Məhkəmə qərarları › İş №2(004)-5539/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5539/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5539/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyin oğlunun cavabdeh Xalq Bank ASC-yə qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi tələbinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyin oğlunun cavabdeh Xalq Bank ASC-yə qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyin oğlunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. İddiaçılar iddia ərizəsində ipoteka predmeti olan və cavabdeh X1 məxsus İsmayıllı şəhəri, Məshəti küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki 68,3 kv.m. yaşayış və 43,67 ha yardımçı sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 20 nömrəli fərdi yaşayış evinin qiymətləndirici təşkilat tərəfindən yenidən qiymətləndirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, İsmayılllı Rayon Məhkəməsinin 07.03.2017-ci il 2(037)-19 saylı qətnaməsi ilə qeyd edilən mülkün hərracda ilkin satış qiymətinin 20.000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkün qiymətləndirilməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirildiyini və Şəki Apellyasiya Məhkəməsinin 12.10.2017ci il tarixli 2(107)-1396 saylı qətnaməsi ilə həmin qətnaməsi ilə İsmayılllı Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığını bildirdiyindən həmin iş üzrə eyni iddia tələbi ilə məhkəməyə müraciət etməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, 153.2.3-cü maddəsinə görə məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyin oğlunun cavabdeh Xalq Bank ASC-yə qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar