Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5432/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, “xxxxxxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, “xxxxxxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə yuxarda göstərilən qanunvericlik normalarına əsasən qeyd edir ki, iddia ərizəsinin xahiş hissəsində cavabdehlərin hər birinə yönələn tələb aydın ifadə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və nöqsanların aradan qaldırıb aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə edilməlidir. Belə ki, iddiaçı məhkəmədən onunla cavabdeh “xxxxxxxx” ASC arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini, ünvan 1 giriş 2 ünvanında yerləşən 34 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən də göründüyü kimi cavabdehlərin hər birinə yönələn tələb aydın ifadə ifadə edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, “xxxxxxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5432/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5432/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver