Məhkəmə qərarları › İş №2(004)-5557/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5557/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5557/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1795 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” ASC ilə X1 arasında xx.xx.2018ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Honda CRV” markalı, **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır.Cavabdeh xx.xx.2019-cu il tarixdə “Honda CRV” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ə.Vahid küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ-217230” markalı, A-395-ET-37 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxxxxxxxx” ASC 1795 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.Yol-nəqliyyat hadisəsinə dair sənədlərdən müəyyən olunur ki, hadisə baş verdiyi vaxt cavabdeh avtomobili qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixdə bitmiş AC 530169 saylı sürücülük vəsiqəsi əsasında, yəni avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2018ci il tarixdə “Honda CRV” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ə.Vahid küçəsində yol-nəqliyyat hadisəsi törədərək, “VAZ-217230” markalı, A-395-ET-37 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh avtomobili qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixdə bitmiş AC 530169 saylı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. “Honda CRV” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığortalanmışdır. Odur ki, zərərin aradan qaldırılması üçün zərərçəkən şəxs X4 1795 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarındakı Qardaşlar Servis tərəfindın verilmiş Qüsur aktının surətindən görünür ki, “VAZ-217230” markalı, A-395-ET-37 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1795 manat xərc tələb olunur. Habelə iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1795 manat məbləğində pul X2 hesabına köçürülmüşdür. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh yol-nəqliyyat hasisəsi baş verdiyi zaman avtomobili qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixdə bitmiş AC 530169 saylı sürücülük vəsiqəsi əsasında, yəni avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub qismən təmin edilməli, 1795 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi “500 manat işlərin görülməsi xərci” hissəsində məhkəməyə sübut təqdim edilmədiyindın, tələb həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1795 (bir min yeddi yüz doxsan beş) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar