Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5563/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 25.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 03 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Belə ki, iddia ərizəsinin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı iddia ərizəsində "xxxx" MMC tərəfindən 03 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş etsə də, konkret olaraq hansı əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb etdiyini göstərməmişdir. Həmçinin, iddiaçı Bakı şəhəri Cavabdeh2 cavabdeh kimi göstərsə də, ona qarşı hər hansı tələb irəli sürməmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia tələbinin yönəldiyi cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1rimanov rayonunun ərazisində yerləşir. Odur ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində qeyd edilən nöqsan aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 151.1, 152, 152.1, 152.1.1, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" ASC K0103014 nömrəli terminalı vasitəsilə 17.08.2021-ci il tarixli 2476 nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 10,00 (on) manat pul X1 tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5563/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5563/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver