Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5325/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) “qohumluq münasibətlərinin, ölümün və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X2 ilə onun arasında qohumluq münasibətlərinin - Şıxəli Əbdülsəməd oğlunun anasının atası olması, onun isə Şıxəli Əbdülsəməd oğlunun nəvəsi olması faktının, babası Şıxəli Əbdülsəməd oğlunun 1941-ci ildə ölməsi faktının, anası X1 isə 05.05.1923-cü ildə doğulması faktının müəyyən edilməsinə, həmçinin Bakı şəhəri Nardaran qəsəbəsindəki 0,25 ha torpaq sahəsi üzərində faktiki sahiblik hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən isə, iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ərizədən göründüyü kimi, ərizəçi tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, ərizəçinin babası ilə qohumluq münasibətlərinin, babasının və anasının ölüm faktının müəyyən edilməsi, həmçinin mirasın qəbul edilmə faktı mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Göründüyü kimi, ərizəçinin tələbi qeyri müəyyəndir. Ərizəçi qohumluq faktının, ölüm faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı ayrı-ayrı ərizələr ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) “qohumluq münasibətlərinin, ölümün, mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) “qohumluq münasibətlərinin, ölümün və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xudayev Kərim
Məhkəmə qərarları › İş №2(004)-5325/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5325/2021
11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver