Məhkəmə qərarları › İş №2(044)-287/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-287/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-287/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs1 oğunun və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, X3 və Maraqlı şəxs3 qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, X3 və Maraqlı şəxs3 qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası 29 aprel 2021-ci il tarixə saat 10:50-ə təyin edilmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs3 məhkəmə iclasında mülki işin baxılmamış saxlanılmasına etiraz etmədilər. Maraqlı X1 tərəfindən 28 aprel 2021-ci il tarixdə daxil olmuş teleqramda məhkəmə iclasında nəqliyyat olmadığı üçün iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə maraqlı X1nın iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin geri qaytarılmasını xahiş etdiyindən ərizə geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, X3 və Maraqlı şəxs3 qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi»-nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar