Məhkəmə qərarları › İş №2(004)-5537/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5537/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5537/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh2 MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh2 MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə dair keçirilmiş Açıq hərracın yekunları barədə protokolun və "Hərracın yekunu üzrə əmlak alğı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC İddiaçı və X4 oğluna qarşı "kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilmnəsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 77-08 (İ) nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçının xeyrinə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 76726,75 ABŞ dolları əsas, 25687,10 ABŞ dolları faiz, 2.535,29 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 104949,14 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın İddiaçı mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində yerləşən, 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın aşıq hərraacdan satılması və borcun əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunn vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməsi, İddiaçı məxsus ipoteka qoyulan əmlak satıldıqdan 1 ay sonra İddiaçı Abba soğlunun və X3 Gəncə şəhəri, Nizami rayonu 20 Yanvar küçəsində yerləşən 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, İddiaçı və X3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(004)-24/2020 saylı qətnamə ilə iddia ərizəsi qismən təmin olunmuşdur. Həmin Qətnamədən narazı qaldığı üçün, qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(004)-24/2020 saylı qətnaməsinin dəyişdirilərək, iddianın qismən, yəni 76726,75 ABŞ dolları əsas borcun tutulması hissəsində təmin olunmasını xahiş etmişdir. Bakı Apellayasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-74/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(004)-24/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(104)-24/2020 saylı qətnaməsindən narazı qaldığı üçün, qətnamədən Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasına kassasiaya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin təzədən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya şikayətini təmin etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(004)-24/2020 saylı qətnaməsi icra olunmaq üçün, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli (2(004)-14/2020) İcra vərəqi Gəncə Şəhəri üzrə icra və Probasiya şöbəsinə göndərilmişdir. Gəncə Şəhəri üzrə İcra və Probasiya şöbəsi həmin icra vərəqinin icra olunması üçün, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə göndərmişdir. "xxxx" MMC hərrac təşkil edərək, əmlakın ilkin satış qiymətini və təkrar hərrac qiymətlərini aşağı salaraq, sonda real dəyərindən bir neçə dəfə ucuz qiymətə - 61.200 manat məbləğinə satış etmişdir. Hərracın keçirilməsi və təkrar keçirilməsi barədə vaxtında lazımı qaydada məlumat verilmədiyindən, hərracda iştirak edə bilməmişdir. Cavabdeh2 MMC iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsindən "xxxx" MMC-və ünvanlanmış Ü.Ə-142218/2021 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Yasamal Məhkəməsinin 2(004)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 96.000 manat olmaqla, Gəncə şəhəri. Nizami rayonu, 20 Yanvar küçəsində yerləşən otaqlı. 127.8 kv. m. Yaşayış, 171.65 kv. m. köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda satılması "Əmlak Hərrac Mərkəzi” MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 18 yanvar 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi tərəfindən icra şöbəsinə, tələbkar Cavabdeh3 ASC-yə, o cümlədən borclu İddiaçı 241 /21 saylı, xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2021-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X1 (Portalında) (www,birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com ") yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair” 18 yanvar 2022- ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 18 yanvar 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi və torpaq sahəsi ilkin satış qiymətindən 15% aşağı qiymələ, yəni 81.600 manata olmaqla, 04 fevral 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" X1 (Portalında) (www,birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat "Birjanyus" X1 (Portalında) (www,birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com”) dərc olunmuşdur. Hazırki etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 04 fevral 2022-ci il tarixli, 841/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair” 04 fevral 2022-ci ci il tarixli protokolun surətindən görünür ki, 04 fevral 2022-ci il tarixinə təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində də etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli. 181/22 saylı "ipotek predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh3 ASC 08 fevral 2022-ci il tarixli, KBD 1554 nömrəl məktubla ipoteka predmetini təklif edilən 61.200 (altmış bir min iki yüz) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 19/22 saylı "Açıq hərracın yekunları barədə” protokol tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə "Əmlak Hərrac Mərkəzi MMC-nin 206-A/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 3rilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Eyni zamanda qeyd edirik ki, hərracın təşkilatçısı olaraq Cavabdeh2 MMC tərəfindən müvafiq bildirişlər borclunun 2(004)-24/2020 saylı. xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən ünvanına (ünvan 4cın təyini barədə bildiriş borclunun hərrac sifarişində göstərilən ünvanına da (ünvan 5ərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, hər iki hərracın keçirilməsi ilə bağlı elan hərrac təşkilatçısı tərəfindən kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin hər iki hərracın keçirilməsinə dair bildiriş hərracın təşkilatçısı olaraq Cavabdeh2 MMC tərəfindən borclunun qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12 ünvanına və hərrac sifarişində göstərilən ünvan 6ına da göndərilmişdir. Hesab edir ki, Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələbinə əsasən keçirilmiş və hərracın etibarsız hesab edilməsi üçün heç bir əsası yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-24/2020 nömrəli icra vərəqəsinə əsasən, İddiaçı xx.xx.2008-ci il tarixli 77-08 (İ) nömrəli kredit müqaviləsi üzrə yaranmış 76.726,75 ABŞ dolları əsas, 25.687,10 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 102.513,85 ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, ümumilikdə 102.513,85 (bir yüz iki min beş yüz on üç ABŞ dolları səksən beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və 60 (altmış) manat rüsum tutularaq iddiaçı Cavabdeh3 ASC-yə ödənilməli, tutma - İddiaçı mülkiyyətindəki Gəncə şəhəri Nizami rayonu 20 Yanvar küçəsindəki 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinə və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə yönəldilməli, ilkin satış qiyməti - 96.000 (doxsan altı min) manat müəyyən edilməklə fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracda satılmalıdır. İpoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı və X3 Gəncə şəhəri Nizami rayonu 20 Yanvar küçəsində yerləşən 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə olan istifadə hüquqlarına xitam verilməli və onlar həmin evdən və torpaq sahəsindən çıxarılmalı, ev və torpaq sahəsi boşaldılaraq yeni alıcıya təhvil verilməlidir. İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə olunacaq vəsait hesabına 102.513,85 (bir yüz iki min beş yüz on üç ABŞ dolları səksən beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və 60 (altmış) manat rüsum iddiaçı Cavabdeh3 ASC-nin hesabına ödənilməli, artıq qalan vəsait cavabdeh İddiaçı qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 (yüz qırx beş) manat pul cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış Ü.Ə-142218/2021 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-24/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə icra vərəqəsində qeyd edilən mənzilin hərrac yolu ilə satılması sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarında olan “hərracın keçirilməsinə dair” 209/21 nömrəli bildirişdən görünür ki, yuxarıda sözügedən sifariş üzrə ilkin hərracın keçirilməsi 18 yanvar 2022-ci il tarixinə, saat 11:00a (növbəlik qaydasında) təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan 27 dekabr 2021-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X1 (Portalında) (WWW.birja.news.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin, iş materiallarına əsasən müəyyən edilir ki, hərracın keçirilməsinə dair bildiriş hərracın təşkilatçısı olaraq Cavabdeh2 MMC tərəfindən borclunun qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12 ünvanına və hərrac sifarişində göstərilən ünvan 6ına da göndərilmişdir. İş materiallarında olan “Hərracın baş tutmamasına dair” 18 yanvar 2022- ci il tarixli protokolun surətindən görünür ki, 18 yanvar 2022-ci il tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Həmçinin, iş materiallarına əsasən müəyyən edilir ki, hərracın təşkilatçısı tərəfindən 18 yanvar 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X1 (Portalında) (WWW.birja.news.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) dərc olunmuşdur. İş materiallarında olan “Təkrar hərracın keçirilməsinə dair” 18 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, təkrar hərracın keçirilməsi 04 fevral 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan 18 yanvar 2022ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X1 (Portalında) (WWW.birja.news.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin, iş materiallarına əsasən müəyyən edilir ki, hərracın keçirilməsinə dair bildiriş hərracın təşkilatçısı olaraq Cavabdeh2 MMC tərəfindən borclunun qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12 ünvanına və hərrac sifarişində göstərilən ünvan 6ına da göndərilmişdir. İş materiallarında olan “Hərracın baş tutmamasına dair” 04 fevral 2022- ci il tarixli protokolun surətindən görünür ki, həmin tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 181/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, 20 yanvar küçəsində yerləşən 5 otaqlı. 127.8 kv. m. yaşayış, 171.65 kv. m. köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 81.600 (səksən bir min altı yüz) manat) 25 faiz az olmayan qiymətə əldə edilməsi ipotekasaxlayana təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh3 ASC tərəfindən Əmlak Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış 08 fevral 2022-ci il tarixli məktubdan görünür ki, borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 71 saylı fərdi yaşayış evinə dair təklifi 61200 manat olmaqla "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılıq bildirilmişdir. İş materiallarında olan hərracın yekunları barədə 19/22 saylı, 14 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, əmlakın ilkin satış qiyməti 96000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 61200 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 ASC Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 71 saylı fərdi yaşayış evinə 61200 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 71 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-24/2020 nömrəli icra vərəqəsinə əsasən, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş sifariş üzrə, borclu İddiaçı mülkiyyətində olan, tələbkar Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 71 saylı fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İlkin hərracın keçirilməsi 18 yanvar 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2021-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X1 (Portalında) (WWW.birja.news.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 18 yanvar 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından təkrar hərrac 04 fevral 2022-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elan 18 yanvar 2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin hər iki hərracın keçirilməsinə dair bildiriş hərracın təşkilatçısı olaraq Cavabdeh2 MMC tərəfindən borclunun qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12 ünvanına və hərrac sifarişində göstərilən ünvan 6ına da göndərilmişdir. 04 fevral 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. İpoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan tərəfindən təklif qəbul edilmişdir. Əmlakın ilkin satış qiyməti 96000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 61200 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 ASC Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 71 saylı fərdi yaşayış evinə 61200 manata almışdır. Qeyd edilən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, həm ilkin, həm də təkrar hərracların keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş, həmçinin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin hər iki hərracın keçirilməsinə dair bildiriş hərracın təşkilatçısı olaraq Cavabdeh2 MMC tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana və hərrac sifarişində göstərilən ünvanına da göndərilmişdir. Odur ki, Azərbaycan Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində "Hərracın yekunu üzrə əmlak alğı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, qeyd edilən müqaviləni məhkəməyə təqdim etməmişdir. Həmçinin, həmin müqavilə həm Yelo Bank” ASC, həm də Cavabdeh2 MMC tərəfindən mübahisəli əmlaka dair keçirilmiş hərraca və onun nəticələrinə dair sənədlərə əlavə edilməmişdir. Həmçinin, əmlaka dair keçirilmiş açıq hərracın nəticələri barədə haqqında protokol imzalanmışdır ki, bu protokol müqavilə qüvvəsinə malikdir. Keçirilmiş hərracın etibarsız sayılması üçün əsas olmadığından, hərracın yekunları barədə protokol (müqavilənin) etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh2 MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh2 MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar