Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5395/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi X6 oğlunun katibliyi İddiaçı2 Əlisəfa oğlunun Cavabdeh1 nümayəndəsi Nümayəndə1 Cavabdeh2 David oğlunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçılar X2 və X1 cavabdehlər Cavabdeh2 David oğlu və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə cavabdehlərin nümayəndələrinin mülki işlərin birləşdirilməsi barədə vəsatətlərinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar X5 və X4 cavabdehlər Cavabdeh2 David oğlu və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdehlərin nümayəndələri vəsatətlə məhkəməyə müraciət edərək hazırki işin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı evin boşaldılması tələbinə dair 2(004)-685/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki mülki işlə həmin iş bir-biri ilə əlaqəli olduğundan bir icraatda baxılmalıdır. Məhkəmədə İddiaçı2 vəsatətin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Hazırki mülki iş məhkəmənin icaatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı evin boşaldılması tələbinə dair 2(004)-5088/2021 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Cavabdehlərin nümayəndələrinin vəsatətləri təmin edilsin. İddiaçılar X2 və X1 cavabdehlər Cavabdeh2 David oğlu və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair 2(004)-5395/2021 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı evin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(004)- 5088/2021 saylı mülki işə birləşdirilsin. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5395/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5395/2021
17.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver