Məhkəmə qərarları › İş №2(004)-5540/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5540/2020

04.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5540/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Vəliyeva Rəfiqə Şirzad qızının katibliyi ilə, İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə cavabdeh tərəf olan «Cavabdeh” MMC ünvan 1 ünvanında yerləşir. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, «Cavabdeh” MMC-nin hüquqi ünvanı ünvan 1-dür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh «Cavabdeh” MMC-nin hüquqi ünvanı Yasamal rayonunun ərazisinə aid olmadığından mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin yerləşdiyi yer üzrə məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da, işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin yerləşdiyi yer üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair 2(004)-5540/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar