Məhkəmə qərarları › İş №2(004)-5304/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5304/2025

04.02.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5304/2025 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh Ziyəddin qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Ziyəddin qızına qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ziyəddin qızına qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,75 ha torpaq sahəsinin tam mülkiyyət üzrə 10.000 manata alıcı Cavabdeh Ziyəddin qızının mülkiyyətinə verilməsinə dair 13.07.205-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.07.205-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,075 ha torpaq sahəsinin tam mülkiyyət üzrə 10000 manata alıcı Cavabdeh Ziyəddin qızının mülkiyyətinə verilmişdir. Müqaviləni onun adından etibarnamə üzrə oğlu Nümayəndə imzalamışdır. Ondan əlavə, həmin torpağa görə ona 14.600 manat məbləğində nəqd qəbzlə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, ortada əmlak alqı-satqısı ilə məşğul olan maklerlər tərəfindən bu torpağa görə əlavə 20.000 manat da pul alıblar və bu pul ona çatmamışdır. Ona görə də hesab edir ki, onu alqı-satqı müqaviləsi bağlanarkən aldadıblar. xx.xx.2025-ci il tarixdə teleqramma ilə cavabdehə müraciət etmişəm. Alqı-satqı müqaviləsinin ləğv edilməsini bildirmişəm. Göndərdiyi teleqramma cavabdehə çatmışdır. Bunu təsdiq edən sənəd də vardır. Cavabdeh Ziyəddin qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassızdır. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iş üzrə Cavabdeh yaxın qohumu Şahid2 2025ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonunda yaşayan tanışı Şahid3 ona müraciət edərək Bakı şəhəri, Yasamal rayonunda yaşayan tanışı Şahid1 35.000 manat məbləğində borc pula ehtiyacının olduğunu bildirib, bu məqsədlə Şahid1 onunla görüşüb danışmaq istədiyini demişdir. Şahid3la uzun müddətdən bəri tanışlıqları olduğu üçün etiraz etməyib razılaşmışdır. 12 İyul 2025-ci il tarixdə saat 18 radələrində Şahid3, Şahid1 və sonuncunun tanışı Nümayəndə ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qesebesi, AB yaşayış massivində yerləşən AVTO CARS avtomobil salonunun qarşısında görüşüb danışmışlar. Söhbət zamanı Şahid1 X4 öz doğma xalası oğlu kimi təqdim edərək Məmmədin anası (hazırki mülki iş üzrə iddiaçı) X1, yəni öz doğma xalasının xərçəng xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərində cərrahi əməliyyata girməli olduğunu bildirib bununla əlaqədar əməliyyat və müalicə xərclərini ödəmək üçün Məmmədin 1 (bir) il müddətində geri qaytarmaq şərti ilə 35.000 (otuz beş min) manat borc pula ehtiyacı olduğunu bildirmişdir. Fəridə və Məmmədi tanımadığı üçün əvvəlcə onlara borc verməyə razılaşmamışdır. Bunu görən Ayparə Məmmədə 35.000 (otuz beş min) manat borc pul verəcəyi təqdirdə həmin borcun müqabilində Məmmədin ona 1 (bir) il müddətində 65.000 (altmış beş min) manat məbləğində pul qaytaracağını vəd etmiş və Məmmədin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən, ümumi sahəsi 0,075 hektar olan torpaq sahəsi üzerində inşa edilmiş “Zirvə” restoranının olduğunu bildirib həmin restoranı verəcəyi borc pulun təminatı kimi notarial qaydada ona satacağını bildirmişdir. Söhbət zamanı Məmməd də öz növbəsində Ayparənin dediklərini təsdiq etmişdir. O, Ayparə və Məmmədə inanıb sonuncuya 35.000 (otuz beş min) manat məbləğində borc pul verməyə razılaşmışdır. Ayparə və Məmmədlə aralarında olan şifahi razılaşmaya əsasən Məmməd ondan aldığı 35000 (otuz beş min) manat məbləğində borc pulun müqabilində hər ay 5438 (beş min dörd yüz otuz səkkiz) manat olmaqla bir il müddətində 65.256 (altmış beş min iki yüz əlli altı) manat pul qaytaracağını vəd edib borcun təminatı kimi özünə məxsus Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən, ümumi sahəsi 0,075 hektar olan torpaq sahəsi üzərində inşa edilmiş “Zirvə” restoranını notarial qaydada ona satacağını bildirmişdir. Məmməd və Ayparə ilə aralarında olan şifahi razılaşmaya əsasən Məmməd bir il müddətində ona olan borcunu tam həcmdə geri qaytardıqdan sonra o, həmin restoranı mülkiyyətçi kimi Ayparənin adına rəsmiləşdirməli olduğu razılığına gəlmişlər. Razılaşdıqları kimi, növbəti gün, yəni 13 iyul 2025-ci il tarixdə səhər saatlarında Şahid3 iştirakı ilə Ayparə ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən avtomobil salonunun qarşısında görüşüb Ayparəyə 25.000 (iyirmi beş min) manat pul vermişdir. Həmin gün, yəni 13 iyul saat 16 radələrində Məmmədin anası, obyektin mülkiyyətçisi X3 ilə ünvan 7 Ünvanında yerləşən 43 saylı Notariat ofisində görüşüb Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən, ümumi sahəsi 0,075 hektar clan torpaq sahəsi üzərində insa edilmiş “Zirvə” restoranının alqı-satqısına dair müqavilə bağlamışlar. Müqavilənin bağlanmasında onun xahişi ilə alıcı qismində qohumu X5 ştirak etmişdir. Alqı-satqı müqaviləsinə əsasən 43 saylı Notariat ofisində X2 10000 (on min) manat pul ödəmişdir. Beləcə, Məmmədgilə ümumilikdə 35000 (otuz beş min) manat pul vermişdir. 2025-ci ilin avqust ayında Məmmədin heç bir ödəniş etmədiyini görüb narahat olaraq sonuncuya zəng vurub danışdıqları kimi pulunu ödəməsini tələb etmişdir. Məmməd Ayparənin ona cəmi 25000 (iyirmi beş min) manat pul verdiyini bildirib, borcunu qaytarmaqdan imtina etmişdir. O, bununla bağlı Ayparəyə zəng vurub etirazını bildirdikdə Ayparə ona başdansovdu bir cavab verməyərək Məmmədlə danışmasını məsləhət görmüşdür. Bundan sonra başa düşmüşdür ki, Məmməd və Ayparə onu aldatmışlər Məmməd və Aypara onu aldadaraq 35000 (otuz beş min) mənat məbləğində pulunu ələ keçirmişlər. Alqı-satqı müqaviləsinin bağlanması üçün dövlət rüsumlarının ödənişi də nəzərə alınmaqla ümumilikdə hadisə nəticəsində ona konkret olaraq 44.500 (qırx dörd min beş yüz) manat məbləğində maddi vəsait xərclənmişdir. Yuxarıda sadalananlar Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə İŞ-nin müstəntiqi, polis mayoru X11 tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 06 oktyabr 2025-ci il tarixli qərarında da tam təsdiq edilir. Bu da onun deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində göstərmiş olduğu alğı-satqı predmetinin dəyəri məhz 10000 manat deyi, özünündə ərizədə göstərdiyi və ödənilmiş bəzi məbləğləri qeyd etdiyindəndən də artıq, yəni faktiki olaraq 44500 manat vesail Cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, hazırki etiraza əlavə edilmiş Cavabdeh ünvanlanan Azərbaycan Respublikası Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi Dairesinin 06.08 2025-ci il tarixli 3-21-3-38/2-2622/2025 saylı cavab məktubundan da göründüyü kimi mübahisə predmeti üzərinə Azərbaycan Respublikası Raspublikasının İqtisadiyyat Nazirliyi yanında X19 5 saylı Ərazi Vergilər İderasinin xx.xx.2025-ci il tarixli 3-21-2-12/2-52774/2025 nömrəli məktubu, xx.xx.2025-ci il tarixli **********2 nömrəli qərarı və xx.xx.2025-ci il tarixli **********2 nömrəli protokoli ilə məhdudiyyət qoyulduğundan alıcı Cavabdeh alğı-satqı yolu ile əldə etdiyi Hacıqabul rayonu, Nəvayi kəndi ərazisində yerləşən ümumi sahəsi 075 ha torpaq sahəsini öz adına hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətinə imtina edilmişdir. Bundan sonra alıcı Cavabdeh əmlakın yüklülükdən azad edilməsi, alğı-satqı müqaviləsini hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi məqsədi ile Dövlet Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli **********2 nömrəli protokolu ilə qoyulmuş məhdudiyyətin götürülməsi üçün satıcı İddiaçı vergi borcunu tam ödemişdir. Bununla bağlı Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025ci il tarixli 3-21-2-12/2-61538/2025 nömrəli məktubu ilə siyahıya alınmış əmlak üzrə məhdudiyyətin götürülməsi bare maktub DƏDRX-nin Şirvan şəhər Ərazi Dairəsinə ünvanlanmışdır. Beləliklə, iddia ərizəsində qeyd olunan hallar və ərizədə yazılanlar məhkəmədə valnış fikir formalaşdırmağa və alğı-satqını kölgələməyə hesablanımış bir addım kimi qiymətləndirirlər. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Ziyəddin qızının nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin qohumu olan Şahid2 Ziyəddin oğlunun iddiaçının nümayəndəsi Nümayəndə və Şahid1 qarşı şikayət üzrə cinayət işinin başlanmasına imtina edilmişdir. Bu cinayət işindəki epizod üzrə iş Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. İstintaq orqanına görə bu mübahisə mülki mübahisə müstəvisində baxılmalıdır. Bu əsasla cinayət işinin başlanmasından və həmin cinayət işi hərəkətlərin birləşdirilməsi üzrə hərəkətlərdən imtina etmişdir. Bundan başqa hazırda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da cavabdehin adınadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, anasının müalicəsi üçün pul lazım idi. Bu səbəbdən Bakıya gəlmişdi. Bakıda Ayparə adında bir xanımdan bankdan onun üçün pul götürməsini xahiş etmişdir. O isə onu Fərid adlı şəxsin yanına aparmışdı. Fərid maşın salonu ustasıdır. Ondan nəyi girov qoya biləcəyini soruşmuşdu və o da girov olaraq rayondakı torpaq sahəsini qoya biləcəyini demişdi. Nəticədə, razılaşdılar. Onlar torpaq sahəsinə baxmağa getmişdilər, daha sonra ondan torpağın sənədlərini istəmişdilər. Anası ona etibarnamə vermiş, o da notariusa getmişdir. Notariusda prosesin necə olacağını onlardan soruşmuşdu. Onlar da demişdilər ki, torpağı girov qoyacaqlar və ordan ona pul verəcəklər. Baharı notariusda görmüşdülər. Torpağı onun adına keçirmişdilər. O, torpağı rəsmiləşdirəndə Ayparə xanım və Fərid adlı şəxs iştirak edirdilər. Ona ayda 750 manat məbləğində pul verəcəyi deyilmişdi. 10.000 manata alqı-satqı edilmişdir. Ona qrafik verəcəklərini demişdilər. Qrafiklə bağlı onlara bir müddət keçdikdən sonra yığmağa başlamışdır. Ayparə xanım zəng edərək 15.000 manat da pul veriləcəyini demişdi və həmin pul kartıma göndərilmişdi. Cəmi 25.000 verilmişdir. Sahibə 100 manat, Faiq adlı şəxsə 100 manat, Ayparə xanıma 400 manatdan çox pul göndərmişdir. Bir müddət sonra onlarla əlaqə saxlamaq istəmiş, ancaq alınmamışdır. Zənglərini açmamış, görüşə gəlməmişdilər. Təxminən bir ay sonra Sahib adlı şəxs ona yığaraq sabah aylığının tamam olacağını, aylıq 5500 manata yaxın pul verməli olduğunu demiş və kart hesabına da göndərmişdilər. Ayparə xanım onunla Fəridin danışmasına icazə verməmişdir. Həmin məbləği göndərməsə, gələcəklərini demişdilər və 2 avtomobil ilə obyektə gecə vaxtı gəlmişdilər. “Obyekti boşaldın, bizimdir” – demişdilər. O, aldanmışdır. Obyektin qiyməti tələb etdikləri məbləğdə deyil. Şahid danışıqlarda iştirak etməyib, sadəcə onları aparıb. Obyektin 2 milyon dəyəri olub. Ayparə xanım onun xalası qızı deyil, Gülxanım adlı şəxs onları tanış edib. Ayparə xanımın 5000 manatı ödəniş üçün saxlaması epizodu olmayıb. Şahid düzgün danışmır. Həmçinin, anası əməliyyatdan sonra sağalmışdı. Lakin xəstəlik təzədən başlamışdı və əməliyyat olunmalı idi. Onu da qeyd edit ki, həmin vaxtlar borcları da var idi. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun 25.000-30.000 manat məbləğində pula ehtiyacı var idi. Anası təxminən 6-7 il bundan qabaq xərçəng xəstəliyinə tutulmuş və əməliyyat olunmuşdu. Ayparəni Gülxanım adındakı xanım sayəsində tanımışdır. Gülxanım ona demişdi ki, Ayparə əvvəl bank işçisi olmuşdur. Girovla bankdan pul götürməyə kömək edə biləcəkdir. Şahid vasitəçilik etmiş, taksi sürücüsü kimi onları aparmışdır. Obyektin girov qoyulması ilə bağlı əvvəllər kiməsə müraciət etməmişdir. Polisə şikayət etməmişdir, məhkəməyə müraciət etmişdir. Onu Ayparə xanım və Fərid aldatmışdır. Gülxanım onu Faiq adlı şəxslə tanış etmişdi. Faiq Ayparəni tapmağa vasitəçilik etmiş və Ayparə də onları avtosalona gətirmişdir. Cavabdehi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Nümayəndə tanıyır, iddiaçı və cavabdehi tanımır. Ayparə xanım ona zəng edərək bildimişdi ki, ağır xəstələri var və evi girov qoyaraq pul götürmək istəyirlər. O, isə bu işlə məşğul olmadığını bildirmişdi. Onlar avtomobil alqı-satqısı ilə məşğul olurlar. Onun iş yerinə gəlmişdilər və o da onları tanış edərək, şərtləri izah etmişdir. Tanış etdiyi şəxsin adı Fəriddir. Daha sonra restorana baxış keçirilmiş və notariusda alqı-satqı müqaviləsi bağlanmışdı. Restoran girov qoyulmuş və pul götürülmüşdü. Sonrakı prosesləri isə bilmir. Ayparə xanım 35.000 manat məbləğində pul istəmişdi. Həmin məbləğ verilmişdi. Daha sonra aylıq ödənişlə bağlı problem olanda ona zəng etmişdilər. 35.000 manat pulun qarşılığında 5438 manat məbləğində 12 aylıq ödəniş edilməli idi. Aylıq ödənişlə razılaşıb onun yanına gəlmişdilər. O, özü birbaşa pul tələb etməmişdir və iddiaçının nümayəndəsi ona 100 manat göndərməmişdir. Ona Ayparə xanım 500 manat, Fərid isə 1000 manat vermişdir. Səbəb isə vasitəçilik etməyi idi. Həmçinin, aylıq ödəniş edilmədiyinə görə Fərid zəng etmişdi ki, obyektə getsinlər. Onlar basqın etməmişlər. Ayparə xanım ödənilən məbləğdən 5500 manat ayırmış və birinci ayın ödənişi olduğunu demişdi. Əgər pul ödənilə bilməsə, restoranda problem yaranmasın deyə Ayparə xanım ödəyəcəkdi. O, aylıq ödənişi etməsi üçün iddiaçının nümayəndəsinə zəng etmiş, təxmini 5500 manat olduğunu demişdi və ona hədə-qorxu gəlməyə başlamışdı. O, yalan məlumat vermir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ayparə xanımı “Tik-tok” sosial şəbəkəsində avtomobillərin alqısatqısının reklamı ilə əlaqədar tanımışdır. O, vasitəçi olmuş, pul tələb etməmişdir. 35000 manat pul verilib. O, Ayparə xanım və iddiaçının nümayəndəsi Fəridin yanına getmişdir. O, iddiaçının nümayəndəsinə işin Fərid tərəfindən görüləcəyini bildirmişdi və Ayparə xanımın işi həll edəcəyini demişdi. Ayparə xanım demişdi ki, iddiaçının nümayəndəsi onun həyat yoldaşının xalası oğludur. Ödənişlərin edilməməsi nəticəsində obyektin satışa çıxarılacağı bildirilmişdi. Pulun haradan götürüləcəyi deyilməmişdi. Restorana baxış keçirilmişdi və notariusa getmişdilər. İddiaçının nümayəndəsi Fəridlə danışmamışdı, danışıqları Ayparə xanım aparırdı. O, Ayparə xanım və Fərid restorana baxmağa getmişdilər, video zənglə restoran göstərilmişdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 3168-ci məhəllə 45 nömrəli evin Hacıqabul rayonu, Navahi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,075 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2016cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Satıcı İddiaçı adından etbarnamə üzrə nümayəndəsi Nümayəndə ilə alıcı Cavabdeh arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış xx.xx.2025-ci il tarixli 4Ə-1247 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyətində olan ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0.075 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə əmlakı 10.000 manata almağı öhdəsinə götürmüşdür. Nərimanov RPİ-nin İŞ-nin 06 oktyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarına əsasən cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham və həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, ********* nömrəli cinayət işinə əlavə edilmiş Şahid2 müraciəti əsasında toplanmış HK-1/952 nömrəli material üzrə Şahid1 və Nümayəndə əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi və material ayrılaraq Nərimanov rayon prokurorluğuna göndərilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək öz müdafiəsi üçün gətirdiyi dəlillər zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokollar, Şahid1 ifadələrinin qalan hissələri və digər istintaq materialları ilə təkzib edildiyindən özünü müdafiə kimi qiymətləndirilsin, təqsirləndirilən şəxs Şahid1 ifadəsinin həmin hissələri sübut kimi nəzərə alınmaması, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolların iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi, cinayət işinin bəzi istintaq materiallarında Şahid1 adı səhvən “Aypara” kimi göstərilmişdir, onun şəxsiyyətini təsdiq edən sənədində adının “Ayparə” olması nəzərə alınsın, “Aypara” sözü “Ayparə” kimi oxunması qərara alınmışdır. Həmin Qərarın məzmunundan müəyyən edilir ki: “250060194 saylı cinayət işi tərəfindən 10 may 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanaraq icraatına qəbul edilib istintaq aparılır. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Şahid1 özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə sosial platforma vasitəsi ilə tanış olduğu X6 məxsus “Nice Platinium” 14000 manat dəyərində olan lazer cinahızını güya icarəyə götürüb hər ay 450 manat ödəniş edəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadıb, sonuncu ilə inandırmaq məqsədi ilə formal icarə müqaviləsi bağlayaraq həmin cihazı 01 yanvar 2025ci il tarixdən etibarən Bakı şəhəri, Nərimanov rayonu Ak. Həsən Əliyev küşəsi 50 ünvanında guya ona məxsus “Half Moon” gözəllik salonunda təhvil alaraq cihazı ora da işlədəcəyini bildirməklə 14.000 manat dəyərində “Nice Platinium” lazer cihazını ələ keçirirək zərərçəkmiş şəxs X6 ümumilikdə 14.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial platforma vasitəsi ilə tanış olduğu X7 məxsus “Saphire Q-Swith” markalı tattoo silmə cihazını guya icarəyə götürüb hər ay 300 manat ödəniş edəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadıb, 19 mart 2025-ci il tarixdən etibarən həmin dövrdə fəaliyyətini dayandırmış, Bakı şəhəri, Nərimanov rayonu Ak. Həsən Əliyev küşəsi 50 ünvanında guya ona məxsus “Half Moon” gözəllik salonunda təhvil alaraq cihazı ora da işlədəcəyini bildirməklə 7000 manat dəyərində “Saphire Q- Swith” markalı tattoo cihazını ələ keçirirək zərərçəkmiş şəxs X7 ümumilikdə 7000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 25 sentyabr 2025-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. 29 sentyabr 2025-ci il tarixdə tərəfindən Şahid1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, 2024-cü ilin noyabr-dekabr aylarında ünvan 5 ünvanında yerləşən Half Moon adlı gözəllik salonu açıb işlətmək qərarına gəlmişdir. Şahid1 Half Moon obyekti Əbülfəz (***-***-**-**) adlı şəxsdən icarəyə götürmüşdür. Belə ki, bunun üçün ona 03 ədəd lazer aparatının lazım olduğunu bildirmişdir. Bu barədə onun xatırlamadığı tanışı ona bildirmişdir ki, Lalə adlı xanım özünün lazer aparatını icarəyə vermək isdəyir. Şahid1 bu barədə Leyla xanımla görüşmüş və onunla hər ay 450 manat ödəməyə razılaşmışdır. Lakin, bundan sonra onun həmin gözəllik salonu artıq işləməmiş. Qazanc demək olar ki, olmamışdır. Əsasəndə o, gözəllik salonu işlədən ərəfələrdə lazer aparatlarının fəaliyyətlərini dayandırmışdılar. Belə ki, Şahid1 təxminən 2025-ci ilin mart ayının ortalarında həmin gözəllik salonunu artıq bağlamışdır. O, həmin gözəllik salonunda təxminən 80.000 manat ziyan etmişdir. Obyket bağlanan ərəfələr də lazer aparatlara müxtəlif zədələr vurulmuşdur. Həmin aparatlar zədəli olsa da obyektdə işləməz vəziyyətdə saxlamışdı. Lakin sonradan həmin aparatlar yoxa çıxdı və Şahid1 onları tapa bilməmişdir. Bu barədə isə aparatların sahiblərinə heç bir məlumat verməmişdir. Lakin buna baxmayaraq həmin aparatların pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Sonradan isə işləri düz gətirməmiş və mən ödənişini edə bilməmişdim. Qeyd etmişdir ki, o, heç kimə qarşı dələduzluq etməmişdir. Bildirmişdir ki, Cavidan Aslanovdan mart ayının 2025-ci ilin mart ayının əvvəlləri və ya ortalarında bədəndən döymə silən aparat götürmüşdü. Lakin ona həmin aparatı harada işlədəcəyini bildirməmişdi. Hazırda aparat Balakən rayonunda yaşadığı ünvandadır. Həmin aparatı qaytarmağa da öhdəlik götürmüşdür. Bundan başqa bildirmişdir ki, Faiq adlı tanışı ona zəng edərək Nümayəndə adlı tanışına pul lazım olduğunu, Hacıqabul rayonunda yol kənarında "Zirvə” restoranını da 25.000 manata satışa çıxardığını bildirmişdir. O, bu barədə Sahib Abbasov adlı tanışına müraciət etmiş, sonuncu da ona bildirmişdir ki, Şahid2 adlı adam var, həmin şəxs girov qarşılığında faizə pul verir. O, isə Məmmədlə əlaqə saxlayaraq bildirmişdir ki, həmin Zirvə restoranını girov qoyub lazım olan məbləği götürmək üçün adam tapmışdır. Belə ki, sonradan Məmməd və Gülü yaşadığı ünvana gələrək onunla birgə Sahibin iş yerinə getmişlər. Sahib orada Fəridlə əlaqə saxlayıb razılıq aldıqdan sonra şifahi razılaşmışlar. Sonra isə o, Məmməd, Sahib və Fərid sonuncunun iş yerində, yəni Köhnə Günəşli adlanan ərazidə satış ofisində görüşüb ətraflı danışmışlar və orada razılaşmışlar. Ofisə yalnız o və Sahib girmişlər. Məmməd həmin sövdələşmədə iştirak etməmişdir. Fəridlə aralarında razılıq belə olmuşdur ki, Fərid “Zirvə” restoranını adına keçirdir və onlara 35.000 manat pul verir. Bundan sonra isə Fərid ona ödəniş cədvəli vermişdir. O, isə həmin cədvəlin şəklini çəkib Məmmədə göndərmiş, Məmməd isə razılıq verdikdən sonra müqaviləyə qol çəkib pulu götürmüşdür. Ümumilikdə Məmməd 35.000 manatın qarşılığında 12 ay ərzində hər ay 5.437 manat pul ödəməli olmuşdur. O, özlüyündə düşünmüşdür ki, əgər Məmməd razılığa əməl etməsə həmin məbləği özü ödəyib restoranı öz adına keçirə bilər. Bundan sonra isə 13 iyul 2025-ci il tarixdə o, Məmməd və Sahib birgə Əcəmi metrosunun yaxınlığında olan notariusda görüşmüşlər. Bundan sonra isə restoranın sənədləri ilə birgə Məmməd anasının ona verdiyi etibarnamə ilə restoranı Cavabdeh adına sənədləşdirmişdir. Həmin gün notariusda Fərid Məmmədə 10.000 manat pul vermişdir. Həmin günün axşamı Fərid ona 10.000 manat da pul vermişdir. Həmin puldan 5.000 manatını Məmmədin özünə vermişdir. Səhəri gün sonra isə yerdə qalan pulu yəni 15.000 manat pulu Fəridin ofisində almışdır. Həmin puldan isə 14.000 manatını Məmmədin kartına atmışdır. Bundan sonra isə özündə olan 5.000 manatdan 450 manat da Məmmədin kartına atmışdır. Bundan sonra isə Sahibə 1.500 manat pul vermişdir. Ümumilikdə ona həmin puldan 3.650 manat pul çatmışdır. Həmin puldan da təxminən 300- 400 manat pul iş, 400 manat da Fəridin özünə üçün xərclər çəkmişlər. Həmin 35.000 manatdan sənədləşmədə çəkilən xərclərə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Nümayəndə 2025-ci ilin iyul ayından etibarən tanımış, həmin şəxslərlə qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. 2025-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonunda yaşayan tanışı Şahid3 ona müraciət edərək Bakı şəhəri, Yasamal rayonunda yaşayan tanışı Şahid1 35.000 manat məbləğində borc pula ehtiyacının olduğunu bildirib bu məqsədlə Şahid1 onunla görüşüb danışmaq istədiyini demişdir. Şahid3la uzun müddətdən bəri tanışlıqları olduğu üçün etiraz etməyib razılaşmışdır. 12 iyul 2025-ci il tarixdə saat 18 radələrində Şahid3, Şahid1 və sonuncunun tanışı Nümayəndə ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən AVTO CARS avtomobil salonunun qarşısında görüşüb danışmışlar. Söhbət zamanı Şahid1 Nümayəndə öz doğma xalası oğlu kimi təqdim edərək Məmmədin anası İddiaçı, yəni öz doğma xalasının xərçəng xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərində cərrahi əməliyyata girməli olduğunu bildirib bununla əlaqədar əməliyyat və müalicə xərclərini ödəmək üçün Məmmədin 1 (bir) il müddətində geri qaytarmaq şərti ilə 35.000 (otuz beş min) manat borc pula ehtiyacı olduğunu bildirmişdir. Fəridə və Məmmədi tanımadığı üçün əvvəlcə onlara borc verməyə razılaşmamışdır. Bunu görən Ayparə Məmmədə 35.000 (otuz beş min) manat borc pul verəcəyi təqdirdə həmin borcun müqabilində Məmmədin ona 1 (bir) il müddətində 65.000 (altmış beş min) manat məbləğində pul qaytaracağını vəd etmiş və Məmmədin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən, ümumi sahəsi 0,075 hektar olan torpaq sahəsi üzərində inşa edilmiş «Zirvə» restoranının olduğunu bildirib həmin restoranı verəcəyi borc pulun təminatı kimi notarial qaydada ona satacağını bildirmişdir. Söhbət zamanı Məmməd də öz növbəsində Ayparənin dediklərini təsdiq etmişdir. O, Ayparə və Məmmədə inanıb sonuncuya 35.000 (otuz beş min) manat məbləğində borc pul verməyə razılaşmışdır. Ayparə və Məmmədlə aralarında olan şifahi razılaşmaya əsasən Məmməd ondan aldığı 35000 (otuz beş min) manat məbləğində borc pulun müqabilində hər ay 5.438 (beş min dörd yüz otuz səkkiz) manat olmaqla bir il müddətində 65.256 (altmış beş min iki yüz əlli altı) manat pul qaytaracağını vəd edib borcun təminatı kimi özünə məxsus Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən, ümumi sahəsi 0,075 hektar olan torpaq sahəsi üzərində inşa edilmiş «Zirvə» restoranını notarial qaydada ona satacağını bildirmişdir. Məmməd və Ayparə ilə aralarında olan şifahi razılaşmaya əsasən Məmməd bir il müddətində ona olan borcunu tam həcmdə geri qaytardıqdan sonra o, həmin restoranı mülkiyyətçi kimi Ayparənin adına rəsmiləşdirməli olmuşdur. Razılaşdıqları kimi, növbəti gün, yəni 13 iyul 2025-ci il tarixdə səhər saatlarında Şahid3 iştirakı ilə Ayparə ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən avtomobil salonunun qarşısında görüşüb Ayparəyə 25.000 (iyirmi beş min) manat pul vermişdir. Həmin gün, yəni 13 iyul 2025-ci il tarixdə saat 16 radələrində Məmmədin anası, obyektin mülkiyyətçisi İddiaçı ilə ünvan 7 ünvanında yerləşən 43 saylı Notariat ofisində görüşüb Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən, ümumi sahəsi 0,075 hektar olan torpaq sahəsi üzərində insa edilmiş «Zirvə» restoranının alqı-satqısına dair müqavilə bağlamışlar. Müqavilənin bağlanmasında onun xahişi ilə alıcı qismində qohumu X5 iştirak etmişdir. Alqı-satqı müqaviləsinə əsasən 43 saylı Notariat ofisində İddiaçı 10000 (on min) manat pul ödəmişdir. Beləcə, Məmmədgilə ümumilikdə 35000 (otuz beş min) manat pul vermişdir. 2025-ci ilin avqust ayında Məmmədin heç bir ödəniş etmədiyini görüb narahat olaraq sonuncuya zəng vurub danışdıqları kimi pulunu ödəməsini tələb etmişdir. Məmməd Ayparənin ona cəmi 25000 (iyirmi beş min) manat pul verdiyini bildirib borcunu qaytarmaqdan imtina etmişdir. O, bununla bağlı Ayparəyə zəng vurub etirazını bildirdikdə Ayparə ona başdansovdu bir cavab verməyərək Məmmədlə danışmasını məsləhət görmüşdür. Bundan sonra başa düşmüşdür ki, Məmməd və Ayparə onu aldatmışlar. Məmməd və Ayparə onu aldadaraq 35000 (otuz beş min) manat məbləğində pulunu ələ keçirmişlər. Alqı-satqı müqaviləsinin bağlanması üçün dövlət rüsumlarının ödənişi də nəzərə alınmaqla ümumilikdə hadisə nəticəsində ona konkret olaraq 44500 (qırx dörd min beş yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2025-ci ilin yay aylarında Şahid1 onun iş yerinə gələrək Məmməd adlı tanışının olduğunu, sonuncuya pul lazım olduğunu bildirmişdir. O, isə Ayparəyə bildirmişdir ki, bu barədə ətrafından maraqlanıb məlumat verəcəkdir. Bu minvalla həmin vaxt Fərid adlı tanışı ilə əlaqə saxlamışdır. Fərid isə təxminən 4 saat sonra əlaqə saxladıqda onunla ofisində görüşməsini xahiş etmişdir. Ayparə, Məmməd və o, birlikdə Fəridin ofisinə getmişlər. Orada o, Məmmədə bildirmişdir ki, içəri girib Fəridlə özü danışsın. Məmməd isə bildirmişdir ki, Ayparə yaxın qohumlarıdır, ona görə özünə ehtiyyac yoxdur, bütün məsələləri Ayparə özü həll edəcəkdir. Bundan sonra isə o və Ayparə ofisə girmişlər və Fəridlə danışıb razılaşmışlar. Fəridlə birgə həmin restorana baxdıqdan sonra alqı-satqıya razılıq verilmişdir. 43 saylı notariat kontorunda 10.000 manat Məmmədin adına ödənilmiş və sənəd Fəridin adına keçmişdir. Bundan sonra isə Fərid yenidən 10.000 manatı verdikdə Ayparə bildirmişdir ki, həmin puldan 5.500 manat özündə saxlayacaq, birdən Məmməd ödənişin ilk ayını ödəyə bilməsə özü ödəsin. Həmin 10.000 manat puldan Ayparə ona 500 manat pulu zəhmət haqqı kimi vermişdir. Həmin vaxt Ayparənin Məmmədə 5.000 manat verməsindən heç bir məlumatı olmamışdır. Bundan sonra isə Ayparə və o ofisdə Nadir adlı şəxsdən qalıq 15.000 manatı almışlar. Həmin 15.000 manatın 14.000 manatını Məmmədin kartına göndərmişdir. Ordan Ayparə yenə ona 500 manat pul vermişdir. Sonradan yenə Məmməd təkidlə pul isdədiyinə görə Ayparə öz kartından 450 manat pul göndərmişdir. 400 manat isə Ayparə Fəridə sənədləşmə işləri üçün vermişdir. Məmməd onlara bildirmişdi ki, anası ölümcül xəsdəlik olduğundan Moskvada müalicə alır. Sonradan isə onlara məlum olmuşdur ki, Məmmədin anası xəsdə deyil, özü də Azərbaycandadır. Sonradan aylığın vaxtı çatdıqda Fərid ona zəng vuraraq aylığı ödəmədiklərini, Məmmədgilnən əlaqə saxlamasını xahiş etmişdir. O, bu xahişdən Sonra Məmmədlə danışmışdır. Məmməd isə qısa müddətdə aylığı ödəyəcəyini bildirib üzünə söndürmüşdür. İş üzrə Şahid2 ilə təqsirləndirilən şəxs Şahid1 oğlunun ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onların aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 və Şahid1 bir daha istintaqa verdikləri ifadələrini təsdiq edərək bir-birlərinin üzünə qarşı bildirmişlər. İş üzrə Şahid3 ilə təqsirləndirilən şəxs Şahid1 oğlunun ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onların aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 və Şahid1 bir daha istintaqa verdikləri ifadələrini təsdiq edərək bir-birlərinin üzünə qarşı bildirmişlər. İstintaq zamanı müəyyən edilmişdir ki, Şahid2 Nümayəndə məxsus Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən, ümumi sahəsi 0,075 hektar olan torpaq sahəsi üzərində inşa edilmiş «Zirvə» restoranını Şahid2 alqı-satqı müqaviləsi əsasında Şahid2 verildikdən sonra sonuncunun Nümayəndə 35000 manat pul verəcəyi, həmin pulun qarşılığında Nümayəndə Şahid2 12 ay ərzində hər ay 5437 manat pul ödəyəcəyi barədə Şahid2 Nümayəndə və Şahid1 ilə razılaşmış, bundan sonra həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında Şahid2 verilmiş, sonuncu isə öz növbəsində Şahid1 vasitəsilə Nümayəndə 35000 manat pulu vermiş, lakin Nümayəndə torpaq sahəsini Şahid2 verdiyindən 35000 manat pulun müqabilində sonuncuya 12 ay ərzində hər ay 5437 manat pulu ödəməkdən boyun qaçırmışdır. Odur ki, ********* nömrəli cinayət işinə əlavə edilmiş Şahid2 müraciəti əsasında toplanmış HK-1/952 nömrəli material üzrə Şahid1 və Nümayəndə əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət təqibinin başlanması rədd edilməli və material ayrılaraq Nərimanov rayon prokurorluğuna göndərilməlidir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Hacıqabul rayonu, Navahi qəsəbəsi ərazisində yerləşən 0.075 ha torpaq sahasinə dair hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəs baxılmışdır. Bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-12/2-52774/2025 nömrəli məktubu, xx.xx.2025-ci il tarixli **********2 nömrəli qərarı və xx.xx.2025-ci il tarixli **********2 nömrəli protokolu ilə məhdudiyyət qoyulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənadlan göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilmisi başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini ta edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə olmalıdır. Yuxarıda göstərilən səbəblərdən. "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən borclu vergi ödəyicisi İddiaçı Mirmustal qızının (VÕEN **********) yaranmış vergi borcuna görə xx.xx.2025-ci il tarixli, ********** nömrəli əmlakın siyahıya alınması haqqında qərara əsasən xx.xx.2025-ci il tarixinde vergi ödəyicisinə məxsus torpaq sahəsi siyahıya alınmışdır. Bununla əlaqədar siyahıya alınmış torpaq sahəsinin yüklü elan edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixində **********779100 nömrə məktubla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Vergi ödəyicisi İddiaçı (VÖEN **********; şəxsiyyət vəsiqəsini əsasən PİN kodu xxxxxxx) yaranmış vergi borcunu tam ödədiyi üçün ona məxsus torpaq sahəsinin (qeydiyyat tarixi: xx.xx.2016 qeydiyyat nömrəsi:**********) yüklülükdən azad edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 646.1-ci maddəsinə əsasən, Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki:“...Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu Nümayəndə anasının müalicəsi üçün təcili pula ehtiyacı olduğundan tanışları vasitəsilə Şahid1 ilə əlaqə yaratmışdır. Ayparə onu faizə pul verən Şahid2lə tanış etmişdir. Tərəflər 35.000 manat borc pulun verilməsi barədə razılığa gəlmişlər. Nümayəndə borcun qarşılığında Hacıqabulda yerləşən "Zirvə" restoranının (0,075 ha torpaq sahəsi) təminat-girov olaraq rəsmiləşdirilməsi tələb olunur. 13 iyul 2025-ci il tarixdə notariusda "alqı-satqı" müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq sahəsinin satış qiyməti 10.000 manat göstərilmişdir. Tərəflər arasında borcun aylıq qaytarılması ilə bağlı tərəflər arasında borcun aylıq 5.500 manat ödənilməsi əlaqədar mübahisə yaranmışdır. Hazırda iddiaçı aldadıldığını, əmlakın dəyərindən çox ucuz rəsmiləşdirildiyini və əslində niyyətin satış deyil, girov olduğunu bildirərək alqı-satqı müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəfin izahatlarından, məhkəmə iclasında dindirilmiş şahidin ifadəsindən, cinayət istintaqınnın materillarından və işdə olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında danışmaz əmlakın alqı-satğısına dair müqavilə görünüş üçün bağlanmış əqddir, tərəflərin həmin müqaviləni bağlamaqla hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. İddiaçıda daşınmaz əmlakın satıldığı deyil, borc müqabilində girov qoyulduğu təəssüratı yaradılmışdır. Üstəlik, Şahid1 əlavə vəsait mənimsəməsi və iddiaçını aldatması faktı istintaq materialları ilə də sübuta yetirilir. Bundan başqa, tərəflər arasında real alqı-satqı (əmlakın mülkiyyətinin birdəfəlik ötürülməsi) deyil, borc öhdəliyinin təminatı (girov/ipoteka) münasibətləri olub. Cavabdehin vəkili də etiraf edir ki, əslində 35.000 manat borc verilib və restoran bu borcun təminatı kimi rəsmiləşdirilib. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin daşınmaz əmlakın özgəninkiləşdirilməsi məqsədilə deyil, tərəflərin başqa niyyətlərini gizlətmək məqsədilə formal olaraq bağlandığı, tərəflərin həqiqi iradəsinin borc-girov münasibəti olduğu işin halları ilə sübuta yetirilmişdir. Mülki Prosessual Məcəllənin prinsiplərinə görə, iddiaçı işin faktiki hallarını məhkəməyə bildirməli və buna dair sübutlarını təqdim etməli, məhkəmə isə həmin hallara hüquqi qiymət verməlidir. İddiaçı aldadıldığını və qalan pulun ona çatmadığını deyərək müqavilənin ləğv edilməsini tələb edir. Məhkəmə isə müəyyən etmişdir ki, burada problem müqavilənin icrası mərhələsində deyil, elə bağlandığı anda yaranıb. Çünki tərəflərin iradəsi alqı-satqıya deyil, borca yönəlmişdir. Müqavilə bağlandığı andan uydurma əqd olduğu üçün o, ləğv edilə bilməz, o, etibarsız, yəni heç vaxt hüquqi qüvvəsi olmayan əqd sayılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvi dedikdə əslində əmlakın geri qaytarılmasını və müqavilənin hüquqi qüvvəsinin yoxluğunu nəzərdə tutur. Mülki qanunvericilik baxımından bu, məhz etibarsızlıq yolu ilə həyata keçirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilənin hüquqi nəticələri ləğv edilməlidir. Müqavilə etibarsız olduqda, tərəflərdən hər biri aldığı hər şeyi digər tərəfə qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alıcı Cavabdeh Ziyəddin qızı tərəfindən ödənilmiş 10.000 manat pul satıcı İddiaçı alınaraq alıcı Cavabdeh Ziyəddin qızına qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir...” “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir: - pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; - pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur; - pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir. Konstitusiya Məhkəməsi Plenumunun oxşar mövqeyinin ifadə edildiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022 il 18 mart tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. “Üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq” dedikdə isə yalan əqd tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı başa düşülür. O da xüsusilə qeyd edilməlidir ki, üçüncü şəxslərin dairəsi konkret şəxslərlə məhdudlaşmayaraq buraya yalan əqdi təsdiqləyən notariusun da aid edilməsi istisna edilməməlidir. Belə ki, görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin bütövlükdə istənilən cəmiyyət üzvündə həmin əqdin bağlanmasına dair yanlış təəssürat yaratmaq məqsədi ilə bağlanır və bu müxtəlif səbəblərdən (məsələn, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqlardan yayınma, qarşı tərəfin razılaşma şərtlərinə, işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan inam və s.) irəli gələ bilər. Yalan əqd halında ümumilikdə hüquq sisteminə zidd davranış olaraq həqiqi iradənin gizli tutulub görünüş üçün əqdin bağlanması çıxış edir ki, bu da publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Bu səbəbdən yalan əqdin əhəmiyyətsiz əqd olaraq qanunvericiliklə etibarsız əqdlər üçün müəyyən edilmiş nəticələrdən başqa hər hansı hüquqi nəticələr yaratması Mülki Məcəllə ilə qadağan edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.5, 404.1 və 404.2-ci maddələri). Burada diqqətə alınmalı olan əsas məsələ isə odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər. Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində daşınmaz əşyanın alğı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınmaz əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda, həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, əşyanın yüklü hala gətirilməsi ilə bağlı əqd əşyaya sərəncam xarakterli olmaqla belə əqd Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənməlidir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsində təsbit edilmişdir ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət edilmiş olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin müqavilənin müraciətdə göstərildiyi kimi alğı-satqı predmeti olan əşyanın yenidən alınmasına yönələn alğı-satqı müqaviləsi olaraq qiymətləndirilməsi isə Mülki Məcəllənin qeyd edilən 405.1 və 659.2, 661-ci maddələrinin tələblərinə uyğun gəlmir. Sonuncu maddələr ilə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə münasibətdə satılmış əşyanın yenidən alınması (satın alınması) hüququnun etibarlı sayılması, belə müqavilənin notarial qaydada təsdiq edilməsi tələbinə riayət edilməsi ilə şərtləndirilmişdir.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 43 saylı Notariat ofisində İddiaçı ilə Cavabdeh Ziyəddin qızı arasında bağlanmış 13 iyul 2025-ci il tarixli, 4Ə-1247 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” etibarsız hesab edilməli və həmin müqavilənin hüquqi nəticələri ləğv edilməli, 13 iyul 2025ci il tarixli, 4Ə-1247 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanan zaman alıcı Cavabdeh Ziyəddin qızı tərəfindən ödənilmiş 10.000 (on min) manat pul satıcı İddiaçı alınaraq alıcı Cavabdeh Ziyəddin qızına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 43 saylı Notariat ofisində İddiaçı ilə Cavabdeh Ziyəddin qızı arasında bağlanmış 13 iyul 2025-ci il tarixli, 4Ə-1247 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” etibarsız hesab edilsin və həmin müqavilənin hüquqi nəticələri ləğv edilsin. 13 iyul 2025-ci il tarixli, 4Ə-1247 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanan zaman alıcı Cavabdeh Ziyəddin qızı tərəfindən ödənilmiş 10.000 (on min) manat pul satıcı İddiaçı alınaraq alıcı Cavabdeh Ziyəddin qızına qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh Ziyəddin qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar