Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5372/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Dövlət Sərhəd Xidmətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 15 000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03.05.2019-cu il tarixli 2(004)-877/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 birgə nikahlarından dünyaya gəlmiş 13.10.2017-ci il təvəllüdlü X1 hər ayın birinci və üçüncü həftələrinin şənbə günləri saat 11-dan 13-dək ona göstərməyə borcludur. Cavabdeh1 övladını ona göstərməməklə öhdəliyindən boyun qaçırır. Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2020-ci il tarixli 2(102)-831/2020 saylı qərarından sui-istifadə edərək övladını ona bir daha göstərməmək məqsədi ilə 26.12.2020-ci il tarixdə ölkədən Türkiyə Respublikası İstiqamətində çıxmış və hazırkı dövrədək ölkəyə qayıtmamışdır. Qətnaməyə əsasən cavabdehə uşağı yalnız ali təhsil müddətində ölkə xaricində saxlamağa icazə verilmişdir. Cavabdeh tətil günlərində geri qayıtmalı idi. O, ikinci Vətən müharibəsi iştirakçısıdır və qayıtdıqdan sonra uşağını görməyə ehtiyacı vardır. Cavabdeh1 DSX-ya və icra şöbəsinə Türkiyə Respublikasında ali təhsil alması barədə sənəd təqdim etməmişdir. Ona görə ali təhsil məsələsi şübhəlidir. DSX cavabdehi sərhəddən buraxmaqla ona böyük mənəvi ziyan vurmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün sayır. Cavabdeh Dövlət Sərhəd Xidməti iddia ərizəsinə mülahizələrini məhkəməyə təqdim edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2020-ci il tarixli 2(102)- 831/2020 saylı qərarı ilə cavabdehə azyaşlı uşağı ilə Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində uşağın atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib gəlməsinə icazə verildiyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2020-ci il tarixli 2(102)-831/2020 saylı qərarı ilə Cavabdeh1 azyaşlı övladını Türkiyə Respublikasına aparılmasına icazə verildiyindən və digər cavabdeh Dövlət Sərhəd Xidməti də həmin qərarı icra etdiyindən cavabdehlərin hərəkətlərində hər hansı qanun pozuntusu olmamış və onların hərəkətləri iddiaçıya mənəvi zərər vuran hərəkətlər kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5372/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5372/2021
30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver