Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-547/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Lənkəran rayon İcra şöbəsi və "xxxx" KB ASC cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 01.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında 293/21 nömrəli, 10.09.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını etmişdir. Cavabdeh "xxxx" MMC 27.01.2022-ci il tarixdə etiraz ərizəsi verərək məhkəmə prosesinin cavabdehin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 dekabr 2012-ci il tarixdə iddiaçı, yəni İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış 25 KL/12 saylı sonrakı kredit müqaviləsindən görünür ki, o, mülkiyyətində olan Lənkəran şəhəri, V.Hüseynov küçəsi, 39 saylı fərdi yaşayış evini 25 dekabr 2012-ci il tarixli, 25 KL/12 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini ipotekaya qoymaqla tərtib olunan müqaviləni imzalamışdır. 10 sentyabr 2021-cu il tarixli, 293/21 saylı protokolun təsdiq edilmiş surətindən göründüyü kimi, ipoteka predmeti ilə bağlı bir neçə dəfə hərrac təşkil olunmuş, guya iki dəfə hərrac baş tutmamışdır. İddiaçının mülkiyyətində olan, yəni ipoteka qoyduğu əmlakın ilkin olaraq dəyəri 185400 manat olduğu halda, guya hərrac baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 118192,50 manat dəyərləndirilmişdir. Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinə görə cavabdeh olan Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərrac mərkəzi və üçüncü şəxs qismində qeyd etdiyi Lənkəran rayon İcra və Probasiya şöbəsi üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. İlkin olaraq qeyd edir ki, Lənkəran rayon İcra və Probasiya şöbəsi hərracın keçirilməsi ilə bağlı ixtisaslaşdırılmış təşkilata sifariş verərkən bu barədə iddiaçıya rəsmi məlumat verilməmiş, habelə iddiaçı ilə ipoteka saxlayanın qarşılıqlı razılığının olub- olmamasına əhəmiyyət verilmədən hərracın keçirilməsi ilə bağlı sifariş verilmişdir. Ona görə də hesab edir ki, bu barədə sifariş verilərkən “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinin tələbləri pozulmuşdur. Daha sonra bildirir ki, hərracın keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrində heç bir elan dərc edilməmiş, iddiaçıya bildiriş göndərilməmişdir. Həmçinin onun mülkiyyətində olan ev və həyatyanı torpaq sahəsi demək olar ki, Lənkəran şəhərinin mərkəzinə yaxın, Bakı- Astara şosesinin yaxınlığında yerləşir. Həmin ərazidə yerləşən torpaq sahəsinin sotu isə 4000-5000 manat civarındadır. Bundan başqa mülkiyyətində olan, yəni ipoteka qoyduğu əmlakın qiyməti ekspertlər tərəfindən 185400 manat qiymətləndirilmişdir. Hərracda da ilkin olaraq həmin qiymət qoyulmuşdur. Lakin guya hərrac baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 118192,50 manat qiymətləndirilmişdir. Hesab edir ki, qoyulmuş qiymət həmin ipoteka predmetinin faktiki dəyərini ifadə etmir. İddiaçının nümayəndəsi Nümayəndə2 10.02.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək 10.02.2022-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında səhhətində yaranan problemlə əlaqədar iştirak edə bilməyəcəyindən iclasın növbəti tarixə təxir edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-348/2020 saylı, 22.01.2020-ci il tarilxi qətnaməsinin surətinə əsasən ilk iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-12/2019 saylı 23 aprel 2019-cu il tarixli qətnaməsi qismən - “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilmiş, ilk iddia üzrə cavabdeh İddiaçı tutulmalı olan faiz borcunun məbləği 25KL/12-2 saylı, 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8617,97 ABŞ dolları, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 60,36 manat məbləğində müəyyən edilmiş və həmin faiz məbləğlərinin qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 10.09.2021-ci il tarixli, 293/21 nömrəli protokolunun təsdiq edilmiş surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-348/2020 saylı, 22.01.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 39 saylı ev açıq hərracda ilkin satış qiyməti 185400 manat müəyyən edilməklə 118192,5 manata "xxxx" KB ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli 293/21 №-li, 13.08.2021-ci il tarixli 293/21 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən müvafiq olaraq 11.08.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 185400 manat və 30.08.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 157590 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı, Lənkəran rayon İcra Şöbəsi və "xxxx" KB ASC-yə göndərilmişdir. İş materiallarında olan 09.08.2021-ci il və 23.08.2021-ci il tarixli aktların surətinə əsasən qaimə nömrəsi 042648 və 045699 olan məktublar İddiaçı imtina etdiyindən çatdırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 09.09.2021-ci il, 19.08.2021-ci tarixli “Market reklam və elanlar” qəzetinin və “Nedelya” qəzetinin 16-22 iyul 2021-ci il tarixli sayından görünür ki, Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 39 saylı ev üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın yekun protokolunun etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində üç dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 185400 manat, ikinci dəfə isə 157590 manat müəyyən edilmişdir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMCnin hərracın nəticələri haqqında 293/21 nömrəli, 10.09.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 293/21 nömrəli, 10.09.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-547/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-547/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver