Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5310/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialından 3 000 000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Belə ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsaslanaraq dövlət rüsumunun ödənilməsindən azad olunduğunu bildirsə də, məhkəmə hesab edir ki, hazırki tələb üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli idi. Belə ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun mənasına görə cavabdehin təqsiri hərəkətləri nəticəsində birbaşa öz (iddiaçının) səhhətinə xəsarətlər yetirilmiş və bunun nəticəsində şikəst qalmış, səxlər tərəfindən iddalar, eləcə də, ailəni dolandıranın (ailə başçının) ölümü nəticəsində dəyən ziyanın ödənilməsi ilə baglı qaldırılan iddialar üzrə, iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsindən də, göründüyü kimi iddiaçı şəxsi səhhətinə yetirilmiş ziyanlarla baglı deyil, valideyinlərinin ölümü nəticəsində ona vurulmuş mənəvi ziyanla bağlı iddia qaldırmışdır. Bundan başqa iddiaçı yetkinlik yaşına catmış şəxsdir (1966-cı il təvəllüdlü) və belə olan halda, tərəfindən qaldırılmış iddia tələbi, qanunun nəzərdə tutduğu ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi üzrə iddia tələblərinə də, şamil edilə bilinməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Hesab edirəm ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5310/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5310/2020
09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver