı ağ bəzəkli - 36 manat, 3 ədəd şirniyyat qabı - 50 manat, 1 ədəd şirniyyat qabı - 20 manat, 1 ədəd mürəbbə qabı -4 manat, 6 ədəd marojna qabı - 10 manat, sadə marojna qabı - 5 manat, oğlan fiqurlu kassa - 3 manat, kassa smalik - 6 manat, 6 ədəd xrustai rumka - 12 manat, 2 ədəd suvenir - 7 manat, Qu quşu suvenir - 7 manat, güldan suvenir- 10 manat, şuba - 120 manat, cins pencəkşalvar - 50 manat, toy donu - 70 manat, don (günlük) - 30 manat, dəri jilet - 40 manat, qara rəngli saruçka - 15 manat, güllü saruçka - 20 manat, çəhrayı kofta - 35 manat, qış üçün pijama - 15 manat, yay üçün pijama - 15 manat, güllü pencək - 15 manat, karset - 60 manat, 10 cüt corab - 20 manat, 8 cüt corab - 8 manat, qış üçün idman dəsti -40 manat, payız üçün idman dəsti - 30 manat, toy ayaqqabısı - 50 manat, yay ayaqqabısı (paşanuşka gəlinlik) — 45 manat, sabo - 35 manat, payız ayaqqabısı - 10 manat, vetnamıka - 7 manat, yay ayaqqabısı (paşanuşka) - 15 manat, çəhrayı rəngli ev tapıçkası - 8 manat, 7 ədəd alt paltarı - 14 manat, yay üçün şalvar kofta dəstı - 50 manat, 2 ədəd mayka -- 7 manat, qırmızı şərf - 12 manat, toy üçün sumka - 15 manat, 5 ədəd gül - 10 manat, hava feni - 20 manat, Ütü feni - 30 , manat, zamuş ayaqqabı – 25 manat, zərli ayaqqabı - 20 rrıanat, namaz xalçası - 15 manat, ürək formalı toxunma kıtab - 15 manat, qayçı dəstı - 20 manat, salfetka qabı - 20 manat, kasetlə işləyən video, diplom, 2 ədəd albom. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, sadalanan cehiz əşyalarının ona qaytarıldığını göstərmiş, cavabdehdən qolbaq və badam formalı sırğa-üzük dəstinın alınıb ona veıilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında göstərdi ki, iddiaçının gətirdiyi bütün cehiz əmlakları və qızıl-zinət əşyalarından 1 briliant qaşlı üzük və klonlu sep ona qaytarılmışdır. İddiaçı özünə məxsus qalan qızıl-zinət əşyalarını evdən ayrılarkən özü ilə götürmüşdür. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 152.1, 157.2, 225.1, Ailə Məcəlləsinin 34.2, 36.1, 36.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdular. Göyçay Rayon Məhkəməsinin 2(046)-270/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı məhkəmədən xahiş etmişdir ki, tələbi təmin olunmaqla, iddia ərizəsində sadalanan cehiz və qızıl-zinət əşyaları cavabdehdən alınıb ona qaytarılsın. Məhkəmə prosesinin gedişatında sadalanan cehiz əşyaları və qızıl-zinət əşyalarından 1 briliant qaşlı üzük və klonlu sep iddiaçıya qaytarılmışdır. Hazırda iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, qolbaq və badam formalı sırğa-üzük dəstinin cavabdehdən alınaraq, ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə göstərilən qızıl-zinyət əşyalarının qaytarılmasına münasibətdə qeyd edir ki, iddiaçı həmin əşyaların cavabdehdə qalmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinəapellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar