Məhkəmə qərarları › İş №2(004)-5483/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5483/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5483/2020 19.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın müalicəsi üçün 100 manat məbləgində əlavə xərclərintutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə 2017-ci ildə qeyri-rəsmi ailə qurmuş, xx.xx.2018-ci il təvəllüdlü X2 adlı bir övladları anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonralar pozulmuşdur. Artıq cavabdehlə bir ildən çoxdur ki, birgə yaşamırlar. Cavabdeh uşaqla maraqlanmamış, heç bir maddi köməklik göstərməmişdir. Uşaqda anadangəlmə xəstəlik oldugundan müalicələrini vaxtı-vaxtında apara bilmir. Uşaq azyaşlı olduğu üçün heç yerdə işləyə bilmir.Övladını tənha böyütməkdə çətinlik çəkir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında göstərmişdir ki, hazırda yenidən ailə qurmuşdur və onun aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarında olan 3 saylı ASAN xidmət mərkəzinin Qediyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 3 saylı ASAN xidmət mərkəzinin Qediyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Qardiyeva Amiranın atası müəyyən edilmişdir .Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması hissəsində təmin edilməli, Cavabdeh, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi uşağın müalicəsi üçün 100 manat məbləgində əlavə xərclərin tutulması hissəsində əsaslandırılmadığından və sübut məhkəməyə təqdim edilmədiyindən təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Aliment dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar