Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-732/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi X21 Tofiq oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (Sabunçu rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X5 ilə onun arasında qohumluq münasibətinin - Şıxəli Əbdülsəməd oğlunun anasının atası olması, onun isə Şıxəli Əbdülsəməd oğlunun nəvəsi olmağı faktının, X22səməd oğlunun 1941-ci ildə ölməsi faktının, anası X2 isə 05.05.1923-cü ildə doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edəsiniz. Daha sonra, ərizəçi tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X5 ilə onun arasında qohumluq münasibətinin - Şıxəli Əbdülsəməd oğlunun anasının atası olması, ərizəçinin isə Şıxəli Əbdülsəməd oğlunun nəvəsi olmağı faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 0, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ailə qurana qədər soyadım ata soyadı ilə bağlı “Məşədiyeva”, ailə qurduqdan sonra həyat yoldaşının soyadına görə “Allahverdiyeva" olub. Ana xətti ilə 1881-ci il tarixdə Bakı şəhərinin Nardaran qəsəbəsində anadan olmuş və 1941-ci il tarixdə həmin qəsəbədə dünyadan köçmüş X3 (Sovet hökumətinə qədərki sənədlərdə adı Şıx X15 yazılmışdır) nəvəsidir. Şıxəlinin çoxlu övladları olmuşdur ki, onlardan da biri anası X7 idi. Anası ailə qurduqdan sonra ər soyadını götürüb və soyadı “Məşədiyeva” olub. Anası Səmədzadə (Məşədiyeva) Mələksima Şixəli qızı 05.05.1923-cü ildə Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsində anadan olmuş, 21.06.2006-cı il tarixdə Binəqədi rayonunda (ərə getdiyi ünvanda) dünyadan köçmüşdür. Onun doğum və ölüm tarixi qəbirüstü daşında da öz əksini tapmışdır. Anasının ölüm faktı müvafiq sənədlə təsdiq olunsa da, doğum faktını təsdiq edən sənədə malik deyildir. Bunun üçün məhkəmə qaydasında onun doğum faktının müəyyən edilməsinə zərurət vardır. Ulu babası X12 Nardaranda hektarlarla torpaq sahələri və sair mülkləri olmuşdur. Bu arxiv sənədləri ilə də təsdiq olunur. Belə ki, vəkil sorğusu ilə əsasında AR X17 verilmiş 15 oktyabr 2015-ci il tarixli TA-00160-2020 nömrəli arxiv arayışında deyilir ki, “Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində istifadələrində həyətbaşı miras nadel torpaq sahələri olan Nardaran kənd sakinlərinin 31 iyul 1913-cü ilə dair siyahısından məlum olur ki, X12 Nardaran kəndində 3 desyatinə bərabər olan torpaq sahəsi və evi olmuşdur. İstifadəsində olan torpaq sahəsi ona miras qalmışdır.” Qeyd edilən sənəd təsdiq edir ki, onun babası X12 Nardaran kəndində torpaq sahəsi olmuşdur. Bu miras əmlakdan ana xətti ilə ona da 25 sot torpaq sahəsi gəlib çatmışdır. O, həmin torpaq sahəsinin faktiki sahibidir və buradan istifadə edir. Hal-hazırda o, dədə-babasından miras qalmış torpaq sahəsi ilə faktiki sahiblik hüququnu məhkəmə qaydasında tanıtdırmaq fikrindədir. Bunun üçün isə vərəsəlik və qohumluq münasibətləri müəyyən edilməlidir. Vərəsəlik və qohumluq münasibətinin müəyyən olunması isə vərəsəlik zəncirində olan şəxslərin doğum və ölüm faktının müəyyən edilməsini tələb edir. Anası Səmədzadə (Məşədiyeva) Meleksima Şixəli qızı 05.05.1923-cü ildə Nardaranda anadan olmuş, 21.06.2006-cı il tarixdə dünyadan köçmüşdür. Ölüm faktı Binəqədi rayonunda qeydiyyata alınıb, bunu təsdiq edən şəhadətnamə vardır. Doğum faktını isə təsdiq edən sənədə malik deyillər. Bununla əlaqədar arxivə müraciət etmişdir və AR Dövlət Arxivinin 04.05.2021-ci il tarixli, DA-00736-2021 nömrəli cavab məktubundan görünür ki, 1941-ci ilə dair Bakı şəhəri, Lenin (Sabunçu) rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında arxivdə Səmədzadə (Məşədiyeva) Mələksima Şixəli qızının 05.05.1923-cü il doğulmasını təsdiq edən sənəd mövcud deyildir,doğum faktı qeydə alınmamışdır. Bununla belə, Səmədzadə (Məşədiyeva) Mələksima Şixəli qızının qəbirüstü daş lövhəsindən görünür ki, o,05.05.1923-cü ildə anadan olmuşdur. Həmçinin, Səmədzadə (Məşədiyeva) Mələksima Şixəli qızının şəxsiyyət vəsiqəsindən də görünür ki, o, 05.05.1923-cü ildə anadan olmuşdur. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədən görünür ki, Səmədzadə (Məşədiyeva) Mələksima Şıxəli qızı ərizəçinin anasıdır. X4 nikah haqqında şəhadətnaməsindən görünür ki, ərizəçinin anası Mələksima Şıxəli qızı özünə nikah aktı ilə “Məşədiyeva” soyadı götürmüşdür. Göründüyü kimi, X6 ərizəçinin anasıdır. O, X12 doğmaca qızıdır. Lakin, vərəsəlik məsələsinin həlli üçün X2 05.05.1923-cü il tarixdə doğum faktı müəyyən olunmalıdır.Bu isə yalnız məhkəmə qaydasında mümkündür. Bundan əlavə, AR X17 verilmiş 15 oktyabr 2015-ci il tarixli TA- 00161-2020 nömrəli digər arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədləri üzrə Nardaran kəndinin 1886-cı ilə dair kameral siyahısında adı keçən X1 alma zamanı 7 yaşı olub. Bu isə təsdiq edir ki, X8 1879-cu ildə anadan olub. X8 1941-ci ildə vəfat edib. Vəfat edənə kimi, Nardaran qəsəbəsində olan mülkündə bağ evində yaşayıb. Bacarıqlı silah ustası olub,v əzifəli dövlət məmurlarına silah hazırlamaqla məşğul olub. Hətta, onun düzəltdiyi silahlardan biri Stalinə də hədiyyə olunub. Ona görə də, onun vəzifəli şəxslər arasında xüsusi hörməti, nüfuzu olub. Babasına heç kim toxunmayıb, mal-mülkü də əlindən alınmayıb. Məlumatlarına əsasən, 1941-cı ildə mərhum anasının sözlərinə görə müharibə başlayan ildə vəfat etsə də, hal-hazırda bunu təsdiq edən sənədə malik deyildir. AR Dövlət Arxivinin 04.05.2021-ci il tarixli, DA-00736- 2021 nömrəli cavab məktubundan görünür ki, 1941-ci ilə dair Bakı şəhəri, Lenin (Sabunçu) rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında X3 vəfatı haqqında heç bir məlumat yoxdur. Göründüyü kimi, X5 ilə olan qohumluq münasibəti təsdiq edən sənədlər olmadığından və bu sənədləri başqa qaydada əldə etmək mümkün olmadığından bu münasibətin olması faktı da məhkəmə ilə müəyyən edilməlidir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 1.6-ci bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-cu maddəsinə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İş materiallarından görünür ki, ərizəçi lazımi sənədləri ala bilməməsini təsdiq edən həmin sübutları ərizəyə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi (Sabunçu rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq faktının müəyyən olunması” tələbi barədə ərizəsinə dair mülki işə ərizəçi lazımi sənədləri ala bilməməsini təsdiq edən həmin sübutları ərizəyə əlavə etmədiyindən və məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Ərizəçi (Sabunçu rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-732/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-732/2022
03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver