Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5497/2025 19.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “ümumilikdə 500 manat alimentin tutulması və mediasiya sazişində müəyyən edilmiş alimentin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ümumilikdə 500 manat alimentin tutulması və mediasiya sazişində müəyyən edilmiş alimentin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. İddia ərizəsində qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, tələbin 2-ci hissəsi tərəflər arasında yaranmış mübahisənin əsasında saziş tərəf kimi cavabdehin üzərinə götürdüyü öhdəliklərini icra etməməsi, bununla əlaqədar olaraq iddiaçı tərəfindən barışıq sazişinin şərtlərinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi çıxış edir. İddia ərizəsi üzrə tələb edilənlər isə məhz tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00181 nömrəli mediasiya sazişinin şərtidir (3-cü bənd). Deməli, tələb saziş şərtlərinin icra edilməməsi ilə bağlıdır. Bu səbəbdən, mülki işə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında, tərəflər müvafiq olaraq iddiaçı və cavabdeh deyil, ərizəçi və maraqlı şəxs qismində cəlb edilməklə işə baxılmalıdır. Tələbin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Qərarı ilə nəzərdə tutulmuş mövqe nəzərə alınmaqla müəyyən edilmiş alimentin indeksasiyası həyata keçirilməli və ya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozitiv şərtləri mövcuddursa (yeni hallar yaranmışsa), məhz “alimentin məbləğinin artırılması” tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “ümumilikdə 500 manat alimentin tutulması və mediasiya sazişində müəyyən edilmiş alimentin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-5497/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5497/2025
19.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver