Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5426/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş və hazırda himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay üçün 200 manat, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində isə hər ay üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət X1 nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Hal-hazırd da hamilədir. Hazırda ayrılmışlar, uşağı onun himayəsindədir və uşağın maddi cəhətdən təmin olunması üçün çətinlik çəkməməyi və onun gündəlik tələbatı, sağlamlığı üçün kifayət qədər vəsait tələb olunur. Bunları təkbaşına etmək isə mümkün olmayacaqdır. Eyni zamanda da cavabdeh hazırda ona hamiləlik dövrü üçün işləmədiyindən maddi köməklik etməlidir, lakin etmir. Halbuki hamiləlik dövründədir, işləmir. Həkimə, dərmanlara, müalicə və müayinələrə xeyri miqdarda vəsait lazımdır ki, bunu da təkbaşına edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli iddia tələbinin etiraf edilməsinə dair ərizə təqdim edərək, iddiaçı ilə birgə nikahlarından doğulmuş və hazırda iddiaçının himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat, həmçinin iddiaçının hamiləliyi dövründə və övladlarının doğulduğu gündən hər ay üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsinə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78-ci, 84.2.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 191.3, 217, 218, 220 və 234.2.1-ci maddələrini, və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X5 19 dekabr 2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzində rəsmi nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4697 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Cavanşirli soyadı verilmişdir. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bekə ki, iş materiallarında olan AZ-İV 523487 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh anası İddiaçıdır. Habelə iş materiallarında olan “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institu” X7 20 sentyabr 2022-ci il tarixli Arayışından görünür ki, İddiaçı hamiləliyi ilə əlaqədar “Elmi- Tədqiqat Mamalıq və Ginekologiya institu” X8 qeydiyyatdadır (27-28 həftəlik hamiləlik). Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, iddianı etiraf edərək iddiaçı ilə birgə nikahlarından doğulmuş və hazırda iddiaçının himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat, həmçinin iddiaçının hamiləliyi dövründə və övladlarının doğulduğu gündən hər ay üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 31 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, İddiaçı hamiləliyi dövründə və uşaq doğulduqdan sonra 3 yaşına çatanadək 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulma müddəti 04 oktyabr 2022-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. 31 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, İddiaçı hamiləliyi dövründə və uşaq doğulduqdan sonra 3 yaşına çatanadək 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5426/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5426/2022
14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver