Məhkəmə qərarları › İş №2(004)-5333/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5333/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5333/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxx 2004-cü il tarixdə Bakı şəhəri Səadət sarayında rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra tərəflərin münasibətləri bir müddət yaxşı olsada, son 1 ildə onların arasında soyuq münasibət yaranmağa başlamışdır. Cavabdeh iddiaçıya məlum olmayan səbəblərdən evdən uzaqlaşmış və hal-hazırda harada yaşaması belə məlum deyildir. Konkret olaraq son 4 aydır ki, evində deyil, ailəsinin istər maddi, istər mənəvi tələbatı ilə maraqlanmamaqdadır. İddiaçı məhkəməyə müraciət etməsinin səbəbi Cavabdeh ilə nikahlarının pozulması deyil, sadəcə cavabdehdən evdə böyüyən yetkinlik yaşına çatmayan azyaşlı oğulları X3 və X2 mövcudluğunu xatırlatmaqdır. Həmçinin atalarının uşaqların saxlanması və inkişafı üçün uşaqlara çəkilən xərclərdə iştirak etməməsidir. Cavabdeh fərdi fəaliyyət ilə məşğuldur, o lombard işlədir və aylıq olaraq yüksək mənfəət əldə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218 və 220-ci maddələrini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2004cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2005-ci il tarixdə X5və xx.xx.2007ci il tarixdə X6ünyaya gəlmişdir. Bekə ki, iş materiallarında olan AZ-İİ 272566 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 676 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ- İV 128906 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sutərindən görünür ki, X5xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İV 128908 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sutərindən görünür ki, X7xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ataları qrafasında Cavabdeh anaları qrafasında isə İddiaçı qeyd edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər biri üçün 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulma müddəti xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh qızından 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar